Icma.az
close
up
RU
Azərbaycanda uşaqların cırlaşmasının səbəbi bilindi

Azərbaycanda uşaqların cırlaşmasının səbəbi bilindi

Icma.az, Demokrat.az saytına istinadən bildirir.

Azərbaycanda uşaqların fiziki inkişafı və boy artımı ilə bağlı son illər müşahidə edilən mənfi tendensiya cəmiyyətdə ciddi suallar doğurur.
Demokrat.az
xəbər verir ki, müasir tibb elmi uşağın boyunun yalnız genetikadan asılı olmadığını, genetik potensialın reallaşması üçün qidalanma, həyat tərzi və hormonal balansın vəhdət təşkil etməsinin vacibliyini sübut edir.
Məsələ ilə bağlı pediatr Arzu Şıxhəmzəyeva bildirib ki, hazırda Azərbaycanda uşaqlar arasında boyun qısa qalması və cırlaşma halları nəzərəçarpacaq dərəcədə artıb. O qeyd edib ki, bu problemin kökündə dayanan ən başlıca amil uşaqların düzgün və balanslı qidalanmamasıdır. Pediatrın sözlərinə görə, bir çox uşaqlar orqanizmin inkişafı üçün zəruri olan zülal, kalsium, dəmir, sink və D vitamini ilə kasad qidalanır. Xüsusilə fastfud məhsullarının və paketlənmiş qidaların həddindən artıq istifadəsi sümük inkişafına birbaşa mənfi təsir göstərir.
Arzu Şıxhəmzəyeva vurğulayıb ki, Azərbaycanın günəşli iqlimə malik olmasına baxmayaraq, uşaqlar arasında D vitamini çatışmazlığı hələ də geniş yayılıb və bu, sümük böyüməsini ciddi şəkildə ləngidir. Bununla yanaşı, xroniki xəstəliklər, xüsusilə bağırsaqlarda sorulma pozğunluqları və tez-tez keçirilən infeksion xəstəliklər orqanizmin bütün enerjisini sağalmağa yönəltdiyi üçün boy artımı arxa plana keçir.
Hormonal faktorların əhəmiyyətinə toxunan ekspert bildirib ki, böyümə hormonu və qalxanabənzər vəz xəstəlikləri boyun inkişafında mühüm rol oynayır:
“Bəzi uşaqlarda erkən və ya gecikmiş cinsi inkişaf boyun qısa qalmasına səbəb olur. Az fiziki aktivlik və oturaq həyat tərzi böyümə hormonunun ifrazını azaldır. Psixoloji stress və ailədaxili gərginlik də uşağın inkişafına mənfi təsir edə bilər. Genetik faktorlar rol oynasa da, bütün halları bununla izah etmək olmaz. Buna görə də boy artımı ləngiyən uşaqlar vaxtında pediatr və endokrinoloq tərəfindən müayinə olunmalıdır”.
Uşaqların fiziki sağlamlığı təkcə fərdi deyil, həm də milli genofondun qorunması baxımından strateji əhəmiyyət kəsb edir. Cırlaşma problemi gələcək nəsillərin fiziki dözümlülüyünə və ümumi sağlamlıq göstəricilərinə təsir edən ciddi siqnaldır. Bu səbəbdən valideynlərin uşaqların yuxu rejiminə, aktiv idmanla məşğul olmasına və ekran asılılığından uzaq durmasına nəzarət etməsi vacibdir.
Qeyd edək ki, uşağınızda həmyaşıdlarından geri qalma müşahidə edirsinizsə, "genetikdir" deyib keçmədən mütləq qan analizi və hormonal müayinələrdən keçməyiniz tövsiyə olunur.
Demokrat.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:226
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 02 Fevral 2026 01:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see569

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see410

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see293

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see292

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see286

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see264

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see258

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see231

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see226

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see214

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see213

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see210

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see208

Rusiya bankları maliyyə “bombası”nın üzərindədir...

08 Noyabr 2026 19:50see205

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see202

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see199

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see197

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see192

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see181

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri