Icma.az
close
up
RU
Azərbaycanda ilk dəfə “Milli Kosmik Hakaton” keçirilib

Azərbaycanda ilk dəfə “Milli Kosmik Hakaton” keçirilib

Azvision portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Tədbir Azərkosmosun təşkilatçılığı, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi, Sabah.Hub və İsrailin “IAI” şirkətinin tərəfdaşlığı ilə Azərbaycan İnnovasiya Mərkəzində həyata keçirilib.
Hakatonun əsas məqsədi kosmos və innovasiya sahəsində 18-35 yaş arası azərbaycanlı gəncləri bir araya gətirərək innovativ yanaşmaların inkişafına şərait yaratmaq, kosmik sahibkarlıq və innovasiya barədə məlumatlılığı artırmaq və gənclərin bu sahəyə bağlılığını artırmaqdır.
Tədbir çərçivəsində iştirakçılara texniki tapşırıqlar təqdim olunub, həmçinin “Kosmik İqtisadiyyat” mövzusunda sessiya keçirilib. Hakatonun seçmə mərhələsində 150 müraciət arasından seçilmiş 15 komanda 24 saat ərzində Yerin müşahidəsi peykləri əsasında əldə olunan məlumatlar, və müasir texnologiyalardan istifadə edərək kənd təsərrüfatında məhsuldarlığın artırılması, şəhərsalma proseslərinin optimallaşdırılması, ətraf mühitin qorunması və fəlakətlərin idarə olunması kimi sahələrdə kosmik texnologiyalarının tətbiqinə dair həllər təqdim etdilər.Komandaların təqdim etdiyi innovativ həllər və yanaşmalar kosmik texnologiyalarının tətbiq imkanlarının nə qədər geniş olduğunu aydın şəkildə nümayiş etdirdi.
Tədbirin sonunda, münsiflər heyətinin seçdiyi 3 qalib komanda inkubasiya dəstəyi və müvafiq pul mükafatları ilə (I yer – 3000 AZN, II yer – 2000 AZN, III yer – 1500 AZN) təltif olundu.
Qalib komandalar və onların layihələri:
I Yer – “Millenium” komandası
Millenium, istifadəçilərin şəxsi həyat tərzi və məkan seçimlərinə uyğun ən yaxşı əraziləri qısa müddətdə müəyyən etməsinə imkan yaradan, peyk məlumatları, süni intellekt və interaktiv istilik xəritələrindən istifadə edən veb və mobil daşınmaz əmlak analitika platformasıdır.
II Yer – “SITE” komandası
Bu layihə məsafədən zondlama və FAO Torpaq Qiymətləndirmə Çərçivəsi əsasında müəyyən bir ərazinin kənd təsərrüfatı üçün uyğunluğunu yüksək dəqiqliklə müəyyən edən peyk əsaslı analitik torpaq qiymətləndirmə alətidir.
III Yer – “Astryx” komandası
Bu layihə peyk məlumatları, ətraf mühit göstəriciləri və maşın öyrənmə modellərindən istifadə edən balıqların ən çox harada tapılacağını proqnozlaşdıran və həmçinin, akvakultura infrastrukturunu davamlı monitorinq edən ağıllı dəniz yaşama mühitinin müşahidə və proqnozlaşdırma sistemidir.
Əlavə olaraq, 4-cü yerin qalibi “Aadvark” komandası, hakatonun tərəfdaşı olan Sabah.Hub tərəfindən inkubasiya proqramına qəbul olunmaq imkanı qazandı. Eyni zamanda, ilk onluqda yer alan komandalar, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi, və İsrailin “IAI” şirkətinin tərəfdaşlığı ilə gələn il keçiriləcək akselerasiya proqramına qəbul olunmaq imkanı əldə etdilər.
Qeyd edək ki, ümumi hakatonda 10-a yaxın universitetdən 75 nəfər iştirak edib.
Azərkosmos kosmos sahəsindəki innovasiya təşəbbüsləri ilə Azərbaycanda kosmos və texnologiya sahələrində yenilikçi həllərin inkişafını dəstəkləyir və gənclərin bu sahələrə marağını artırır.
AzVision.az
Qalereya
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:127
embedMənbə:https://azvision.az
archiveBu xəbər 08 Dekabr 2025 13:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see551

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see409

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see281

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see279

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see266

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see262

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see248

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see236

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see236

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see235

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see231

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see228

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see223

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see222

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see217

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see191

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see187

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see185

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see184

ABŞ kəşfiyyatından xəbərdarlıq: Bu ölkələrdə…

28 Oktyabr 2026 03:37see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri