Icma.az
close
up
RU
Azərbaycanda gender bərabərliyinin təmini...

Azərbaycanda gender bərabərliyinin təmini...

Yeniazerbaycan saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Ölkəmizdə qadınların hüquqlarının etibarlı qorunması, onların kişilərlə bərabər səlahiyyət və imkanlara malik olması aktuallıq kəsb edən məsələlərdəndir. Gender bərabərliyi sahəsində həyata keçirilən mütərəqqi addımlar bu gün də müşahidə olunmaqdadır. Azərbaycanda insan hüquqlarının müdafiəsi çərçivəsində gender bərabərliyinin təmin edilməsi və dövlət qulluğunda qanunun aliliyi prinsipinin qorunması istiqamətləri dövlət siyasətində əsas yer tutur.

Bu məqamda vurğulamaq yerinə düşər ki, gender bərabərliyinin çox mühüm tərkib hissələrindən biri olan qadınlara seçki hüququnun verilməsi sahəsində Azərbaycan təcrübəsi unikal nümunələrdəndir. Əvvəla qeyd edək ki, bir sıra aparıcı Qərb ölkələrindən fərqli olaraq Azərbaycanda qadınların siyasi hüquqları uğrunda kütləvi mitinqlər keçirilməyib. Buna rəğmən, Azərbaycan qadınları səsvermə hüququnu bəzi Qərb ölkələrində olduğundan daha əvvəl alıblar. Belə ki, Şərqdə ilk demokratik respublika quran Azərbaycanda qadınlara səsvermə hüququ 1918-ci ildə verilib. Məlumat üçün qeyd edək ki, ABŞ-ın bütün ərazisində qadınlara səsvermə hüququ 1920, Böyük Britaniyada 1928, Fransa və İtaliyada 1945, Yunanıstanda isə 1952-ci ildə verilib.

“Qadınların seçkilərdə fəallığının yüksəldilməsi”

Bu günlərdə “Qadınların seçkilərdə fəallığının yüksəldilməsi” mövzusunda tədbir keçirilib. Tədbir Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Mərkəzi Seçki Komissiyası və “Bərabər İnkişaf Naminə” Koalisiyanın birgə əməkdaşlığı, Qusar Qadın Resurs Mərkəzinin iştirakı ilə baş tutub.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən bildirilib ki, 105 qadının qatıldığı tədbirdə “Bərabər İnkişaf Naminə” Koalisiyanın üzvü Təranə Kərimova müasir dövrdə gender bərabərliyinin bütün sahələrdə olduğu kimi, dövlət idarəetməsi və siyasi sferada da qorunmasının vacibliyindən danışıb. O, Azərbaycan qadınlarının ölkəmiqyaslı tədbirlərdə daim aktivlik nümayiş etdirməsinin sevindirici hal olduğunu qeyd edib.

Sonra Qusar Dairə Seçki Komissiyasının sədri Cəlil İbrahimov seçki prosesində qadınların fəallığının nümayiş etdirilməsinin əhəmiyyətini vurğulayıb.

Qusar Rayon Mərkəzi Xəstəxanasının həkimi Xuraman Əliyeva və şəhər 2 saylı tam orta məktəbin müəllimi Rima Cavadova çıxış edərək, Qusarın qadın sakinlərinin rayon üzrə fəallığından danışıblar. Sonda tədbir iştirakçılarının təklifləri dinlənilib, sualları cavablandırılıb.

Qadın əməyinin qadağan olunduğu iş yerlərinin sayı azaldılıb

Bundan başqa, “Əmək münasibətləri, əməyin mühafizəsi və insan resursları ekoloji, sosial və korporativ idarəetmə yanaşmasının əsas istiqamətlərindən biri kimi” mövzusunda konfrans keçirilib. Tədbirdə çıxış edən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəis müavini Nərmin Mirzəyeva bildirib ki, ESG (ekoloji, sosial və korporativ idarəetmə) yanaşmasının tətbiqində sosial komponent mühüm əhəmiyyət kəsb edir. Onun sözlərinə görə, burada əsas diqqət əmək hüquqlarının qorunması, əməyin mühafizəsi və iş yerlərinin təhlükəsizliyinə yönəlir.

N. Mirzəyeva qeyd edib ki, Dövlət Əmək Müfəttişliyi Xidməti sosial qanunvericilik bazasının təkmilləşdirilməsi istiqamətində mühüm işlər görüb: “Əsas dəyişikliklərdən biri gender bərabərliyinə nail olunması və qadınların hüquqlarının genişləndirilməsi ilə bağlıdır.

Əmək qanunvericiliyinə edilən dəyişikliklərə əsasən, qadınların bir sıra ağır və zərərli işlərdən kənarlaşdırılması məhdudiyyəti aradan qaldırılıb. Bunun əvəzinə, yalnız hamilə və 1 yaşına qədər uşağı olan qadınlar üçün xüsusi iş yerlərində işləmək qadağası tətbiq edilib. Nəticədə, qadınların əməyinin qadağan olunduğu iş yerlərinin sayı 700-dən 200-ə qədər azaldılıb.

Bununla yanaşı, ezamiyyətlər, əlavə iş saatları və qeyri-iş günlərində qadınların işə cəlb edilməsi ilə bağlı yeni qaydalar təsbit edilib. Xüsusilə, 14 yaşına qədər uşağı olan, hamilə və ya 18 yaşına qədər əlilliyi olan uşağı olan qadınların yalnız razılıq əsasında bu cür işlərə cəlb olunması qanuniləşdirilib. Bu dəyişikliklər nəticəsində Azərbaycanın Dünya Bankının gender bərabərliyi reytinqində indeksi 7 % artaraq 85-ə çatıb”.

Qanunvericilik layihələri hazırlanıb

Xidmətin rəis müavini əlavə edib ki, hazırda gender bərabərliyinin təmin edilməsi ilə bağlı digər qanunvericilik layihələri də müzakirə olunur: “Bunlardan biri seksual qısnamaya qarşı tədbirlərin gücləndirilməsi, digəri isə eyni əmək üçün qadın və kişilərin bərabər əməkhaqqı almasını təmin edən 100 nömrəli konvensiyanın tətbiqi ilə bağlıdır. Bu istiqamətdə işlər davam etdirilir”.

Yeganə BAYRAMOVA

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:236
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 17 Yanvar 2025 08:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see317

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see312

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see310

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see306

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see306

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see286

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see286

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see285

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see282

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see264

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see256

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see252

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see240

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see239

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see238

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see227

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see219

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see218

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see213

Bal soyuqdəyməni sağaltmır Rusiyalı həkim

09 Noyabr 2026 14:28see208
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri