Icma.az
close
up
RU
Azərbaycanda gender bərabərliyinin təmin edilməsi ilə bağlı qanunvericilik layihələri hazırlanıb

Azərbaycanda gender bərabərliyinin təmin edilməsi ilə bağlı qanunvericilik layihələri hazırlanıb

Report.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

ESG (ekoloji, sosial və korporativ idarəetmə) yanaşmasının tətbiqində sosial komponent mühüm əhəmiyyət kəsb edir və burada əsas diqqət əmək hüquqlarının qorunması, əməyin mühafizəsi və iş yerlərinin təhlükəsizliyinə yönəlir.

"Report" xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəis müavini Nərmin Mirzəyeva “Əmək münasibətləri, əməyin mühafizəsi və insan resursları ekoloji, sosial və korporativ idarəetmə yanaşmasının əsas istiqamətlərindən biri kimi” mövzusunda keçirilən konfransda deyib.

N. Mirzəyevanın sözlərinə görə, Dövlət Əmək Müfəttişliyi Xidməti sosial qanunvericilik bazasının təkmilləşdirilməsi istiqamətində mühüm işlər görüb: "Əsas dəyişikliklərdən biri gender bərabərliyinə nail olunması və qadınların hüquqlarının genişləndirilməsi ilə bağlıdır.

Əmək qanunvericiliyinə edilən dəyişikliklərə əsasən, qadınların bir sıra ağır və zərərli işlərdən kənarlaşdırılması məhdudiyyəti aradan qaldırılıb. Bunun əvəzinə, yalnız hamilə və 1 yaşına qədər uşağı olan qadınlar üçün xüsusi iş yerlərində işləmək qadağası tətbiq edilib. Nəticədə, qadınların əməyinin qadağan olunduğu iş yerlərinin sayı 700-dən 200-ə qədər azaldılıb.

Bununla yanaşı, ezamiyyətlər, əlavə iş saatları və qeyri-iş günlərində qadınların işə cəlb edilməsi ilə bağlı yeni qaydalar təsbit edilib. Xüsusilə, 14 yaşına qədər uşağı olan, hamilə və ya 18 yaşına qədər əlilliyi olan uşağı olan qadınların yalnız razılıq əsasında bu cür işlərə cəlb olunması qanuniləşdirilib. Bu dəyişikliklər nəticəsində Azərbaycanın Dünya Bankının gender bərabərliyi reytinqində indeksi 7 % artaraq 85-ə çatıb".

Xidmətin rəis müavini əlavə edib ki, hazırda gender bərabərliyinin təmin edilməsi ilə bağlı digər qanunvericilik layihələri də müzakirə olunur: “Bunlardan biri seksual qısnamaya qarşı tədbirlərin gücləndirilməsi, digəri isə eyni əmək üçün qadın və kişilərin bərabər əmək haqqı almasını təmin edən 100 nömrəli konvensiyanın tətbiqi ilə bağlıdır. Bu istiqamətdə işlər davam etdirilir”.

Bizim WhatsApp kanalımıza abunə olun

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:178
embedMənbə:https://report.az
archiveBu xəbər 23 Dekabr 2024 12:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see288

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see259

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see206

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see193

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see187

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see185

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see180

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see169

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see165

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see160

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see158

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see151

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see148

A Seriyası: Komo Torino nu meydana çıxdığına peşman etdi

25 Yanvar 2026 02:48see146

Azərbaycan Premyer Liqası: Sabah Karvan Yevlax la qarşılaşacaq

25 Yanvar 2026 09:30see145

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see143

Trampın Sülh Şurası: BMT yə qarşı siyasi cihad

25 Yanvar 2026 15:28see143

SOCAR ın əməkdaşı qəzada öldü Fotolar

25 Yanvar 2026 11:33see141

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see137

2000 dollarlıq ətir və eynəklər alıram

25 Yanvar 2026 17:10see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri