Icma.az
close
up
RU
Azərbaycanda hibrid avtomobillərin idxalında ARTIM: “Ucuz qiymətləri ilə diqqət çəkirlər” Yeni Çağ Media

Azərbaycanda hibrid avtomobillərin idxalında ARTIM: “Ucuz qiymətləri ilə diqqət çəkirlər” Yeni Çağ Media

Icma.az bildirir, Yenicag saytına əsaslanaraq.

“2024-cü ilin 11 ayında Azərbaycana idxal edilən avtomobillərin dəyəri 1 milyard 400 milyon dolları ötüb. Xüsusilə hibrid avtomobillərin idxalının iki dəfəyə qədər artması diqqət çəkir”.

Bu barədə Yenicag.az-a danışan nəqliyyat məsələləri üzrə ekspert Eyyub Əliyev bildirib.

Onun sözlərinə görə, hibrid avtomobillərə olan marağın artmasının bir sıra səbəbləri var. Ekspert əlavə edib ki, hibrid avtomobillərə marağın artması, əslində, insanların daha çox ekonom və ekoloji avtomobillərə üstünlük verməsi ilə əlaqəlidir.

“Dövlətin həyata keçirdiyi proqramlar, xüsusilə utilizasiya tədbirləri və avtomobillərə tətbiq olunan rüsumlar, yeni və ekoloji avtomobillərin alınmasını daha da stimullaşdırır. Hibrid avtomobillər həmçinin, xüsusən əvvəlki illərdə ölkəyə daxil olan köhnə və istismar müddəti bitmiş avtomobillərlə müqayisədə daha sərfəli və istifadəyə yararlı təkliflərdir”. – deyə ekspert qeyd edib.

Mütəxəssisin fikrincə, infrastrukturun inkişafı da hibrid avtomobillərin seçilməsində mühüm rol oynayır:

“İlin əvvəlində elektrik avtomobilləri üçün infrastrukturlar zəif olsa da, bu il vəziyyət dəyişib. “Azərişıq” və digər özəl sektordan olan şirkətlər tərəfindən həm Bakı, həm də bölgələrdə 344 yeni elektrik şarj məntəqəsi qurulub. Bu, elektrik avtomobillərinə olan marağı artıracaq və növbəti illərdə onların satışlarının hibrid avtomobillərdən daha yüksək olacağı proqnozlaşdırılır”.

“Çində istehsal olunan avtomobillərin idxalı da artıb. Bu avtomobillər, əsasən, ucuz qiymətləri ilə diqqət çəkir, amma onların komplektasiyası və parametrləri rəsmi dilerlər tərəfindən diqqətlə seçilir. Hazırda Azərbaycanda 25-dən çox Çin brendinin rəsmi idxalçısı fəaliyyət göstərir və bu avtomobillər bazarda öz yerini möhkəmləndirir. Ümumilikdə, Azərbaycanın avtomobil bazarında hibrid və elektrik avtomobillərinə olan tələbin artması gözlənilir.

Dövlətin dəstəkləyici tədbirləri və infrastruktur inkişafı ilə bu sahədəki dəyişikliklərin davam edəcəyi ehtimal olunur”, – o, fikirlərini yekunlaşdırıb.

Nəzrin Bünyatova

www.yenicag.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:80
embedMənbə:https://yenicag.az
archiveBu xəbər 20 Yanvar 2025 15:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see268

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see257

Daşaltı əməliyyatından 34 il keçir

25 Yanvar 2026 00:11see249

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see202

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see188

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see186

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see184

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see174

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see161

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see159

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see158

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see157

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see157

Tramp ABŞ ordusunun gizli silahının adını açıqladı

24 Yanvar 2026 23:36see147

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see147

Tramp ABŞ nin gizli silahının adını açıqladı Maduro ələ keçirilərkən istifadə olunub

24 Yanvar 2026 23:33see146

Azərbaycan Premyer Liqası: Sabah Karvan Yevlax la qarşılaşacaq

25 Yanvar 2026 09:30see144

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see142

A Seriyası: Komo Torino nu meydana çıxdığına peşman etdi

25 Yanvar 2026 02:48see141

Trampın Sülh Şurası: BMT yə qarşı siyasi cihad

25 Yanvar 2026 15:28see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri