Icma.az
close
up
RU
Rəqəmsal transformasiya ədəbi dilin təbiətinə yeni baxış gətirib ŞƏRH

Rəqəmsal transformasiya ədəbi dilin təbiətinə yeni baxış gətirib ŞƏRH

Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bakı, 7 noyabr, AZƏRTAC

XXI əsr bəşər tarixində rəqəmsal sivilizasiyaya keçid dövrü kimi xarakterizə olunur. Bu dövr informasiya texnologiyalarının, internetin və sosial şəbəkələrin həyatımızın bütün sahələrinə nüfuz etməsi ilə səciyyəvidir. Rəqəmsallaşma prosesi bütün sahələrdə olduğu kimi, insanın ünsiyyət tərzi, düşüncə modeli və dil davranışını da əsaslı şəkildə dəyişib.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Mətbuat Şurasının İdarə Heyətinin üzvü Yeganə Hacıyeva səsləndirib.

Ədəbi dilin də bu qlobal prosesin təsirindən kənarda qalmadığını, onun normativ sisteminin və ifadə vasitələrinin yeni kommunikativ şəraitə uyğunlaşmağa başladığını vurğulayan Y.Hacıyeva deyib: “Belə ki, ənənəvi ədəbi dildə yazılı və şifahi formalar arasında ciddi fərq mövcud idi: yazılı nitq daha rəsmi, sabit və qaydalı, şifahi nitq isə sərbəst və emosional idi. Rəqəmsal mühitdə isə şifahi və yazılı nitq arasındakı sərhədlərin itdiyi görünür. Sosial şəbəkələr, mesajlaşma tətbiqləri, bloqlar və digər internet resursları vasitəsilə yazılan mətnlərdə şifahi danışıq üslubuna xas elementlər üstünlük təşkil edir. Burada qısaltmalar, emosionallıq, səs təqlidi ifadələri və emosiya simvolları geniş şəkildə istifadə olunur. Bu hal bir tərəfdən ədəbi normanın elastikliyini artıraraq onu daha çevik və dinamik hala gətirir, digər tərəfdən isə yeni dil variasiyalarının formalaşmasına səbəb olur.

Bildirilib ki, rəqəmsal kommunikasiya nəticəsində ədəbi, publisistik və danışıq üslublarının xüsusiyyətlərini birləşdirən yeni ünsiyyət forması - rəqəmsal üslub meydana gəlib. Bu üslubda qısa, lakonik və emosional ifadə tərzi üstünlük təşkil edir.

“Bu gün abreviaturalar, simvollar və həştəqlərdən ibarət olan mesajların quruluşu yeni kommunikativ qaydalar formalaşdırır. Beləliklə, internet mühiti özünün dil sistemi, etiketi və ifadə standartlarını yaratmış olur. Digər tərəfdən isə ədəbi dil ingilis dilindən alınmalar və internet jarqonları ilə yüklənir. Rəqəmsallaşma ilə əlaqədar olaraq ingilis mənşəli terminlər və ifadələr Azərbaycan dilinə intensiv şəkildə daxil olur. “Post”, “layk”, “kontent”, “strim”, “trend” kimi sözlər gündəlik nitqdə geniş işlədilir və çox zaman Azərbaycan dilinin morfoloji sisteminə uyğunlaşdırılır. Məsələn, “layk etmək”, “trenddə qalmaq”, “kontent hazırlamaq” və s. Bu kimi hallar dilin qloballaşmasının təzahürü olmaqla yanaşı, onun saflığı və milli özünəməxsusluğu məsələsini də aktuallaşdırır”, - deyə o əlavə edib.

Mətbuat Şurasının İdarə Heyətinin üzvü vurğulayıb ki, ədəbi normanın formalaşması əvvəlki dövrlərdə daha çox dilçilərin, akademik institutların və normativ lüğətlərin səlahiyyətində idi. Lakin rəqəmsal dövrdə normanı müəyyənləşdirən əsas qüvvə kimi geniş istifadəçi kütləsi çıxış edir. Sosial şəbəkələrdə populyarlaşan ifadələr, sadələşmiş yazılı formalar (“tşk”, “slm” və s.) müəyyən zaman keçdikcə norma kimi qəbul olunmağa meyllidir. Bu, dilin “aşağıdan yuxarıya” istiqamətlənmiş dəyişikliklərin təsirini nümayiş etdirir.

“Rəqəmsal kommunikasiyada nitqin vizuallaşması və multimodal ünsiyyət formaları yaranmaqdadır. Məsələn, mətnlər təkcə sözlərlə deyil, həm də vizual və simvolik elementlərlə ifadə olunur. Emosiya, mem, gif, stiker və həştəq kimi vasitələr mətnə əlavə emosional və semantik qatlar gətirir. Belə multimodal ünsiyyət növü nitqin çoxşaxəli və təsirli olmasını təmin etsə də, klassik ədəbi dildən uzaqlaşma riskini kəskin artırır. Belə bir dövrdə ünsiyyətin sürətliliyi və qeyri-rəsmi xarakteri bəzən dil mədəniyyətinin zəifləməsinə gətirib çıxarır. Yazı və orfoqrafiya qaydalarına, durğu işarələrinə diqqət azalır və o, yeni şəraitə uyğunlaşır. Əsas məqsəd hər bir halda fikrin dəqiq, aydın və mədəni ifadəsini qorumaqdır”, - deyə o diqqətə çatdırıb.

Yeganə Hacıyeva, həmçinin bildirib ki, rəqəmsal transformasiya ədəbi dilin təbiətinə yeni baxış gətirib. Ədəbi dil öz sabitliyini qoruyaraq dəyişikliklərə açıq sistem olduğunu nümayiş etdirir və yeni ünsiyyət formaları, leksik alınmalar, multimodal elementlər ədəbi dilin ifadə imkanlarını artırır. Bu gün alimlərin üzərinə rəqəmsal transformasiyanın ədəbi dili zəiflətməsinin qarşısını almaq, dilin mədəni və milli kimliyini qorumaq, onu müasir dövrün tələblərinə uyğun şəkildə inkişaf etdirmək kimi bir missiya düşür.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:150
embedMənbə:https://azertag.az
archiveBu xəbər 07 Noyabr 2025 14:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see320

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see300

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see283

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see281

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see260

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see256

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see254

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see247

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see243

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see236

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see232

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see222

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see217

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see215

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see211

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see205

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see196

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see196

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see191

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri