Azərbaycanda icbari sığorta bazarı 23 faizdən çox kiçilib
Icma.az, 525.az portalına istinadən məlumat yayır.
Bu ilin yanvar-iyun aylarında Azərbaycanda icbari sığorta növlərinin hesabına 149,674 milyon manat sığorta haqqı toplanılıb.
525.az Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 23,1 % azdır.
Hesabat dövründə icbari sığorta növləri üzrə ödənişlərin məbləği 79,679 milyon manat təşkil edib ki, bu da 1 il əvvələ nisbətən 16,6 % çoxdur.
Beləliklə, 6 ayda icbari sığorta bazarından toplanmış hər 100 manat sığorta haqqının 53,2 manatı qədər ödəniş edilib. Bu rəqəm 1 il bundan əvvəl 35,1 manat olub.
Xatırladaq ki, bu ilin yanvar-iyun aylarında Azərbaycandakı 16 sığorta şirkətinin xətti ilə 867,396 milyon manat sığorta haqqı toplanılıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 6,2 % çoxdur.
Hesabat dövründə sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği isə 549,682 milyon manat təşkil edib. Bu isə illik müqayisədə 27,2 % çoxdur.
6 ay ərzində sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 63,4 manatı ödəniş edilib. Ötən ilin eyni dövründə bu göstərici 52,9 manat olub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:114
Bu xəbər 01 Avqust 2026 13:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















