Icma.az
close
up
RU
Azərbaycanda həkim sayı çox olsa da: Bəzi bölgələrdə bir həkimə minlərlə “xəstə” düşür

Azərbaycanda həkim sayı çox olsa da: Bəzi bölgələrdə bir həkimə minlərlə “xəstə” düşür

Icma.az, Cebheinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Azərbaycanda 32 min nəfər ixtisaslı həkim var.

Bu barədə İcbari Tibbi Sığorta Agentliyinin (İTSA) Tibbi planlama departamentinin rəhbəri Hikmət İbrahimli qurumun Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına təşkil etdiyi mediatur zamanı deyib.

O bildirib ki, Azərbaycanda adambaşına düşən həkim və tibbi heyət standartlara uyğundur: “Hazırda ölkədə tibbi heyətin sayı 100 min nəfərə çatıb. Onlardan 32 min nəfəri ixtisaslaşmış həkimlərdir. Bu da onu deməyə əsas verir ki, Azərbaycanda həkim çatışmazlığı yoxdur”.

Qeyd edək ki, Azərbaycanda əhalinin hər 1000 nəfərinə düşən həkim sayı 3,2 təşkil edir. Bu göstərici 2018-2021-ci illərin məlumatlarına əsasən, Avropa Birliyi ölkələrində 3,9, OECD (İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı) ölkələrində isə 3,6 təşkil edir.

Qeyd edək ki, Azərbaycanda əhalinin hər 1000 nəfərinə düşən həkim sayı 3,2 təşkil edir. Bu göstərici 2018-2021-ci illərin məlumatlarına əsasən, Avropa Birliyi ölkələrində 3,9, OECD (İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı) ölkələrində isə 3,6 təşkil edir. Dövlət Statistika Komitəsinin statistikasına görə, ilin əvvəlinə olan məlumata görə, həkimlərdən 8910 nəfəri terapevt, 3722 nəfəri cərrah, 1968 nəfəri ginekoloq, 3670 nəfəri pediatr, 968 nəfəri oftalmoloq, 563 nəfəri otorinolarinqoloq, 1002 nəfəri nevropatoloq, 400 nəfəri psixiator, 68 nəfəri narkoloq, 217 nəfəri ftiziator, 519 nəfəri dermato – veneroloq, 1627 nəfəri şüa diaqnostikası üzrə həkim, 79 nəfəri idman - müalicə həkimləri, 3764 nəfəri stomatoloq və diş həkimləri, 558 nəfəri gigiyena – epidemioloqlardır. 

7198 nəfər həkim isə digər ixtisas həkimləridir. Statistikaya əsasən, ölkədə ümumi həkim sayı qənaətbəxş görünür. Lakin rayonlarda həkim çatışmazlığı hələ də ciddi bir problem olaraq qalır. Rayonlarda yaşayan vətəndaşlar bəzən ən sadə tibbi müayinə üçün belə şəhərə üz tutmağa məcbur olurlar. Bu isə təkcə həkim və müayinə xərclərini artırmır, əlavə yol və zaman itkisinə səbəb olur. Rayonlarda həkimlərin sayının az olması isə vətəndaşların sağlamlıq vəziyyətinə ciddi təsir edir. 

Dövlət Statistika Komitəsinin məlumatına görə, rayonlarda həkimlərin ümumi sayı 1000-dən azdır. Belə ki, ən çox həkim olan rayonlar siyasında yer alan 12 bölgədə - Abşeron, Salyan, Lənkəran, Quba, Xaçmaz, Şəki, Bərdə, Zaqatala, Tovuz, Şəmkir və Qazaxda ortalama 267,5, ümumilikdə isə 3210 həkim fəaliyyət göstərir. Qeyd edək ki, həmin ərazilərdə əhalinin ümumi sayı 2 milyon 332 min 900-dür. 

Bu da o deməkdir ki, 1 həkimə düşən pasiyent sayı 727-dir. Ən az həkimin olduğu rayon Daşkəsəndir, burada sadəcə 7 həkim çalışır. Əhali sayı 33 300 olan Daşkəsəndə 1 həkimə düşən adam sayı 4757 nəfərdir. Bundan başqa, Xızıda 33, Lerikdə 37, Yardımlıda 38, Zərdabda 46, Qobustanda 49, Samuxda 50, Hacıqabulda 51, Ucarda 57, Oğuzda 62, Gədəbəydə 63, Şabranda 64, Siyəzəndə isə 67 həkim fəaliyyət göstərir. 

Adıçəkilən rayonların əhali sayı ümumilikdə 742 min 800-dür. Belə olan halda 1 həkimə düşən əhali sayı 1204 nəfər olur. Həkimlərin rayonlarda işləmək istəməməsinin əsas səbəbi maaşların az olmasıdır. Həmçinin rayonlarda tibbi texniki avadanlıqlarının köhnəlməsi, laboratoriayaların məhdudluğu və dərman təminatında problemlər həkimlərin işini çətinləşdirir. 

Bu kimi amillərdə həkimlərin böyük şəhərlərə yönəlməsinə səbəb olur. Mövcud problemin aradan qaldırılması üçün bir sıra tədbirlər görülməsi vacidir. Bölgələrdə çalışan həkimlərin maaşının artırılması, bölgələrdə tibbi müəssisələrin təkmilləşdirilməsi, tibbi avadanlıqların yenilənməsi vacib addımlardan hesab edilir. 

Bu tədbirlər həkimləri bölgələrdə işləməsini təşviq edə bilər. Həmçinin, həkimlərin sayının artırılması ilə yanaşı, tibbi xidmətin keyfiyyətinə də ciddi diqqət yetirmək lazımdır. 

Gülər Həsənli 
“Cebheinfo.az”

Açar sözlər: həkim bölgə

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:107
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 12 Dekabr 2025 13:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Baş katib Azər Allahverənov Azərbaycan və Türkiyə QHT nümayəndələri ilə görüşüb

26 Yanvar 2026 12:05see281

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see254

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see224

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see209

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see206

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see203

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see195

ABŞ in vitse prezidenti Cənubi Qafqaza nəyə gəlir?

26 Yanvar 2026 13:27see183

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see182

“Apple” bu il bu məhsulları təqdim etməyi düşünür YENİLİKLƏR

26 Yanvar 2026 07:23see177

Vensin səfəri həm də bəzi qüvvələrə ABŞ ın siyasi mesajıdır

27 Yanvar 2026 11:50see165

Azərbaycanda uşaqlı ailələrə 500 manat pul veriləcək? RƏSMİ CAVAB

26 Yanvar 2026 06:26see163

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see162

Agentlik 8 ölkədən jurnalist və blogerləri Azərbaycana gətirmək istəyir

25 Yanvar 2026 21:16see162

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see157

Nazirlərin və komitə sədrlərinin qəbuluna düşmək istəyənlərin NƏZƏRİNƏ

27 Yanvar 2026 13:00see151

Mənzil və Avatr 07 Pro qaliblərə təqdim olundu Birmarket lotereyası yekunlaşdı

26 Yanvar 2026 18:47see149

“Nikosayağı” 3 il sonra ilk dəfə öz görüntüsünü PAYLAŞDI VİDEO

27 Yanvar 2026 00:39see148

Cazibədar aparıcı görün kimin qızı imiş FOTO

26 Yanvar 2026 04:44see146

Mançester Siti vingerini bu kluba satır Razılıq əldə edildi

26 Yanvar 2026 17:48see140
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri