Icma.az
close
up
RU
15 dəqiqəyə başdan ayağa çimizdirir: Qiyməti ağılları dondurdu

15 dəqiqəyə başdan ayağa çimizdirir: Qiyməti ağılları dondurdu

Sherg.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Dünyanın ilk insan yuma kapsulu satışa çıxarıldı

Yalnız 15 dəqiqədə yuma, qurulama və sağlamlıq nəzarəti aparan kapsul texnologiya dünyasını təəccübləndirib, qiyməti isə böyük rezonans yaradıb. 

Sherg.az xəbər verir ki, Yaponiya illərdir müzakirə olunan avtomatik insan yuma maşınını rəsmi olaraq bazara təqdim edib. Science Inc. tərəfindən hazırlanan bu cihaz, içəri daxil olan şəxsi cəmi 15 dəqiqə ərzində yuyan, qurudan və sağlamlıq göstəricilərini izləyən yüksək texnologiyalı spa kapsulu kimi satışa çıxarılıb. İlk dəfə bu il Osakadakı dünya sərgisində nümayiş etdirilən kapsul artıq yapon istehlakçıları tərəfindən satın alına bilir.

Sistem belə işləyir: istifadəçi kapsula daxil olub rahat kresloda uzanır, qapaq bağlanır və proses avtomatik başlayır. Maşın bədəni məsamələrə qədər təmizləyən mikroköpük texnologiyasından istifadə edir. Ardınca qurulama mərhələləri də avtomatik həyata keçirilir. Proses boyu rahatladıcı musiqi səslənir.

Science Inc. sözçüsü Saçiko Maekura cihazın yalnız bədəni deyil, “ruhu da yuduğunu” bildirərək, kapsuldakı sensorların istifadəçinin ürək döyüntüsü kimi həyati göstəricilərini izlədiyini qeyd edib.

İnsan yuma maşını konsepti əslində yeni deyil. İlk dəfə “1970 Osaka Ekspo” sərgisində Sanyo Electric tərəfindən təqdim edilib. Science Inc. prezidenti Yasuaki Aoyama uşaqlıqda bu maşını gördüyünü, illər sonra həmin ideyanı müasir texnologiya ilə yenidən həyata keçirdiyini deyib. “2025 Osaka Ekspo”-da böyük maraq gördükdən sonra şirkət cihazın kommersiya istehsalına qərar verib.

Kapsulun ölçüləri təxminən belədir: 2,5 metr uzunluq, 1 metr en, 2,6 metr hündürlük. Yəni böyüklərin rahat uzana biləcəyi qədər genişdir.

Təmizlikdə istifadə edilən mikroköpük texnologiyası artıq Yaponiyanın lüks spa və hamam mərkəzlərində tətbiq olunan yüksək standartlı bir sistemdir. Çirk, yağ və ölü dərini məsamələrə qədər təmizləyə bilir. 15 dəqiqəlik proses ərzində istifadəçinin bir barmağını belə tərpətməsinə ehtiyac qalmır.

Kapsulun satış qiyməti 60 milyon yen (təxminən 457 min dollar). Bu səbəbdən cihaz daha çox yüksək gəlirli spa mərkəzləri, otellər, istirahət kompleksləri və əyləncə parkları üçün nəzərdə tutulub.

Şirkət cəmi 40-50 ədəd istehsal etməyi planlaşdırır. İlk kapsulun bir yapon oteli tərəfindən alındığı, 5-8 potensial müştərinin də növbəyə yazıldığı açıqlanıb.

Mütəxəssislərə görə bu cihaz yalnız lüks spa məhsulu deyil. Yaponiyanın yaşlanan əhali üçün hazırladığı avtomatik baxım sistemlərinin vacib bir prototipi hesab olunur. Yuyan, qurudan və sağlamlıq nəzarəti aparan bu tip cihazların gələcəkdə yaşlı baxım müəssisələrində standart halına gələcəyi gözlənilir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:157
embedMənbə:https://sherg.az
archiveBu xəbər 01 Dekabr 2025 15:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see375

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see247

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see241

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see240

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see236

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see235

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see233

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see231

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see230

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see229

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see225

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see218

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see213

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see213

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see213

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see212

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see212

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see212

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see210

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see208
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri