Ramiz Mehdiyev daha bir statusunu itirir Yenilənir
GlobalInfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.
“Ramiz Mehdiyevin Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvlüyü məsələsinə baxılır”.
Globalinfo.az APA-ya istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli deyib.
“Biz də son hadisələrə təəssüf edirik. Məsələ məhkəmə qərarından sonra müzakirə olunacaq”, – deyə İsa Həbibbəyli bildirib.
Qeyd edək ki, Bakı şəhəri Səbail rayon məhkəməsi Mehdiyev Ramiz Ənvər oğlu barədə cinayət işi üzrə qərar qəbul edib.
Qərara əsasən, məhkəmə xüsusilə ağır cinayət əməllərinə görə cinayət məsuliyyətinə cəlb edilmiş Ramiz Mehdiyev barədə verilmiş vəsatəti təmin edərək, 4 ay müddətinə ev dustaqlığı qətimkan tədbiri seçib.
O, Cinayət Məcəlləsinin 278.1 (dövlət hakimiyyətini ələ keçirməyə yönələn əməllər), 274 (dövlətə xəyanət) və 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma) maddələri ilə ittiham olunur.
Xatırladaq ki, R.Mehdiyev 1995–2019-cu illərdə Prezident Administrasiyasının rəhbəri, 2019–2022-ci illərdə isə AMEA-nın prezidenti olub.
Baxış sayı:119
Bu xəbər 17 Oktyabr 2025 16:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















