Icma.az
close
up
RU
“TələbəPlus” kartı ilk sahiblərinə təqdim edildi

“TələbəPlus” kartı ilk sahiblərinə təqdim edildi

Icma.az, Modern.az portalına istinadən məlumat yayır.

Kapital Bank, Təhsilin İnkişafı Fondu (TİF) və “Visa” beynəlxalq ödəmə texnologiyaları şirkəti arasında imzalananmemoranduma əsasən tələbələrə yeni həllər təqdim edən “TələbəPlus” kartının təqdimatına start verilib.

4 noyabr 2024-cü il tarixində Bakı Dövlət Universitetində (BDU) həyata keçirilən tədbirdə qəbul imtahanlarında ən yüksək bal toplayaraq BDU-ya daxil olan 14 nəfər I kurs tələbəsinə “TələbəPlus” kartı təqdim olunub.

Mərasimdə açılış nitqi ilə çıxış edən BDU-nun rektoru Elçin Babayev bu layihənin uğurlu olacağına inandığını, ali təhsil müəssisələrinin yaradılan imkandan kifayət qədər bəhrələnəcəyini, bu kartların tələbələrə ən müxtəlif istiqamətlərdə geniş imtiyazlar təqdim edəcəyini, tələbələrin təhsil, səhiyyə, mədəniyyət və digər xidmətlərlə bağlı endirimlərdən faydalana biləcəklərini vurğulayıb.

Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov da öz növbəsində “TələbəPlus” kartlarının ilk istifadəçiləri olan BDU tələbələrini təbrik edib. O, bu layihənin dövlət-özəl tərəfdaşlığının uğurlu nümunəsi olduğunu qeyd edib. Layihənin növbəti mərhələdə peşə və orta ixtisas təhsilinə də şamil ediləcəyini bildirən sədr növbəti tədris ilində təhsil sahəsində çalışan əməkdaşların da layihədən yararlana biləcəklərini vurğulayıb.

Kapital Bank-ın Korporativ Satışlar departamentinin direktoru Qara Əbdülrəhmanov bildirib ki, “TələbəPlus” tələbələrə xüsusi imtiyazlar təqdim etməklə yanaşı, onların gündəlik həyatlarını daha rahat və rəqəmsal bir müstəviyə keçirəcək. Belə ki, kart tələbələrə gündəlik xərclərini daha səmərəli şəkildə izləmək fürsəti yaradacaq.

“Visa”nın Azərbaycan üzrə ölkə meneceri Nurlan Hacıyevsə “Visa” beynəlxalq ödəmə texnologiyaları şirkətinin Azərbaycan təhsilinə dəstək göstərməyə hər zaman hazır olduğunu qeyd edib və bu layihənin bir hissəsi olmaqdan məmnunluğunu bildirib.

Xatırladaq ki, “TələbəPlus” kartı təlim mərkəzləri, geyim, yemək, qida sahələri üzrə tələbələrin ən çox müraciət etdikləri 200-dən artıq partnyorda imtiyazlar, endirimlər almaq fürsəti yaradır. Həmçinin, Mədəniyyət Nazirliyi ilə imzalanan müqaviləyə əsasən mədəniyyət obyektləri, muzeylər, sərgi salonlarından istifadə zamanı da tələbələr üçün güzəştlər tətbiq olunacaq. Gələcəkdə idman, səhiyyə, nəqliyyat sahələrində də xidmətlərin “TələbəPlus”a qoşulması planlaşdırılır.

Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 119 filialı və 53 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün //kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün— //kbl.az/prgtk, Birbank kartı sifarişi üçün — //kbl.az/prcrc.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:261
embedMənbə:https://modern.az
archiveBu xəbər 05 Noyabr 2024 16:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see425

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see395

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see383

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see300

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

27 Noyabr 2026 11:31see287

Silikon qablar nə zaman təhlükəli olur? MÜTƏXƏSSİS AÇIQLADI

27 Noyabr 2026 11:07see280

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see280

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see275

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see268

Mədəaltı vəzi xərçənginə qarşı yeni həbb

27 Noyabr 2026 11:13see264

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see247

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see241

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see240

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see237

Sənədsiz torpaq sahiblərinə ŞAD xəbər: Bu tarixdən çıxarış ala biləcəklər

27 Noyabr 2026 09:40see236

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see236

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see235

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see233

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see230

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see228
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri