Icma.az
close
up
RU
Azərbaycanda təhsil uğurla inkişaf edir EKSPERT DANIŞDI

Azərbaycanda təhsil uğurla inkişaf edir EKSPERT DANIŞDI

Icma.az, Sia Az portalına istinadən məlumatı açıqlayır.

"Ümumiyyətlə, Azərbaycanda təhsil istiqamətində atılan addımları uğurlu hesab edirəm. Əskilərimiz varmı? Əlbəttə ki, əskilərimiz var". Bu sözləri SİA-ya açıqlamasında təhsil eksperti Ramin Nurəliyev deyib.

Onun sözlərinə görə, Cənab Prezidentimizin vurğuladığı kimi, təhsilin inkişafında və elmin inkişafında xüsusi islahatlara ehtiyac hər zaman var və biz dövlət tərəfindən göstərilən islahatların bir çoxunun şahidi olmuşuq: "Həqiqətən də mən, dövlət tərəfindən Azərbaycanda təhsilə diqqət və qayğının göstərildiyinin şahidiyəm və bunu bir təhsil mütəxəssisi olaraq hər zaman səsləndirməyə çalışıram. Çünki bu gün əgər hər hansı bir gəncimiz orta təhsil məktəbində, məsələn, bir uşağını birinci sinifə aparıb rahat bir şəkildə, rüşvət vermədən və ya direktordan xahiş etmədən elektron formada qeydiyyatdan keçirə bilirsə, bu artıq təhsilin inkişafı deməkdir.

Əgər bu gün bizim müəllimlərimiz rüşvət vermədən, öz bilik və bacarıqları ilə orta təhsil məktəblərində MİQ imtahanında iştirak edib yüksək nəticə əldə edərək peşə fəaliyyətini həyata keçirə bilirsə, bu artıq təhsilin inkişafı deməkdir. Bu gün sertifikasiya imtahanında bilikli müəllimlər orta təhsil məktəblərində qalıb fəaliyyətini davam etdirirsə, öz ixtisası üzrə 50% nəticə göstərə bilməyən müəllimlər isə təhsil sistemindən kənarlaşdırılırsa, bəli, bu artıq yaxın 5–6 ildə Azərbaycan təhsilinin inkişafını ortaya qoyacaq amillərdən biridir.

Bu gün əgər hər hansı bir tələbə ali təhsil müəssisəsində heç kimin və heç bir müəllimə rüşvət vermədən təhsil alırsa, bu əlbəttə ki, təhsildə olan inkişafdır. Bu gün əgər Azərbaycanlı bir gənc dövlət təqaüd proqramı ilə xaricdə təhsil ala bilirsə, əlbəttə ki, bu dövlətin təhsilə olan diqqət və qayğısıdır. Yəni, bunların bir çoxunu saymaq olar. Əgər bu gün ikili diplom proqramları ilə xarici ali təhsil müəssisələrində birgə əməkdaşlıq həyata keçirilirsə, burada əlbəttə ki, dövlətin təhsilə olan diqqət və qayğısı ön plandadır. Bu gün əgər xarici ali təhsil müəssisələri Azərbaycan ali təhsil müəssisələrində maraq göstərib onlarla birgə əməkdaşlıq həyata keçirirsə, İtaliya Azərbaycan Universitetini götürək və ya Rusiyanın Azərbaycandakı filiallarını, Türkiyə Azərbaycan Universitetini götürək. Bunlar artıq Azərbaycanda sadəcə, Azərbaycan üçün deyil, Azərbaycan ali təhsil müəssisələrinin dünya tərəfindən tanınan və etimad edilən təhsil müəssisələri olduğunu göstərir. Onlarla birgə həm ikili diplom proqramları həyata keçirilir, həm də birgə əməkdaşlıq çərçivəsində ali təhsil müəssisəsinin fəaliyyəti təmin olunur.

Yəni, bunlar artıq Azərbaycanda təhsilin inkişafını ortaya qoyan amillərdən biridir. Ali təhsil müəssisələrində bu qədər gözəl uğurları, bu qədər inkişafı qeyd etdik. Bizim peşə hazırlığında ciddi problemlərimiz var, ali təhsil müəssisələrinin təcrübə proqramlarında isə ciddi əskikliklər mövcuddur. Təklif edərdim ki, ali təhsil müəssisələri nəzəri biliklərlə yanaşı, praktiki biliklərin mənimsədilməsində tələbələrin daha çox praktiki istiqamətdə hazırlanmasına xüsusi diqqət yetirsin. Sadəcə bəzi ixtisaslarda laboratoriyalar köhnədirsə, həmin laboratoriyaların tamamlanması və gənclərin həmin laboratoriyalarda praktika və təcrübə keçməsi üçün şərait yaradılması mütləqdir. Bunun üçün bir neçə dövlət qurumu ilə və ya özəl sektorla əməkdaşlıq edərək tələbələrin həmin qurumlara öz ixtisasları üzrə təcrübə proqramlarına cəlb olunması mütləqdir.

Bu istiqamətdə həqiqətən ciddi əskiliyimiz var. Hesab edirəm ki, biliklərin nəzəri formada təqdim olunması, praktiki biliyə o qədər də çox istiqamətlənməməsi xoş arzu olunan deyil. Əgər daha güclü inkişaf etmək istəyiriksə, əgər cənab prezidentin etimadını doğrultmağa çalışırıqsa, məhz ali təhsil müəssisələrinin rəhbərləri praktiki biliklərə daha çox üstünlük verməlidirlər".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:211
embedMənbə:https://sia.az
archiveBu xəbər 06 Yanvar 2026 15:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see297

Bazar 60 faiz kiçilib...

06 Noyabr 2026 20:51see280

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see263

Berdıyev Qarabağ üzərində qələbəni şərh etdi

07 Noyabr 2026 00:28see251

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see235

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see232

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see230

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see223

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see215

1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

07 Noyabr 2026 02:01see214

İcbari tibbi sığorta ilə bağlı şad xəbər...

06 Noyabr 2026 22:30see211

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see210

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see206

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see205

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see201

Qadınlar niyə 40 yaşından sonra daimi yorğunluq hiss edirlər?

06 Noyabr 2026 21:51see199

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see196

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

07 Noyabr 2026 09:37see195

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see192

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri