Icma.az
close
up
RU
“Minlərlə xəstə bir mərkəzə yönləndirilir” HƏKİM DANIŞDI

“Minlərlə xəstə bir mərkəzə yönləndirilir” HƏKİM DANIŞDI

Sia Az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

“Onkoloji xəstələrin icbari tibbi sığorta ilə xəstəxanaya müraciət zamanı saatlarla növbə gözləməsi məsələsinə toxunarkən, bu problemin mahiyyətini tam aydınlaşdırmaq vacibdir. Əvvəla, Azərbaycan Respublikasında qəbul olunmuş qanunvericiliyə əsasən, onkoloji xəstəliklər icbari tibbi sığorta paketinə daxildir. Lakin təəssüf ki, Milli Onkologiya Mərkəzi və digər əlaqədar dövlət tibb müəssisələri çox vaxt bu qanunun tələblərinə məhəl qoymur, yəni açıq şəkildə qanun pozuntusuna yol verirlər”. Bu sözləri SİA-ya açıqlamasında onkoloq-cərrah İbrahim Əsədli deyib.

İbrahim Əsədli sözlərinə belə davam edib: “İkincisi, bu sahədə mövcud olan monopolist yanaşma səbəbindən onkoloji xəstələrin müalicəsi demək olar ki, yalnız bir neçə dövlət müəssisəsinin inhisarında qalıb. Nəticədə isə minlərlə xəstə bir mərkəzə yönləndirilir və bu da uzun növbələrə, vaxt itkisinə və xəstələrin əziyyət çəkməsinə səbəb olur. Məsələn, bir onkoloji xəstə MRT müayinəsinə ehtiyac duyduqda, 800-dən çox adamın olduğu növbəyə düşür və bu proses bəzən aylarla uzanır.

Üstəlik, bu müayinələrə görə xəstələrdən yüksək məbləğlər tələb olunur, halbuki sığorta sistemi vətəndaşı daha sürətli və əlçatan tibbi xidmətlə təmin etməlidir. Əgər onkoloji xəstələrin müalicəsi və diaqnostikası üçün özəl tibb müəssisələrinə də rəsmi şəkildə icazə verilsəydi, bu yüklənmənin qarşısı alınar, xidmətlər bölüşdürülər və belə sıxlıq yaranmazdı.

Ən önəmli məsələlərdən biri də hospis xidmətlərinin yaradılmasıdır. Sağalması mümkün olmayan onkoloji xəstələrin ev şəraitində deyil, xəstəxana şəraitində keyfiyyətli və mərhəmətli tibbi yardım alması vacibdir. Bu cür xəstələr üçün psixoloji və sosial dəstəyi də əhatə edən müasir hospis sisteminin yaradılması zəruridir.

Eyni zamanda, inteqrativ onkologiya mərkəzlərinin yaradılması da prioritet istiqamət olmalıdır. Bu mərkəzlər təkcə klassik müalicə metodlarını deyil, eyni zamanda alternativ və dəstəkləyici üsulları da özündə birləşdirərək xəstənin ümumi həyat keyfiyyətini yüksəltməyə yönələcəkdir”.

Ayşən Vəli

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:150
embedMənbə:https://sia.az
archiveBu xəbər 12 May 2025 18:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çağla Bozun narkotik testi müsbət çıxdı: Saçında kokain aşkarlanıb

04 Oktyabr 2026 01:38see222

Millətlər Liqası: İngiltərədən darmadağın, İspaniyadan növbəti qələbə

04 Oktyabr 2026 00:43see210

Girnə sahillərində batan gəminin daha bir sərnişinin meyiti tapılıb

04 Oktyabr 2026 05:27see209

Respublika Stadionunda möhtəşəm pankartlar FOTO

03 Oktyabr 2026 20:18see205

“Rusiya İran ABŞ münaqişəsində vasitəçilik etməyə hazırdır” Medvedev

03 Oktyabr 2026 23:33see196

Ən zərərli qida məhsulu müəyyən edildi

04 Oktyabr 2026 09:48see196

Şimal bölgəsində payızın ilk qarı FOTO

03 Oktyabr 2026 08:40see194

Tiffani Tramp süni intellektə görə çətin vəziyyətə düşdü FOTO

04 Oktyabr 2026 11:14see190

Duru yağ zərərlidir? Mütəxəssis açıqladı

04 Oktyabr 2026 06:09see190

Tuxel Xorvatiya üzərindəki tarixi qələbədən sonra: “Oyun bir an belə səngimirdi”

04 Oktyabr 2026 00:45see189

Qızıl və gümüş ucuzlaşıb

04 Oktyabr 2026 11:04see184

Buxarada Şərqin ruhu, Qərbin sənəti

04 Oktyabr 2026 00:29see182

Bahar qəsəbəsində ev uçqunu: bir nəfər həyatını itirib

04 Oktyabr 2026 12:56see180

Gəncə terrorundan 6 il ötür

04 Oktyabr 2026 00:45see180

Azad Cəbrayıl 6 cı ilində

04 Oktyabr 2026 00:21see178

Rövşən Muradov: Azərbaycanın enerji resursları geoiqtisadi kapitala çevrilir

03 Oktyabr 2026 17:49see177

Prezident mükafatçısı olan gənc mühəndis evləndi FOTO/VİDEO

04 Oktyabr 2026 13:11see176

Zelenski Trampdan mühüm addım gözləyir

03 Oktyabr 2026 20:16see176

2030 a qədər Azərbaycan iqtisadiyyatında nələr dəyişəcək? HƏDƏFLƏR

04 Oktyabr 2026 09:51see175

Rusiyanın təxminən 700 ballistik raketi var Zelenski

04 Oktyabr 2026 16:54see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri