Icma.az
close
up
RU
Menu

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

İbrahim Tatlısesin model gəlininin evini su basdı

GMO məhsullarının Azərbaycanda satışı varmı?! EKSPERT RƏYLƏRİ

GMO məhsullarının Azərbaycanda satışı varmı?! EKSPERT RƏYLƏRİ

Icma.az xəbər verir, Sia Az saytına əsaslanaraq.

GMO (Genetik Modifikasiya Olunmuş Orqanizmlər) genetik mühəndislik vasitəsilə orqanizmin (bitki, heyvan və ya mikroorqanizm) genetik materialının dəyişdirilməsi nəticəsində əldə olunan məhsullardır. 1996-cı ildən bəri GMO bitkiləri dünya üzrə geniş yayılıb. Başqa sözlə, bu məhsulların genlərinə başqa canlılardan genlər əlavə olunur ki, müəyyən xüsusiyyətlər qazansınlar məsələn, quraqlığa davamlılıq, zərərvericilərə qarşı müqavimət və ya məhsuldarlığın artırılması.

GMO məhsullarının əsas məqsədi
Bitkilərin məhsuldarlığını artırmaq, zərərvericilərə və xəstəliklərə qarşı dözümlü növlər yetişdirmək, mühitə və iqlim dəyişikliklərinə davamlı sortlar əldə etmək, ərzaq çatışmazlığı problemini azaltmaq.

Ən çox GMO olunan məhsullar
Qarğıdalı
Soya
Pambıq
Kartof
Pomidor
Yağlı kolza

GMO məhsullardan istifadənin müsbət tərəfləri aşağıdakılardır:
Məhsuldarlıq artır, kənd təsərrüfatında dərman və pestisid istifadəsi azalır, saxlanma müddəti uzun olur, quraqlıq və xəstəliklərə qarşı davamlılıq artır.

Mənfi cəhətləri:

İnsan sağlamlığına təsirləri tam sübut edilməyib, ekosistemə və bioloji müxtəlifliyə zərər verə bilər, GMO olmayan məhsulların genetik təmizliyini poza bilər, istehlakçılarda etimadsızlıq yaradır

Dünyada vəziyyət
GMO məhsullar ən çox ABŞ, Braziliya, Argentina, Kanada və Hindistanda becərilir. ABŞ‑da artıq taxıl sahələrinin təxminən 55 %‑i minimum bir GM xüsusiyyət daşıyan sortla əkilir. Avropa ölkələrinin çoxunda GMO məhsulların becərilməsi məhdudlaşdırılıb. Azərbaycan və Türkiyədə GMO məhsulların əkilməsi qadağandır, lakin bəzi idxal olunan məhsullarda GMO izlərinə rast gəlinir. GMO yeməklərinin təhlükəsizliyi ilə bağlı dünyada şübhələr var: 20 ölkə üzrə aparılan sorğuda median olaraq 48 % insan GMO yeməklərinin təhlükəli olduğunu düşünür, yalnız 13 % isə təhlükəsiz olduğunu hesab edir.

GMO məhsullar həm elmi tərəqqinin nəticəsi, həm də ictimai mübahisələrin mövzusudur. Onların istifadəsi bir tərəfdən aclıq və məhsuldarlıq problemlərini azalda bilər, digər tərəfdən isə uzunmüddətli sağlamlıq və ekoloji təsirləri hələ də araşdırılmaqdadır.

Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynovun SİA- ya açıqlamasında bildirib ki, genetik olaraq modifikasiya edilmiş orqanizmlər (GMO) dünyada kənd təsərrüfatında sürətlə yayılan məhsullardır: "Azərbaycanda da bu proses müəyyən şəkildə müşahidə olunur. Məsələn, ölkədə uzun illərdir “Roundup” adlı herbisid satılır və onun istehsalçısı “Monsanto” şirkətidir. Qeyd etmək lazımdır ki, Monsanto dünyada GMO texnologiyasını yaymaqla məşhurdur. Herbisidin mövcudluğu, əkin sahələrində GMO məhsullarının yetişdirildiyini göstərən bir göstəricidir.

Təcrübələr göstərir ki, bu herbisid su ilə yerli bitkilərin köklərini məhv edir, lakin müəyyən GMO və ya hibrid bitkilərə, məsələn soğana təsir etmir. Hibrid və toxumsuz bitkilər (toxumsuz qarpız, bibər) isə növbəti ildə cücərmə xüsusiyyətini itirir və bununla da GMO-nun varlığının dolayısı ilə göstəricisi olur. Bu cür nümunələr laboratoriya təhlili olmadan da bitkilərin genetik modifikasiyasının əlaməti kimi qəbul edilə bilər.

Ölkəmizdə GMO məhsullarının idxalı və istehsalı ilə bağlı nəzarət mexanizmləri mövcuddur, lakin bəzən bu sahədə dövlət orqanları sübut tələb edir və qismən qeyri-şəffaf yanaşmalar müşahidə olunur. Buna baxmayaraq, dünya təcrübəsi göstərir ki, GMO məhsullarının istehsalı və yayılması həm ətraf mühit, həm də insan sağlamlığı üçün potensial risklər yarada bilər. İnsan orqanizmi təbii qida zəncirinə uyğun tənzimlənmişdir, lakin GMO-ların bədəndə parçalanması üçün uyğun maddələr yoxdur. Bu səbəbdən onların həddindən artıq istehlakı bağırsaq və digər sistemlərdə yığıla bilər və uzunmüddətli sağlamlıq riskləri törədə bilər.

Beynəlxalq səviyyədə GMO ilə bağlı məsələlər ciddi şəkildə tənzimlənir. Məsələn, BMT-nin ətraf mühitin biomüxtəlifliyinin qorunmasına dair sənədi və Kartagen protokolu GMO-nun potensial təsirlərini nəzərə alaraq istehsal və idxalı məhdudlaşdırır. Lakin ticarət maraqları və qlobal iqtisadi təzyiqlər səbəbindən GMO məhsulları dünyada və Azərbaycanda yayıla bilər.

Qeyd etmək lazımdır ki, GMO-lara qarşı monitorinq layihələri bir neçə ölkədə həyata keçirilmişdir və Azərbaycanda da buna oxşar tədqiqatlar aparılır. Bu layihələr göstərir ki, GMO-nun istehlakı yalnız kənd təsərrüfatına deyil, həm də qida təhlükəsizliyi və insan sağlamlığına təsir göstərə bilər”.

Qida Təhlükəsizliyi Hərəkatının rəhbəri, sağlam qidalanma üzrə mütəxəssis Məhsəti Hüseynovanın sözlərinə görə, son illərdə geni dəyişdirilmiş orqanizmlər (GMO) artıq dünyanın bir çox ölkəsində, o cümlədən Azərbaycanda da müzakirə mövzusuna çevrilib: "Azərbaycan qanunvericiliyinə əsasən, GMO tərkibli məhsulların satışı, idxalı və ixracı qadağandır. Lakin 2015-ci ildə edilən bəzi dəyişikliklər bu sahəyə müəyyən qədər elastiklik gətirdi. Bu dəyişikliklərə görə, geni dəyişdirilmiş orqanizmlərin birbaşa əkilməsi və kommersiya məqsədilə satışı qadağan olunsa da, bəzi məhsulların tərkibində cüzi miqdarda GMO komponentlərinin olmasına icazə verildi.

2023-cü ildən etibarən isə “Qida təhlükəsizliyi haqqında” qanuna əsasən, yem məhsullarında geni dəyişdirilmiş orqanizmlərin tətbiqinə başlanılıb. Bu qərar, bir tərəfdən kənd təsərrüfatında məhsuldarlığın artırılması məqsədi daşısa da, digər tərəfdən GMO məhsullarının orqanizmə təsirləri ilə bağlı narahatlıqları da artırıb. Elmi dairələrdə bu məsələ ilə bağlı fərqli fikirlər mövcuddur. Bəzi alimlər geni dəyişdirilmiş orqanizmlərin mənfi təsirlərinin tam sübut olunmadığını bildirir və onların müdafiəsində çıxış edirlər. Digər tədqiqatçılar isə GMO məhsullarının uzunmüddətli təsirlərinin tam öyrənilmədiyini, buna görə də ehtiyatla yanaşmağın vacibliyini vurğulayırlar.

Hazırda dünyada ən çox geni dəyişdirilən məhsullar soya və qarğıdalıdır. Bu məhsullar çox vaxt emal olunmuş şəkildə – məsələn, qarğıdalı nişastası, soya lesitini və ya müxtəlif qida əlavələri formasında – bir çox qablaşdırılmış qidaların tərkibində istifadə olunur. Maraqlıdır ki, bəzi premium məhsulların üzərində “GMO yoxdur” və ya “GMO-suzdur” kimi ifadələr göstərilir. Bu, istehlakçıların təbii və sağlam məhsullara üstünlük verdiyini nümayiş etdirir.

Gen mühəndisliyinin inkişafı nəticəsində artıq bəzi meyvə və tərəvəz növləri mövsümdən asılı olmayaraq bazarlarda mövcuddur. Bu, məhsulların genetik müdaxilələr nəticəsində iqlimə və xəstəliklərə daha davamlı hala gətirilməsinin nəticəsidir. Lakin belə dəyişikliklərin insan orqanizminə uzunmüddətli təsirləri hələ də tam elmi şəkildə sübut edilməyib. Heyvanlar üzərində aparılan bəzi təcrübələrdə geni dəyişdirilmiş qidalarla bəslənmənin orqanizmdə müəyyən dəyişikliklərə səbəb ola biləcəyi göstərilib. Bu isə genetik manipulyasiyaların təbiiliyi pozduğu və orqanizmin reaksiyalarına təsir göstərə biləcəyi ehtimalını gücləndirir.

GMO məhsulları müasir dünyanın həm elm, həm də etik baxımdan mübahisəli mövzularından biridir. Əgər ənənəvi “ata-baba toxumları” qorunub saxlanılsa, qida israfının qarşısı alınsa və məhsullar ədalətli şəkildə bölüşdürülsə, geni dəyişdirilmiş orqanizmlərə ehtiyac da xeyli azalardı. Hələ ki, GMO-nun insan sağlamlığına və ekosistemə təsiri barədə qəti elmi nəticələr yoxdur. Buna görə də bu mövzu üzərində uzunmüddətli tədqiqatlar və laborator araşdırmalar aparılması vacibdir”.

Qida üzrə ekspert Ağa Salamov isə deyib ki, ""Nature Microbiology" jurnalında yayımlanan araşdırmaya görə, genlərimizin demək olar ki hamısı yediyimiz qidalardan təsirlənə bilirlər: "Bədənin bəzi fundamental proseslərini modelləşdirmək üçün istifadə olunan maya üzərində aparılan tədqiqatlar, genlərimizin fəaliyyətinin maddələr mübadiləmizə təsir edərkən, bunun əksinin də mümkün olduğunu və hüceyrələr üçün mövcud olan qidaların da genlərimizə təsir etdiyini göstərir.

Bir çox hallarda təsirlər o qədər güclü olur ki, hüceyrələrin metabolik profilinin dəyişdirilməsi onun bəzi genlərinin təmamilə fərqli şəkildə davranmasına səbəb olur.Genlərin fəaliyyəti və maddələr mübadiləsi kimi bilinən, hüceyrələri qorumaq üçün lazım olan kimyəvi reaksiyaların birləşməsi ilə müəyyən edilir.Metobolizma iki istiqamətdə hərəkət edir.
1. Bədəni enerji ilə təmin etmək üçün molekulların parçalanması
2. Hüceyrələrə lazım olan bütün birləşmələrin istehsalı.

Genlər DNT nin digər genləri , bölgələri və ya epigenetik modifikasiyalar , genləri aktiv etmək, söndürmək üçün açar rolunu oynayan DNT yə birləşdirilmiş kiçik molekullar tərəfindən tənzimlənə bilir. Əvvəlki tədqiqatlar gen tənzimlənməsində başqa bir şeyin mövcud ola biləcəyini irəli sürdü. Metabolik şəbəkə – orqanizmdə baş verən biokimyəvi reaksiyalar. Bu reaksiyalar əsasən hüceyrədə mövcud olan qida maddələrindən – yediyimiz qidadan alınan şəkərlərdən, amin turşularından, yağ turşularından və vitaminlərdən asılıdır. Bunun baş vermə miqyasını araşdırmaq üçün Kembric Universitetində və Londondakı Francis Crick İnstitutunda Dr Markus Ralserin rəhbərlik etdiyi beynəlxalq tədqiqatçılar qrupu, hüceyrənin ən əsas funksionallığında maddələr mübadiləsinin rolunu araşdırdılar. Bunu maya hüceyrələrindən istifadə edərək etdilər. Maya böyük miqyaslı təcrübələr üçün ideal model orqanizmdir, onun manipulyasiyası heyvan modellərinə nisbətən daha asandır, lakin onun bir çox mühüm genləri və əsas hüceyrə mexanizmləri heyvanlarda və insanlarda olanlarla eyni və ya çox oxşardır.

Tədqiqatçılar maya hüceyrələrində mühüm metabolitlərin – metabolik reaksiyaların məhsullarının səviyyələrini manipulyasiya etdilər və bunun genlərin və onların istehsal etdikləri molekulların davranışına necə təsir etdiyini araşdırdılar. Demək olar ki, on gendən doqquzu və onların məhsulları hüceyrə metabolizmindəki dəyişikliklərdən təsirləndi.

Dr. Ralser izah edir : Hüceyrə metabolizması hüceyrələrdə ,əvvələr düşündüyümüzdən daha dinamik rol oynayır. Hüceyrənin demək olar ki, bütün genləri onların əldə edə bildikləri qida maddələrindəki dəyişikliklərdən təsirlənir. Əslində bir çox hallarda təsirlər o qədər güclü olur ki, hüceyrənin metabolik profilinin dəyişdirilməsi onun bəzi genlərinin təmamilə fərqli şəkildə davranmasına səbəb olurdu.

Tədqiqatçılar hesab edirlər ki, nəticələr bizim müəyyən dərmanlara necə reaksiya verdiyimiz də daxil olmaqla geniş təsirə malik ola bilər. Xərçənglərdə (məsələn) şiş hüceyrələri, hüceyrə daxilində metabolik şəbəkəni dəyişdirən çoxlu genetik mutasiyalar inkişaf etdirir. Buda öz növbəsində genlərin davranışına təsir göstərə bilər və bəzi dərmanların bəzi insanlar da işə yaramamasını izah edə bilər.

Araşdırmalarımızin digər mühüm cəhəti alimlər üçün praktikdir deyə, Dr.Ralser izah edir. Bioloji təcrübələr çox vaxt laboratoriyalar arasında təkrarlana bilmir və biz çox vaxt bunun üçün səriştəsiz tədqiqatçıları günahlandırırıq. Görünən odur ki, kiçik metabolik fərqlər təcrübələrin nəticələrini dəyişə bilər. Metabolizmdəki fərqləri daha yaxşı idarə edən yeni laboratoriya prosedurları yaratmalıyıq. Bu bizə daha yaxşı və daha etibarlı təcrübələr hazırlamağa kömək edəcək”
Günay Hacıyeva

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:220
embedMənbə:https://sia.az
archiveBu xəbər 31 Oktyabr 2025 14:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see381

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see374

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see357

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see344

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see247

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see242

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see241

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see234

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see234

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see227

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see221

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see217

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see215

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see209

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see202

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

17 Oktyabr 2026 10:26see186

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see183

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 12:40see173

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see163

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see163
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri