Azərbaycanda ilk dəfə diplomatik xidmətə qəbul olan şəxslər and içəcək
Icma.az, Newscenter.az portalına istinadən məlumat verir.
Azərbaycanda ilk dəfə daimi diplomatik xidmətə qəbul olan şəxslər and içəcək.
Newscenter.az xəbər verir ki, bu, yeni hazırlanan “Diplomatik xidmət haqqında” qanun layihəsində əksini tapıb.
Layihəyə əsasən, Azərbaycan vətəndaşı ilk dəfə daimi diplomatik xidmətə qəbul olunanda vəzifəsinin icrasına başlamazdan əvvəl belə bir məzmunda and içəcək:
“Azərbaycan dövlətinə və xalqına sədaqətlə xidmət göstərəcəyimə, Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl edəcəyimə, dövlət sirrini və xidməti sirri qoruyacağıma, üzərimə düşən vəzifələri qərəzsiz, vicdanla və məsuliyyətlə yerinə yetirəcəyimə, hər zaman diplomatik xidmət əməkdaşı adını uca tutacağıma və Azərbaycan Respublikasını ləyaqətlə təmsil edəcəyimə and içirəm”.
And içən diplomatik xidmət əməkdaşı andının yazılı mətnini imzalayacaq və bu sənəd onun şəxsi işində saxlanılacaq.
Mehman Mehdiyev
Bu mövzuda digər xəbərlər:Azərbaycanda ilk dəfə diplomatik xidmətə qəbul olan şəxslər and içəcək
09 Dekabr 2024 14:04
Baxış sayı:64
Bu xəbər 09 Dekabr 2024 20:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















