Icma.az
close
up
RU
Azərbaycanda ikinci Ramiz Mehdiyev olayı? Daha bir ölkənin bənzər kart ı var

Azərbaycanda ikinci Ramiz Mehdiyev olayı? Daha bir ölkənin bənzər kart ı var

GlobalInfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin Rusiyanın Azərbaycandakı əsas adamı olması və bir sıra cinayətlərdə rol alması gündəmin əsas mövzusudur. Lakin bildirilir ki, mövzu təkcə Rusiya ilə məhdudlaşmır. Son zamanlar ekspertlər və siyasi müşahidəçilər Qərbin və İranın da Azərbaycanda öz “Ramiz Mehdiyevləri” ola biləcəyi ehtimalını irəli sürürlər.

Globalinfo.az-a danışan politoloq Elman Telmanoğlu deyib ki, Ramiz Mehdiyevin siyasi səhnədən tam uzaqlaşdırılması Azərbaycanda həm daxili, həm də xarici təsir dairələrinin balansına dair maraqlı suallar doğurur:

“Onun illərlə dövlət sistemində formalaşdırdığı əlaqələr şəbəkəsi, xüsusilə də informasiya və ideoloji sahələrdəki təsir imkanları uzun müddət Rusiya yönümlü dairələrin maraqlarına cavab verib. Lakin bu gün həmin “siyasət məktəbi” artıq arxivə qovuşur.

Ramiz Mehdiyevin sıradan çıxarılması təkcə Rusiya təsirinin zəifləməsi kimi yox, ümumilikdə xarici təsir oyunçularına açıq mesaj kimi də dəyərləndirilə bilər. Çünki postsovet məkanında bir çox hallarda siyasi elita daxilində “xarici dayağı olan” fiqurlar balans rolunu oynayırdı. Azərbaycan isə bu balans modelindən uzaqlaşaraq, milli maraqlara əsaslanan mərkəzləşdirilmiş siyasi idarəçilik xəttini seçib.

Elman Telmanoğlu

İranın və ya Qərbin “Ramiz Mehdiyevləri” var, təsir cəhdləri zaman-zaman müşahidə olunur. Bu, xüsusilə dini, QHT və informasiya platformalarında özünü göstərə bilər. Amma hazırkı mərhələdə belə fiqurların sistem səviyyəsinə yüksəlməsi, Mehdiyev qədər dərin dayaqlar qazanması real görünmür. Dövlətin təhlükəsizlik institusiyaları artıq bu cür əlaqələrin qarşısını erkən mərhələdə ala biləcək qədər çevik və koordinasiyalı fəaliyyət göstərir”.

Politoloq deyib ki, onların saxlanılmamalarının səbəb sadədir — indi “köhnə üsullarla” oynamaq mümkün deyil:

“Azərbaycanın siyasi sistemində şəffaflıq, idarəetmədə isə nəsil və düşüncə dəyişikliyi baş verir. Xarici təsir mexanizmləri bu yeni reallığa uyğunlaşa bilmir. Odur ki, bu gün “Ramiz Mehdiyev kartı” nə Rusiya, nə Qərb, nə də İran üçün əvvəlki kimi effektivdir.

Nəticə etibarilə, Azərbaycan artıq fərqli mərhələdədir – burada “kölgə oyunları” deyil, konkret milli maraqlar əsasında qurulan siyasət hökm sürür. “Ramiz Mehdiyev modeli” bitib, amma onunla bağlı dərslər unudulmur. Bu isə dövlətin suverenlik reflekslərinin nə qədər gücləndiyini göstərən ən real nümunədir”.

Safura Bənnayeva
Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:157
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 19 Oktyabr 2025 06:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see349

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see289

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see287

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see286

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see278

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see271

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see264

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see262

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see259

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see248

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see244

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see244

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see242

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see242

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see240

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see230

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see229

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see224

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see218

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see215
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri