Icma.az
close
up
RU
Azərbaycanda evdə pulsuz xidmət: Yedizdirir, qablarını yuyur, çimizdirir, saçlarını darayırlar

Azərbaycanda evdə pulsuz xidmət: Yedizdirir, qablarını yuyur, çimizdirir, saçlarını darayırlar

Cebheinfo saytından alınan məlumata görə, Icma.az bildirir.

Hazırda ölkə üzrə 3244 şəxs evlərində Sosial Xidmətlər Agentliyi tərəfindən səyyar sosial-məişət xidməti ilə təmin olunur.

Onlardan 3 minə yaxını ahıllar, digərləri əlilliyi olan şəxslərdir. Xidmət alanların böyük əksəriyyətini, 2493 nəfəri qadınlar təşkil edir, kişilərin sayı isə 751-dir. 

Evdə sosial-məişət xidməti göstərilən şəxslər hansı əsas kriteriyalara görə seçilir?

Mövzu ilə bağlı “Cebheinfo.az”-n sorğusuna cavab olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyindən bildirilib ki, evdə sosial-məişət xidməti yalnız müəyyən ehtiyaca malik şəxslərə göstərilir: “Bu xidmət “Sosial xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən təşkil olunur. Xidmətin əsas məqsədi əmək qabiliyyətli qohumları və ya qanuni nümayəndələri ilə eyni yaşayış məntəqəsində yaşamayan, sosial yardıma ehtiyacı olan şəxslərin, məsələn, tənha ahılların, ahıl ər-arvadların, əlilliyi olan şəxslərin və xəstəliyin terminal (son) mərhələsində olan şəxslərin həyat keyfiyyətini yaxşılaşdırmaqdır. Evdə (səyyar) sosial xidmət həmin xidmətin xarakterindən asılı olaraq, sosial işçi və sosial xidmətçi tərəfindən göstərilir”. 

Qurumdan bildirilib ki, ölkə üzrə sosial işçilər tərəfindən vətəndaşlara müxtəlif sahələrdə dəstək göstərilir: “Sosial xidmətə ehtiyacı olan şəxslərə tibbi və psixoloji yardım, həmçinin hüquqi məsləhət verilir. Sosial işçilər qəyyumluq və himayəçilik sənədlərinin hazırlanmasına dəstək göstərir, tənha ahıl vətəndaşların və əlilliyi olan şəxslərin sosial xidmət müəssisələrinə və ya xüsusi təhsil müəssisələrinə yönləndirilməsi üçün lazımi sənədləri toplayırlar. Əlilliyi olan şəxslərə reabilitasiya xidmətləri təqdim edilir, 18 yaşınadək əlilliyi olan uşaqların gündəlik həyatda bacarıqları inkişaf etdirilir və onların sosial uyğunlaşması təmin olunur. Valideynlər isə uşaqların inkişafı üçün məsləhətlərlə təmin olunur və zəruri yardımçı cihazlardan istifadə öyrədilir. Eyni zamanda, sosial işçilər ailələrin sosial inkluziyasına dəstək göstərir və 18 yaşınadək əlilliyi olan şəxslərin ehtiyaclarının ödənilməsi, problemlərinin həlli məqsədilə müvəkkillik fəaliyyəti aparırlar. Bu tədbirlər vətəndaşların rifahının yüksəldilməsi və sosial dəstəyin əlçatanlığının artırılması məqsədilə həyata keçirilir”. 

Bildirilib ki, sosial xidmətçilər vətəndaşlara məişətdə geniş dəstək göstərir: 

“Ölkə üzrə sosial xidmətçilər tərəfindən vətəndaşlara müxtəlif məişət və gündəlik həyat xidmətləri təqdim olunur. Sosial xidmətə götürülmüş şəxslərə yemək hazırlanmasında, o cümlədən diyetik yeməklərin hazırlanmasında kömək edilir. Özünə qulluq edə bilməyən şəxslərə yardım göstərilir, onları yedizdirmək, qablarını yumaq, çimizdirmək və saçlarını daramaq kimi xidmətlər göstərilir. Yataq dəstləri və geyim əşyalarının yuyulması, ütülənməsi, mənzilin təmizlənməsi və yığışdırılması da sosial xidmətçilərin vəzifəsinə daxildir. Eyni zamanda, vətəndaşların zəruri ərzaq və digər məişət mallarının alınması, kommunal ödənişlərin təşkili, istilik, yanacaq və təmir ehtiyaclarının ödənilməsi üçün əlaqədar təşkilatlarla əlaqə saxlanılır. Sosial xidmətçilər həkim çağırmaq, dərman almaq və sosial xidmətə götürülmüş şəxsin vəfatı halında dəfn işlərində köməklik göstərirlər. Bu xidmətlər vətəndaşların gündəlik həyatını asanlaşdırmaq və onların rifahını yüksəltmək məqsədi ilə həyata keçirilir”. 
Sosial Xidmətlər Agentliyi evdə göstərilən xidmətlərlə bağlı əsas şərtləri və onların dayandırılması hallarını da sadalayıb: “Qaydalara görə, eyni yaşayış sahəsində yaşayan ər-arvada, valideyn-övlada və bacı-qardaşa bir sosial xidmətçi tərəfindən xidmət göstərilir. Həmçinin, evdə reabilitasiya xidmətlərindən yararlanan əlilliyi olan şəxslər ayrıca qeydiyyata alınır. İctimai təhlükəli xəstəlik daşıyıcılarına evdə xidmət göstərilmir. Sosial xidmətlərin dayandırılması isə bir neçə halda mümkündür. Belə ki, sosial xidmətə ehtiyacı olan şəxs əmək qabiliyyətli qohumları və ya qanuni nümayəndələri ilə eyni yaşayış məntəqəsində yaşamağa başladıqda xidmət dayandırılır. Bundan əlavə, tənha ahılların və əlilliyi olan şəxslərin dövlət sosial xidmət müəssisələrinə yerləşdirilməsi, əlilliyi olan şəxslərin reabilitasiyasının başa çatması, eləcə də xidmətə götürülmüş şəxsin vəfatı halında sosial xidmətlər ləğv edilir”. 

Qurumdan müraciət qaydası və tələb olunan sənədlər açıqlanıb: “Sosial xidmət almaq üçün əmək qabiliyyətli qohumları və ya qanuni nümayəndələri ilə eyni yaşayış məntəqəsində yaşamayan tənha ahıllar, ahıl ər-arvadlar, əlilliyi olan şəxslər və terminal mərhələdə xəstələr Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin yerli qurumlarına, “DOST” mərkəzlərinə və ya “Şəhid ailələri üzvlərinin, müharibə ilə əlaqədar xəsarət almış hərbi qulluqçuların və əlilliyi müəyyən edilmiş şəxslərin müraciətləri üzrə vahid əlaqələndirmə mərkəzlərinə ərizə ilə, eləcə də Nazirliyin "142" Çağrı Mərkəzinə zəng edərək müraciət edə bilərlər. Tələb olunan sənədlər isə şəxsiyyət vəsiqəsi, Tibbi-Sosial Ekspert Komissiyasından əlillik haqqında arayış, tənha yaşadığını təsdiq edən sənəd, ambulator kartadan çıxarış, yaşayış yeri üzrə qeydiyyat arayışı və sağlamlıq haqqında tibbi arayışdır (yoluxucu xəstəliklər və psixi sağlamlıq vəziyyəti)”. 
Əfsanə Rəcəb

“Cebheinfo.az”

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:234
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 19 Avqust 2025 17:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see310

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see306

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see292

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see287

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see284

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see271

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see267

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see243

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see241

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see240

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see238

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see238

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see235

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see231

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see222

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see212

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see205

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see202

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see190

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri