Icma.az
close
up
RU
Azərbaycanda İlham Əliyevdən 10 dəfə çox maaş alan direktor kimdir? 6 milyon dollara Malta vətəndaşlığı alıb...

Azərbaycanda İlham Əliyevdən 10 dəfə çox maaş alan direktor kimdir? 6 milyon dollara Malta vətəndaşlığı alıb...

Icma.az bildirir, Hurriyyet portalına istinadən.

SOCAR-AQŞ şirkətinin sabiq baş direktoru Ramin İsayevin həbsi və onun məhkəməsi fonunda  Azərbaycanın ən böyük holdinqlərindən biri olan NEQSOL-da baş verən korrupsiya əməlləri diqqət çəkir. 

Hurriyyet.az xəbər verir ki, AzToday.az-a daxil olan sənədlərdən məlum olur ki, ölkənin ən gəlirli şirkətlərini(Turan BM, SOCAR AQŞ, Nobel Energy, Nobel Oil E&P (UK) Limited (Nobel Upstream), Vodafone Ukrayna, Nar, Bakcell və Norm) özündə birləşdirən NEQSOL Holdingin rəhbərliyi ölkədən böyük həcmdə pulu qanunsuz olaraq xaricə çıxarmaqla yanaşı vergi və digər məcburi ödəmələri də büdcədən yayındırıblar. 

Təkcə NEQSOL Holding-in baş direktoru Yusif Cabbarovla bağlı məlumatlar kifayət edir ki, holdinqdə idarəetmə hansı səviyyədə olduğunu təsəvvür edəsən. Sənədlərdən görünür ki, özünə ayda 240 min manat maaş yazdıran və əlavə illik 6-7 milyon manat bonus alan Yusif Cabbarovun xaricdəki şəxsi hesablarında da milyardlar dövr edir.

Azərbaycanda bağlanan Standart bank və Dəmir Bankın rəhbərliyində çalışan Yusif Cabbarov NEQSOL Holding-ə direktor təyin olunmasından sonra daha çox tanınıb. Xüsusi ilə Ramin İsayevin həbsi fonunda diqqətlər daha çox Azərbaycanın sirli milyarderi Nəsib Həsənovla yanaşı Yusif Cabbarovun üzərində cəmləşib. Ramin İsayev həbsində Yusif Cabbarovun rolunu belə qiymətləndirir: 

NEQSOL Holdingin baş meneceri Yusif Cabbarovun saxtakarlıqlarına, genişmiqyaslı korrupsiya əməllərinə və səhmdarların pullarını oğurlamasına etiraz etdiyi və NEQSOL Holding Direktorlar Şurasına  bunlar barədə məlumat verdiyi üçün şərlənərək həbs olunmuşdur. 

Ramin İsayev Yusif Cabbarovu Azərbaycanın biznes mühitində ən böyük oğru, saxtakar və korrupsioner kimi xarakterizə edib: 

Azərbaycanda orta aylıq əmək haqqı, şəhid ailələrinə və qazilərə ödənən aylıq müavinətlər 500-700 manat olduğu halda Yusif Cabbarovun aylıq xalis maaşı nə az, nə çox, düz 240 min manatdır!!! Yəni, Yusif Cabbarovun aylıq maaşı Azərbaycana bu qədər qələbələr qazandıran cənab Prezidentin aylıq maaşından 10 (on) dəfələrlə yüksəkdir!!! Bundan əlavə, hər il Yusif Cabbarov savadsız şəxs olan Nəsib Həsənovu və digərlərini aldadaraq, hər ilin sonunda ozünə təxminən 6-7 milyon manat  bonus yazır. Müqayisə üçün deyək ki, dünyanın ən nəhəng şirkətləri olan Apple, Microsoft, Amazon, Tesla şirkətlərinin də rəhbərləri heç bir ildə bu qədər nəğd pul qazanmırlar!!!

Yusif Cabbarov özünə və ailə üzvlərinə Malta Respublikasının Qızıl pasportunu və vətəndaşlığını almaq üçün astronomik məbləğ, 6 (altı) milyon ABŞ dolları ödəyib 2016-cı ildə (ətraflı məlumat üçün internetdəki mənbələrə baxın).

Yusif Cabbarovun 7 ölkədəki daşınmaz əmlaklarının dəyəri 200 (iki yüz) milyon ABŞ dollarıdır. Yusif Cabbarovun bank hesablarında olan pulları və xaricdəki şirkətləri də nəzərə alınsa, Yusif Cabbarovun da sərvətinin 1 milyard ABŞ dollarından çox olduğu aydın olur...

Deyilənlərin sübutu kimi, Nəsib Həsənovun, Yusif Cabbarovun və Vüqar Səmədlinin korrupsiya yolu ilə ələ keçirdikləri milyonlar hesabına ABŞ-ın Kolorado ştatında leqallaşdıraraq, bu ölkənin ayrı-ayrı ştatlarında aldıqları olduqca qiymətli və nəhəng mülk və əmlaklara sahib olmalarını göstərmək yerinə düşər. Onu da qeyd edək ki, Kolorado Amerikada yeganə ştatdır ki, burada çirkli pulların leqallaşdırilması mümkün olur. Görəsən, bizə məlum bu ciddi məlumatlardan əlaqədar dövlət qurumlarının xəbəri yoxdur?!

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:598
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 06 Fevral 2025 17:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ChatGPT də problem yarandı

03 Dekabr 2025 00:36see403

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

02 Dekabr 2025 23:53see386

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

03 Dekabr 2025 00:53see336

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

02 Dekabr 2025 21:45see299

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

03 Dekabr 2025 00:42see299

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

03 Dekabr 2025 00:38see291

Şakira uşaqlarının hansı xüsusiyyəti Pikedən aldığını açıqlayıb

03 Dekabr 2025 16:27see257

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

03 Dekabr 2025 00:10see249

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

03 Dekabr 2025 16:51see230

Bakıda avtomobil sürücüsü ilə birgə yandı YENİLƏNİB

03 Dekabr 2025 09:08see223

MilliÖn vətəndaşı aldadıb? ŞİKAYƏT

02 Dekabr 2025 21:03see209

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

02 Dekabr 2025 20:43see179

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

03 Dekabr 2025 00:24see170

MİDA nın tikdiyi mənzillərdə təmir keyfiyyətsiz aparılıb? Foto

03 Dekabr 2025 15:21see148

Rusiya Ukrayna danışıqları dalana dirənib

04 Dekabr 2025 14:36see139

“Kontakt Home”da ər arvadını bıçaqladı

02 Dekabr 2025 22:20see139

Tələblər bəzən o qədər sərt olur ki, çox istedadlı, elmə həvəsli gənclərin qarşısını alır Firdovsiyyə Əhmədovadan ETİRAZ

03 Dekabr 2025 12:22see133

Mavi Balina necə yüklənilir?

03 Dekabr 2025 17:32see133

DTX onların izinə düşüb Bakıda keçirilən gizli toplantılarda hansı plan qurulub?

02 Dekabr 2025 19:44see131

Paşinyan Minsk Qrupu nun 2019 cu il təkliflərinə niyə cavab vermir? İki mühüm səbəb

02 Dekabr 2025 21:29see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri