Icma.az
close
up
RU
Azərbaycanda kəndlərin “səssiz işğalı” sürətləndi Çıxış yolu varmı?

Azərbaycanda kəndlərin “səssiz işğalı” sürətləndi Çıxış yolu varmı?

GlobalInfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Son illərdə Azərbaycanın kəndlərindən köç dalğası artmaqdadır. Belə ki, insanlar doğma yurdlarını tərk edərək paytaxta və ya xarici ölkələrə üz tuturlar. Bu proses həm sosial, həm də iqtisadi problemləri gündəmə gətirir. İnsanların ata-baba yurdlarını tərk etməsinin qarşısını almaq və kənd yerlərində həyat şəraitini yaxşılaşdırmaq üçün hökumətin atmalı olduğu addımlar həm kəndlərin inkişafı, həm də vətəndaşların orada qalmasını təmin etmək baxımından olduqca vacibdir.

Bəs hökumət kəndlərin dirçəlməsi üçün hansı konkret tədbirləri görməlidir?

Globalinfo.az-a danışan iqtisadçı Vahid Əhmədov bildirib ki, doğrudan da, bu məsələ çox ciddi problemə çevrilib.

Onun sözlərinə görə, son vaxtlar televiziya kanallarında da bu barədə ciddi verilişlər yayımlanır:

“İnsanların kəndləri tərk etməsinin əsas səbəbi iş yerlərinin olmamasıdır. Əvvəllər kəndlərdə müxtəlif müəssisələrin filialları var idi, 50-100 nəfər işlə təmin olunurdu. Məsələn, xalça fabriki, süd zavodu, kənd təsərrüfatı məhsullarının emalı ilə bağlı müəssisələr fəaliyyət göstərirdi. İndi isə belə iş yerləri demək olar ki, yoxdur, hamısı şəhərə yaxın ərazilərə, əsasən də Sumqayıta köçürülüb. Bu cür müəssisələr müxtəlif rayonlarda yaradılmalıdır ki, insanlar işləyə bilsinlər. Bəzi bölgələrdə iş yerlərinin açılması vacibdir ki, insanlar kənddə yaşamağa davam etsin.

Vahid Əhmədov

Hökumət qaz, işıq, su və yollarla bağlı mühüm işlər görüb, lakin bu, kifayət etmir. Yolların vəziyyəti də hər yerdə qənaətbəxş deyil. Amma ən vacib məsələ iş yerlərinin yaradılmasıdır. Kənd təsərrüfatı ilə məşğul olan bölgələrə daha çox diqqət yetirilməli, güzəştli kreditlər verilməlidir ki, insanlar yaşaya, təsərrüfat yarada bilsinlər. Hazırda kredit faizləri yüksəkdir, üstəlik, zəmanət və girov tələb olunur. Kənd adamı nə girov göstərə bilər? Onun evinin qiyməti də bu şərtlərə uyğun gəlmir, buna görə bu sistem effektiv deyil”.

Vahid Əhmədov əlavə edib ki, mövcud problemlərin həlli üçün hökumət tərəfindən xüsusi və ciddi proqram hazırlanmalıdır:

“Məsələn, ölkə başçısının tapşırığı ilə Qubadan Qonaqkənd kəndinə yol çəkiləndə qaz və işıq problemləri də aradan qalxdı və nəticədə insanlar şəhərə köçmək əvəzinə kəndə qayıtmağa başladılar. Mən düşünürəm ki, hər bir ailə öz ata-baba yurdunu unutmamalıdır. İmkan daxilində orada müəyyən şərait yaratmaq olar. Amma ən vacibi — hökumətin kəndlərin inkişafı üçün genişmiqyaslı proqram hazırlayıb həyata keçirməsidir”.

Zaira Akifqızı
Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:138
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 29 İyul 2025 12:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəngəzur dəhlizinin inşasına başlanacağı tarix AÇIQLANDI

10 Dekabr 2025 16:30see256

Odessa planı fiaskoya uğradı KONKRET

10 Dekabr 2025 17:19see243

“Qarabağ” “Ayaks” oyunu başladı CANLI (YENİLƏNİR)

10 Dekabr 2025 21:49see200

Warner Bros. üçün 108 milyard dollarlıq təklif

11 Dekabr 2025 00:43see199

Qurban Qurbanov: Özüm də bilmirəm, Nəriman haqda nə deyim

11 Dekabr 2025 01:51see197

Almaniyada neft kəmərində ciddi qəza: terror aktı...

11 Dekabr 2025 02:07see195

Azərbaycan strateji tərəfdaş kimi ön plana çıxır

10 Dekabr 2025 23:58see189

Donbas iddiası təsadüfi deyil: Rusiya və ABŞ arxa planda razılaşıb

11 Dekabr 2025 13:27see178

Meteuş Koxalski: “Çox əsəbiyəm”

11 Dekabr 2025 01:30see153

Mətanət sürücülərdən şikayətləndi: Söyüş yiyəsi olmayın

11 Dekabr 2025 09:29see139

“Real Madrid” də məğlub oldu Yenilənib

11 Dekabr 2025 02:23see136

Fransada uşaq və yeniyetmələrin sosial şəbəkələrə girişi məhdudlaşdırılacaq

11 Dekabr 2025 03:26see133

Stiven Siqal: “Amerika kinosu daha obyektiv olmalıdır”

11 Dekabr 2025 02:45see133

“Qarabağ”ın Niderlanddakı tarixi qolunun müəllifi: “Ayaks” yaxşı durumda olmasa da, ehtiyatlı olmaq lazımdır”

10 Dekabr 2025 17:05see132

Almaniya səmasında müəmma: Rusiya hücuma keçib? Heyrətamiz

11 Dekabr 2025 02:23see128

Üzgüçülük üzrə Azərbaycan çempionatı start götürüb

11 Dekabr 2025 20:15see126

Bakıda bu yolda işıqforun hər üç işığı eyni anda yanır

12 Dekabr 2025 08:55see126

Vikinq kimi yaşayır Video

12 Dekabr 2025 08:55see125

​“UNESCO buna Ermənistanın mane olduğunu etiraf etmişdi”

10 Dekabr 2025 17:16see124

İsrailin işğal siyasəti İranı nüvə silahına itələyir ŞƏRH

12 Dekabr 2025 04:26see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri