ABŞ nin yeni hədəfi Somali: Trampın təniqdləri nəyə hesablanıb? Politoloq AÇILQADI
Icma.az, Avtosfer portalına istinadən məlumatı açıqlayır.
Ötən həftə ABŞ Prezidenti Donald Trampın konqresmen İlhan Ömərin işi ilə bağlı Somalini misal gətirib. O İlham Ömərin əslən bu ölkədən olmasını əsas gətirərək həm onun dogma yurdunu, həm də özünü tənqid atəşinə tutub. Jurnalsitlərə açıqlamasında bildirib ki, Somali bir ölkə deyil, kimsə onu ölkə kimi tanısa da, ən azından o pis ölkədir. Trampın Somalinin dövlətçiliyinə qarşı bu qədər sərt açıqlaması beynəlxalq dairələrdə birmənalı qarşılanmayıb. Sosial şəbəkələrdə Trampın bu cür çıxışından sonra artıq yeni hədəfin Somali olacağı ilə bağlı suallar dolaşmağa başlayıb.
Mövzu ilə əlaqədar politoloq Zeynal Əmrəliyev Avtosfer.az-a açıqlamasında bildirib ki, Donald Trampın hal-hazırdakı əsas hədəfləri məhz harda enerji mənbələri, yeraltı sərvətləri çoxdursa, məhz həmin bölgələrdir.
“Afrikada, Somalidə müəyyən ölçüdə, bəli, yeraltı sərvətlər var. Burada dövlətçinin zəif olması, dövlətçiliyin sütunlarının güclü dövlətlər üçün əlçatan olması, onu əsas hədəfə çevirir.
Somali dövlətinin istər ölkədəki silahlı qruplara, istər seperatçı dövlətlərə, istərsə də dəniz quldurlarına qarşı mübarizə etmək iqtidarı yoxdur. ABŞ məhz Somaliyə nüfuz edərək, Moqadişodakı hökumətə nüfuz edərək oranın yeraltı sərvətlərini istismar edə bilər.
Etimad ki, Trampın əsas niyyəti budur və maksimum şəkildə Moqadişodakı hökumətə təzyiq göstərməyə çalışacaq ki, ABŞ-nin maraqlarını müdafiə edən siyasəti həyata keçirsin və Somalinin yeraltı sərvətlərində ABŞ-nin üstünlüyünü tanısınlar. Bəli, yeni hədəf Somali ola bilər və digər dövlətçiliyi zəif olan Afrika ölkələrinə təzyiqlər ABŞ tərəfindən gücəndiriləcək və maksimum şəkildə Tramp çalışacaq ki, bu dövlətlərin yeraltı sərvətlərinin ələ keçirilməsi istiqamətində müvafiq atımlar atılsın. Biz yaxın gələcəkdə bunun real şahidi olacağıq.
Yəni, reallıqda bu cür atımlar atılacaq. Hazırda verilən bu açıqlama ehtimal ki, Somaliya qarşı, Somalidəki hökmətə, yəni Moqadişodakı hökmətə qarşı təzyiq siyasədir. Əlbəttə ki, Somali dövləti var, düzdür, dövlət ölkənin ərazisinə tam nəzarət edə bilmir. Ancaq indi böyük ölçüdə dövlət mövcuddur. Birləşmiş Ştatlar prezidentinin Somali ilə bağlı açıqlamasının arxasında nə dayandığı aydındır”.
Səfər
Oxunub 42
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:39
Bu xəbər 26 Yanvar 2026 22:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















