Icma.az
close
up
RU
Azərbaycanda hansı məhsulların qiyməti qalxacaq?

Azərbaycanda hansı məhsulların qiyməti qalxacaq?

Icma.az xəbər verir, Cebheinfo saytına əsaslanaraq.

Son günlər bölgə bazarlarında ətin qiyməti 2 manata qədər bahalaşıb.

Bu artım əhalidə məhsullarda ümumi qiymət artımının yaranacağı ilə bağlı narahatlıq yaradıb.

Xüsusilə sentyabrın ənənəvi olaraq “qıtlıq ayı” hesab edilməsi fonunda toyuq, balıq və meyvə-tərəvəz məhsullarında da  bahalaşma ola biləcəyi ehtimal olunur.

Bəs ətlə yanaşı digər bazar məhsullarının qiymətində artım gözlənilirmi?

Mövzu ilə bağlı “Cebheinfo.az”-a açıqlama verən iqtisadçı-ekspert Xalid Kərimli bildirdi ki, meyvə-tərəvəz məhsullarının qiyməti mövsümə görə dəyişir:

“Toyuq, balıq və meyvə-tərəvəz məhsullarının qiymətində xüsusi artım gözlənilmir. Meyvə-tərəvəz məhsullarının qiyməti isə sezon bitdikcə artır.
Hansı meyvə və tərəvəzin sezonu başa çatırsa, onun qiymətində artım müşahidə oluna bilər. Bu qiymətlər əvvəlki sezon dövründəki göstəricilərdən daha yüksək olsa da, bu təbii və normal haldır”.

Ekspert qeyd etdi ki, ətin qiymətində yenidən artım ola bilər:

“Ümumi şəkildə isə yaxın gələcəkdə ətin qiymətinin bahalaşacağı proqnozlaşdırılır. Bunun səbəbi heyvanların saxlanma xərclərinin artması və qiymət yüksəlməsinə baxmayaraq ətə olan tələbatın azalmamasıdır. Əhali baha olsa belə, ət almağa davam edir.

Son illərdə ətin istehlakı 20-25 % artıb ki, bu da tələbatın çoxalması ilə bağlıdır. Eyni zamanda saxlanılan heyvanların sayının azalması da göstərir ki, yaxın gələcəkdə qiymətlər tədricən artacaq”.

Gülər
“Cebheinfo.az”

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:156
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 29 Avqust 2025 16:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see273

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see260

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see248

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see246

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see232

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see232

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see231

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see223

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see221

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see213

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see212

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see211

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see210

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see206

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see205

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see201

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see199

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see193

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri