Icma.az
close
up
RU
Azərbaycanda hansı saytlara tələbat çoxdur? MÜSAHİBƏ

Azərbaycanda hansı saytlara tələbat çoxdur? MÜSAHİBƏ

Metbuat portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Azərbaycanda rəqəmsallaşmanın sürətlənməsi fonunda şirkət və fərdi sahibkarlar üçün veb-sayta sahib olmaq artıq zərurətə çevrilib. Müasir tələblərə cavab verən, funksional və etibarlı sayt sifarişi bazarı isə günbəgün genişlənir, müştərilərin seçim imkanları artır.

Bu sahədə mövcud vəziyyət ilə bağlı “Sayt.az MMC”nin direktoru Rəşad Rəhimli Metbuat.az-a müsahibə verib. Həmin müsahibəni təqdim edirik:

Sayt.az neçə müddətdir fəaliyyət göstərir və hansı xidmətləri təqdim edir?

– Sayt.az artıq 20 ildən çoxdur fəaliyyət göstərir. Bu illər ərzində minlərlə layihə üzərində işləmişik və bazarın necə dəyişdiyini yaxından görmüşük. Əsas işimiz veb-saytların hazırlanmasıdır, amma bununla kifayətlənmirik. Müştərilərimizə e-ticarət saytları, korporativ və fərdi layihələr, domen–hosting, texniki dəstək və sosial şəbəkələrin idarə olunması kimi tam rəqəmsal xidmət paketi təqdim edirik. Məqsədimiz sadəcə sayt təhvil vermək yox, biznesin internetdə rahat işləməsini təmin etməkdir.

Azərbaycanda insanlar daha çox hansı məqsədlə sayt yaratmağa ehtiyac duyur?

– Əksər hallarda insanlar bizə “artıq onlayn görünmək lazımdır” düşüncəsi ilə müraciət edirlər. Şirkətlər özlərini tanıtmaq, xidmətlərini aydın şəkildə təqdim etmək və müştərinin etibarını qazanmaq istəyir. Son illər xüsusilə onlayn satış, xidmət sifarişi və şəxsi brend üçün sayt yaratmaq istəyənlərin sayı xeyli artıb.

Ən çox hansı növ saytlar sifariş olunur?

– Ən çox korporativ saytlar və onlayn mağazalar sifariş edilir. Bundan əlavə, qısa və məqsədyönlü “landing page”lər, xidmət və portfel saytlarına da ciddi maraq var. Müştərilər artıq sadəcə “sayt olsun” demir, axtarış sistemlərində tapılan və istifadəçiyə rahat olan sayt istəyir.

Bir saytın hazırlanması orta hesabla nə qədər vaxt aparır?

– Bu, tam olaraq layihədən asılıdır. Sadə saytları adətən 1–2 həftəyə hazır edirik. Korporativ saytlar bir az daha çox vaxt aparır – təxminən 3–4 həftə. E-ticarət layihələri isə funksiyalar çox olduğu üçün 1 aya, bəzən daha artıq vaxta başa gəlir. Biz tələsməkdənsə işi düzgün görməyə üstünlük veririk.

Sosial şəbəkələr saytları əvəz edə bilərmi?

– Açıq deyim ki, xeyr. Sosial şəbəkələr vacibdir, amma saytın yerini vermir. Sosial şəbəkə bu gün var, sabah qaydası dəyişir. Sayt isə biznesin özünə məxsus, tam nəzarətdə olan rəsmi ünvanıdır. Müştəri sizi “Google”da axtaranda ilk olaraq saytınızı görməlidir.

Süni intellekt bu sahəyə hansı yenilikləri gətirir?

– Süni intellekt işi xeyli asanlaşdırıb, xüsusilə dizayn və məzmun mərhələsində kömək edir. Biz də bu texnologiyalardan istifadə edirik. Amma reallıq budur ki, yalnız süni intellektlə keyfiyyətli və təhlükəsiz sayt hazırlamaq mümkün deyil. Burada əsas rolu yenə də təcrübəli proqramçılar və texniki bilik oynayır.

İstifadəçilər ən çox hansı məsələlərdən narazı qalır?

– Müştərilərin ən çox şikayət etdiyi məsələlər saytın yavaş işləməsi və sonradan dəstək ala bilməmələridir. Biz bu problemləri əvvəldən düşünürük: güclü serverlərdən istifadə edirik və müştəri ilə əlaqəni layihə bitəndən sonra da davam etdiririk. Sayt təhvil verildikdən sonra da məsuliyyət bizdə qalır.

Sayt.az ölkə hüdudlarından kənarda da xidmət göstərirmi?

– Bəli, hazırda xarici müştərilərimiz də kifayət qədərdir. Türkiyə, Rusiya, ABŞ və Avropa ölkələrindən layihələr üzərində işləyirik. Bütün proses onlayn aparıldığı üçün məsafə bizim üçün problem deyil.

Sizi bazarda digərlərindən fərqləndirən əsas cəhət nədir?

– Ən böyük üstünlüyümüz real təcrübə və komandadır. Biz hazır şablon satmırıq, hər layihəyə ayrıca yanaşırıq. Müştərinin biznesini anlayıb ona uyğun həll təklif edirik. Sayt.az-da məqsəd sadəcə sayt hazırlamaq deyil, işlək və nəticə verən rəqəmsal platforma qurmaqdır.

Sevinc İbrahimzadə / Metbuat.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:343
embedMənbə:https://metbuat.az
archiveBu xəbər 24 Dekabr 2025 17:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see324

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see291

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see283

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see278

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see273

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see269

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see267

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see253

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see248

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see243

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see231

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see230

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see228

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see227

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see226

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see222

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see218

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see208

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see199

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri