Azərbaycanda hüquqi şəxs statusu almaq istəyən qurumlara qarşı tələb sərtləşdirilir
Report.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Azərbaycanda hüquqi şəxs statusu almaq istəyən qurumun dövlət qeydiyyatına alınması ilə bağlı müraciət ərizəsində əks olunmalı məlumatlar genişləndirilir.
"Report" xəbər verir ki, bununla bağlı “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” qanuna dəyişiklik edilməsi təklif olunur.
Sənəd Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bugünkü iclasında müzakirə edilib.
Belə ki, dəyişikliklə hüquqi şəxs statusu almaq istəyən qurumun benefisiar mülkiyyətçisi barədə aşağıdakı məlumatlar da tələb olunacaq:
-soyadı, adı, atasının adı, doğum tarixi, fərdi identifikasiya nömrəsi və ya şəxsiyyətini təsdiq edən sənədin nömrəsi;
-vətəndaşlığı;
-yaşayış yeri
-birbaşa və ya dolayı benefisiar mülkiyyətçisi olması;
-hüquqi şəxsə təsir hüquqlarının və ya imkanlarının dairəsi və əsası;
- “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” qanunun məqsədləri üçün siyasi nüfuzlu şəxs, onun yaxın qohumu və ya yaxın münasibətdə olduğu şəxs olub-olmaması;
-hüquqi şəxsin benefisiar mülkiyyətçisinin müəyyən edilməsinə qədər nəzarət və mülkiyət zincirində mövcud olan bütün hüquqi şəxslərin və xarici hüquqi təsisatların adı, dövlət qeydiyyatına alındığı ölkə, qeydiyyat nömrəsi, təsisçiləri və onların nizamnamə kapitalındakı payı;
-hüquqi şəxs statusu almaq istəyən qurumun adından hərəkət edən şəxs xarici hüquqi təsisatın idarəçisi qismində çıxış etdikdə, bu barədə məlumat.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:82
Bu xəbər 19 Fevral 2025 12:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















