Icma.az
close
up
RU
Azərbaycanda gərginlik yaradan hadisənin gerçək səbəbi bilindi Çıxış yolu

Azərbaycanda gərginlik yaradan hadisənin gerçək səbəbi bilindi Çıxış yolu

Icma.az, GlobalInfo portalına istinadən məlumat verir.

Noyabrın 18-də saytlar və bəzi rəqəmsal xidmətlərə çıxışda yaranan çətinliklər narahatlıq yaradıb. Bunun təkcə lokal deyil, qlobal xarakterli texnoloji böhran ola biləcəyi bildirilir.

Bu cür qlobal böhran zamanı vəziyyətdən çıxmaq üçün alternativ resurs yaradıla bilərmi?

Globalinfo.az-a danışan kibertəhlükəsizlik üzrə ekspert Əmrah Mövsümzadə deyib ki, “Cloudflare” şirkətində baş verən qlobal nasazlıq ölkədə ciddi problem yaradıb:

“Dünyanın bir çox ölkələrində saytlar, ödəniş sistemləri və onlayn xidmətlərin fəaliyyətində çətinliklər müşahidə olundu. Hadisə kiberhücumla əlaqəli deyildi. “Cloudflare”nin açıqlamasına görə, problem şirkətin bot idarəetmə modulu ilə bağlı daxili konfiqurasiya xətasından qaynaqlanıb. Yəni sistem daxilində səhv yaradılmış böyük konfiqurasiya faylı trafikin emalı zamanı çöküb, milyonlarla istifadəçiyə təsir edən domino effekti yaradıb.

Hazırda internet infrastrukturu həddindən artıq mərkəzləşib, bir çox saytlar, şirkətlər və onlayn xidmətlər “Cloudflare” kimi iri provayderlərdən asılıdır. Buna görə də həmin platformada yaranan kiçik texniki nasazlıq belə, eyni anda yüz minlərlə xidmətin əlçatanlığını məhdudlaşdıra bilir. Bank kartlarında və digər elektron sistemlərdə yaranan çətinliklər də məhz bunun nəticəsidir”.

Əmrah Mövsümzadə

Ekspert qeyd edib ki, belə halların təsirini azaltmaq üçün şirkətlər bir neçə alternativ infrastruktura əsaslanmalıdır:

“Eyni zamanda CDN və DNS provayderlərini yedəkləməli, kritik xidmətlər üçün əlavə ehtiyat sistemləri qurmalıdırlar. Qlobal internetdə kəsintilər hər zaman baş verə bilər, lakin düzgün yedəkləmə strategiyası sayəsində belə hadisələrin təsir dairəsini minimuma endirmək mümkündür. Bu insident bir daha göstərir ki, rəqəmsal təhlükəsizlik təkcə kibertəhlükələrdən qorunmaq deyil, həm də infrastrukturun dayanıqlığını təmin etməkdir”.

Qeyd edək ki, sözügedən problem Gürcüstan, Ermənistan, Rusiya və bir sıra ölkələrdə də yaşanıb.

Ləman İmran
Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:112
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 19 Noyabr 2025 14:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see302

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see268

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see251

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see242

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see242

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see240

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see227

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see227

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see226

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see220

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see218

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see209

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see208

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see207

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see203

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see201

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see197

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri