Azərbaycanda icra nümayəndəsinin meyiti tapıldı
Milli.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Lerikdə 30 yaşlı kişinin meyiti tapılıb.
Milli.Az APA-ya istinadən bildirir ki, Lerik rayon İcra Hakimiyyəti Başçısının Kiravud kənd ərazisi üzrə icra nümayəndəsi 1994-cü il təvəllüdlü Şəfiq Şaiq oğlu Əliyevin meyiti tapılıb. Onun intihar etdiyi deyilir.
Lerik Rayon İcra Hakimiyyətindən də hadisəni təsdiqləyiblər. Ş.Əliyevin işində nümunəvi, verilən tapşırıqları vaxtında yerinə yetirən, gözəl xasiyyətli biri olduğu bildirilir.
Onun hansı səbəbdən bu addımı atması isə məlum deyil.
Hazırda rayonun hüquq mühafizə orqanlarının əməkdaşları hadisə yerindədilər.
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.
Milli.Az

Azərbaycanda ərazi icra nümayəndəsinin meyiti tapıldı
06 Dekabr 2024 21:48
Azərbaycanda icra nümayəndəsinin meyiti TAPILDI
06 Dekabr 2024 21:55
Lerikdə ərazi icra nümayəndəsinin meyiti tapıldı
06 Dekabr 2024 22:26
Lerikdə icra nümayəndəsinin meyiti tapıldı Foto
07 Dekabr 2024 00:13
Lerikdə ərazi icra nümayəndəsinin meyiti tapıldı FOTO
06 Dekabr 2024 21:51

