Icma.az
close
up
RU
Menu

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

Oksana Rəsulova: “Şahrux Xanın yoldaşı məni Priti Zinta ilə səhv saldı“ VİDEO

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

Putinin gizli şəkildə İsrailə enmiş VİP təyyarəsində kimlər olub və nə məqsədlə gəliblər? “QRU“ rəhbəri və...

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Atəşgah Sığorta nın xalis mənfəəti 1 % ə yaxın azalıb

İngiltərə klubunun həmsahibindən gözlənilməz addım

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

Robot kosmosda ilk dəfə müstəqil şəkildə konstruksiya qurdu

Azərbaycanda gizli qalan ədəbi xəzinə üzə çıxarılır Rəqəmsal inqilab başladı

Azərbaycanda gizli qalan ədəbi xəzinə üzə çıxarılır Rəqəmsal inqilab başladı

Yenisabah portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin “2025-ci il kiçik qrant müsabiqəsi” çərçivəsində maliyyə dəstəyi alan Yeni Yazarlar və Sənətçilər İctimai Birliyi “Azərbaycanın kulturoloji tolerantlığı” kreativ-innovativ layihəsini həyata keçirməyə başlayıb.

YYSİB sədri, layihə rəhbəri Aydın Xan Əbilovun bildirdiyinə görə, reallaşdırılmasına başlanılan üçaylıq  layihə 1 iyun – 31 avqust 2025-ci il tarixlərində həyata keçiriləcık və geniş fəaliyyət planına malikdir. Müxtəlif fəaliyyət növləri – real tədbir, virtual aksiya, e-sərgi, sosial şəbəkələrdə kreativ kampaniyayla yanaşı, kitabxana.net portalında xüsusi olaraq yaradılan “Azərbaycanın kulturoloji tolerantlığı” adlı altbölümdə silsilə formatlı 10-dan çox elektron kitabın rəqəmsallaşdırılması, ictimai yayımı, təqdimat mərasiminin keçirilməsi, eləcə də mövzunu əhatə edəcək 4 buraxılış İnternet TV verilişin çəkilməsi, montajı, yayımlanması nəzərdə tutulur. Azərbaycanda yaşayan xalqların bəzilərinin ana dillərində yazdıqları əsərlərdən ibarət ədəbiyyat, kulturoloji İnternet resursu, elektron kitabxana, e-nəşrlər sahəsində boşluqların da qismən doldurulmağa yönələn layihə komandası artlıq işinə başlayıb.

Bu günlərdə Layihə komandasının geniş açıqlamasında isə bildirilir ki, ölkəmizdə yaşayan xalqların Azərbaycanca və öz dillərində ədəbiyyatları, folkloru, etnoqrafiyası, multikultural və tolerant dəyərləri  araşdırılaraq gənc nəsilə tanıdılması, sevdirilməsi də əsas məqsədlərdən biridir. İnternet dövrdə etnik dillərdə yazıb-yaradan düşüncə adamlarının yaradıcılığını, xalqlarımızın yerli dillərini yaşatmaq, mədəniyyətlərini yaymaq üçün kreativ platforma, resurslar sosial şəbəkə və yeni media kontenti yaratmaq vacibdir. Yerli xalqların/etnik qrupların dərslik, kitab, başqa e-nəşrlərini çapa hazırlayaraq yaymaq üçün vahid İnternet resursuna ehtiyac duyulur. Layihənin əsas məqsədi də bu kulturoloji sərvəti ölkəmizdə təbliğ etmək, dünyaya, indiki və gələcək nəsillərə çatdırmaqdır.  Bu mövzulu kitabların e-nəşri, yayımı, təbliği və virtual sərgisi əsas ideya olaraq götürülür. Yeni nəsil nümayəndələri üçün motivativ real və virtual kreativ-humanitar fəaliyyətlərinin əsas ideoloji istiqamətindən biri də post-müharibə dövründə ölkənin müxtəlif sahələrini inkişaf etdirmək üçün respublikamızda yaşayan xalqlar arasında həmrəyliyi daha da möhkəmləndirməyə nail olmaqdır. Dünyada gedən mürəkkəb geo-siyası proseslər, xüsusə nə qonşu ölkələrdəki münaqişələr, iqtisadi çətinliklər, qlobal iqtisadiyyatda böhran, işsizlik və ideoloji boşluq kimi mənfi hallar daha çox gəncləri öz təsirinə alır. II Qarabağ müharibəsindəki Zəfərin – Qələbənin enerjisini Vətənimizin inkişafı üçün motivasiyaya çevirərək gənclərə yönəltmək vacibdir. Bu istiqamətdə isə ən asan başa gələn formatlardan biri də elektron kitablar, rəqəmsal nəşrlər, yeni texnoloji alətləridir.

Ölkəmizin indiyə qədər qazandığı milli-mədəni dəyərlər, mədəni-tarixi, humanitar-estetik sərvətlərin, xüsusən də müxtəlif xalqların mental-kreativ imkanları İnternet, yeni media və sosial şəbəkələrdə, elektron və virtual KİV-də, xüsusən də yeni nəsilin gənc nümayəndələri arasında tanıdılmasına böyük ehtiyac duyulur. Dünya azərbaycanlılarını birləşdirən milli-mənəvi dəyərlərlə bağlı bilgilərin yayılması, məlumatların zənginləşdirilməsi üçün yaradılması vacib bu cür elektron resurslardan daha geniş istifadə yeni nəslin estetik-mənəvi inkişafına təsir göstərir ki, bu da gənclərin maraqlandırmaq üçün fərqli yanaşmalar, fərqli kreativ-kulturoloji formatlar tələb edir.

Fərqli müəlliflərin əsərlərinin, eləcə də bu mövzuda e-nəşrlərin, sosial media məhsullarının hazırlanması, yayımı, tanıtımı, təbliği, yeni İKT texnoloji imkanlardan bəhrələnərək “Azərbaycanın kulturoloji tolerantlığı” seriasından silsilə elektron kitablarını rəqəmsal nəşri, İnternet TV formatlı verilişlərin hazırlanaraq nümayişi, e-kitabxana alt-bölümünün yaradılması, orada e-nəşrlərin yayımı, virtual aksiyalar, təqdimatlar  vasitəsilə gənclərin motivasiya edilməsi layihənin əsas vəzifələrindən sayılır.

Elektron kitabxana və kitabların inkişafına yönəli fəaliyyətin əsas vəzifəsi cəmiyyətimizdəki müxtəlif qrupların və gənclərimizin iştirakı ilə cəmiyyətimizin daha sürətli mədəni, sivil, intellektual inkişafına nail olmaqdır.  Qlobal İnformasiya Resurslarında – İnternetdə Azərbaycana dair rəqəmsal anadilli nəşrlərin, e-kitabların, elektron daşıyıcılarda genişhəcmli mətnlərin azlığını nəzərə alaraq yeni virtual mütaliə məhsullarının hazırlanmasına da çalışılacaq. Dünyadakı soydaşlarımız üçün elektron resurs, Azərbaycan e-kitabları, alternativ imkanlar yaradılacaq, milli təhsil və kitab mədəniyyəti inkişaf etdiriləcək.

Layihə, ümumən, Azərbaycan ərazisində, xüsusən də Bakı və Lənkəran şəhərində, eyni zamanda İnternet və sosial şəbəkələr vasitəsi ilə  soydaşlarımız yaşayan dünya ölkələri əhatə edir. Layihədən, əsasən, məktəbli və tələbələr, eləcə də alternativ – məsafəli təhsil həvəskarları – müxtəlif yaşda, cinsdə, fərqli intellektual səviyyədə olan şəxslər bəhrələcək.

Son nəticədə mədəniyyətə, etnik, kulturoloji yaradıcılığa və kreativ sahələrin inkişafına xidmət edəcək layihə paytaxt və regionlarda ədəbi-mədəni sahələrdə bacarıqların inkişafını təşviq edən tədbirlərin, neo-maarifləndirici təşəbbüslərin həyata keçirilməsinə yönəlib. Layihə komandasının planına görə, yeni elektron kitablar, e-nəşrlər, şəbəkə ədəbiyyatı nümunələri hazırlanacaq, virtual oxu/mütaliə və e-yazı vərdişləri formalaşdırılacaq, elektron resurslar yaradılacaq, xalqlarımızın dilləri, ədəbiyyatları, mədəniyyətləri, əsərlər təbliğ olunacaq. Azsaylı xalqlarımızın və etnik azlıqların anadilli mədəniyyətin əsas hissəsini təşkil edən folklor, ədəbiyyat, çağdaş əsərlər, elektron kitablarla bağlı  məlumatların sayı İnternetdə çox azdır. Layihə bu istiqamətdə boşluqları dolduracaq, eləcə də II Qarabağ müharibəsində Azərbaycanı sevədiklərini sübut edən yaradıcı qələm adamlarına öz ana dillərində əsərlər yazmağa motivasiya verilər. Etnik dillərdə yazıb-yaradan yazarlara şəbəkə və e-kitab estetikasıyla tanış olaraq ÜmumAzərbaycan mədəniyyətinin yeni qatlarını yaratmaq istiqamətində öz töhfələrini verəcəklər.

Bu layihədə növbəti dəfə sistemli şəkildə Azərbaycanda yaşayan azsaylı xalqların mədəniyyəti, ədəbiyyatı, folkloru, yaradıcı potensialı haqqında İKT və vizual-virtual formatlarda müraciətlər olunacaq, elektron kitabxana vasitəsi ilə təbliğ və tanıtımı aparılacaq. İnternet, İnformasiya-Komunikasiya Texnologiyaları, yeni virtual və smart alətlərdən yararlanmaq planlaşdırılır.  Sonuncu mərhələ kimi  kitabların elektron versiyası hazırlanması layihə bitdikdən sonra da ardıcıl olaraq davam etdiriləcək və şəbəkə resursunun  genişləndirilməsi, inkişaf etdirilərək zənginləşdirilməsi istiqamətində fəaliyyət göstəriləcək. Layihə Azərbycandakı azsaylı xalqların xalqının milli mədəniyyəti – ədəbiyyatı, estetik-kreativ, folklor-kulturoloji sərvətləri,etnik dillərdə yazan yazıçı və şairlərin yaradıcılığının geniş virtual ictimaiyyət, eləcə də soydaşlarımız arasında tanıdılması, ölkə daxilində və xaricdə real və virtual təbliği, Azərbaycan oxucusunun, xüsusən də onun ən yeni nəslinin təlim-tərbiyyəsi, estetik-intellektual formalaşması, yeni bilgilərin əldə edilməsi, yeni e-oxu və e-yazı mədəniyyətinə yiyələnməsi, elektron kitabxanadan yararlanması, yaradıcı təfəkkürünün inkişafı, sosial şəbəkələrdən, İnternet resurslarından istifadənin səmərəliyinin artırılması baxımından çox gərəkli nəticələr ortaya qoyacaq.


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:169
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 23 İyun 2025 11:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see304

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see272

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see271

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see253

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see246

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see233

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see228

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see226

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

10 Noyabr 2026 06:24see221

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see218

Oksana Rəsulova: “Şahrux Xanın yoldaşı məni Priti Zinta ilə səhv saldı“ VİDEO

10 Noyabr 2026 08:31see214

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see205

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see198

Putinin gizli şəkildə İsrailə enmiş VİP təyyarəsində kimlər olub və nə məqsədlə gəliblər? “QRU“ rəhbəri və...

10 Noyabr 2026 08:03see191

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see187

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see186

Atəşgah Sığorta nın xalis mənfəəti 1 % ə yaxın azalıb

10 Noyabr 2026 11:18see180

İngiltərə klubunun həmsahibindən gözlənilməz addım

10 Noyabr 2026 08:04see180

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

10 Noyabr 2026 16:08see173

Robot kosmosda ilk dəfə müstəqil şəkildə konstruksiya qurdu

10 Noyabr 2026 06:54see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri