Icma.az
close
up
RU
Azərbaycanda inhisara qarşı mübarizə gücləndirilir Yeni Agentlikdən GÖZLƏNTİLƏR

Azərbaycanda inhisara qarşı mübarizə gücləndirilir Yeni Agentlikdən GÖZLƏNTİLƏR

Icma.az, Modern.az saytına istinadən bildirir.

Prezident İlham Əliyevin müvafiq Fərmanı ilə İqtisadiyyat Nazirliyinin strukturuna daxil olan Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti ləğv edilərək onun bazasında yeni qurum – Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi yaradılıb.

Yeni Agentliyin birbaşa Prezidentə tabe olması ilə ölkədə inhisarçılıqla mübarizənin daha effektiv şəkildə aparılacağı gözlənilir. Ekspertlər bildirirlər ki, bu addım bazarda daha sağlam rəqabət mühitinin formalaşdırılmasına və istehlakçı hüquqlarının daha güclü qorunmasına xidmət edəcək.

Agentlik təkcə antiinhisar siyasətinə nəzarət etməklə kifayətlənməyəcək, həm də qiymətli metallar və daşların istehsalı, emalı, istifadəsi və dövriyyəsinə nəzarət funksiyasını icra edəcək. Bundan əlavə, emal edilməmiş almazların idxalı və ixracı, eləcə də onların uçotu və saxlanılması ilə bağlı rəsmi rəylərin verilməsi Agentliyin əsas səlahiyyətlərindən biri olacaq.

Ekspertlər deyir ki, bu dəyişikliklər dövlətin iqtisadi nəzarət mexanizmlərini gücləndirmək və qeyri-qanuni inhisarçılıq halları ilə mübarizəni daha səmərəli təşkil etmək məqsədi daşıyır. Agentlik bundan sonra tabeliyindəki qurumlar vasitəsilə bazarda şəffaflığın təmin olunmasına, ədalətli rəqabət mühitinin yaradılmasına və istehlakçı hüquqlarının qorunmasına daha geniş səlahiyyətlərlə nəzarət edəcək.

Bəzi iqtisadçılar hesab edirlər ki, bu struktur dəyişikliyi inhisarçı şirkətlərə qarşı daha sərt tədbirlərin görülməsinə imkan yaradacaq. Eyni zamanda, qiymətli metalların və daşların qanunsuz dövriyyəsinin qarşısını almaq üçün daha güclü nəzarət mexanizmlərinin tətbiq ediləcəyi gözlənilir.

Qeyd edək ki, Azərbaycanda inhisarçılıqla mübarizə uzun illərdir hökumətin gündəmindədir. Ekspertlər ümid edirlər ki, bu addım biznes mühitinin inkişafına da müsbət təsir edəcək, kiçik və orta sahibkarlığın bazarda daha güclü mövqe tutmasına şərait yaradacaq.

Modern.az mövzu ilə bağlı Millət vəkilləri Müşfiq Cəfərovla və Vüqar Bayramovla həmsöhbət olub.

Müşfiq Cəfərov bildirib ki, Agentlik heç bir dövlət qurumuna tabe olmayacaq.

"Düşünürəmki, bu addım qurumun fəaliyyətini daha da şəffaflaşdırıb, bitərəfliyinə əminlik yaradacaqdır. Fərmandan irəli gələrək, deyə bilərəmki, artıq Agentlik heç bir qurumun yanında fəaliyyət göstərməyəcəkdir, fəaliyyət prinsipi etibarilə gözlənilir ki, bir neçə dövlət qurumları Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə tabeliyinə verilsin”.

Vüqar Bayramov qeyd edib ki, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin agentlik kimi fəaliyyət göstərməsi üçün Nazirlər Kabineti tərəfindən funksiyalarının müəyyənləşdirilməsi və digər texniki məsələlərin həlli yekunlaşdı:

“Antiinhisar və İstehlak Bazarına Nəzarət üzrə Dövlət Agentliyi Azərbaycan Respublikasının Prezidenti yanında ayrıca qurum kimi fəaliyyət göstərir. Əvvəllər bu qurum İqtisadiyyat Nazirliyi yanında fəaliyyət göstərirdi. Rəqabətin müdafiəsi birmənalı şəkildə iqtisadiyyatın inkişafı baxımından ən vacib hədəflərdən və prioritetlərdən biridir. İnkişaf etmiş ölkələrin, eləcə də qonşu Gürcüstanın təcrübəsində, rəqabətin müdafiəsindən məsul qurumun ayrıca bir qurum kimi fəaliyyət göstərməsi praktikası var”.

Azərbaycanda Rəqabət Məcəlləsi qəbul olunduqdan sonra artıq Antiinhisar və İstehlak Bazarına Nəzarət qurumunun səlahiyyətlərinin genişləndirilməsi və agentlik kimi fəaliyyət göstərməsi daha da aktuallaşdı. Bu baxımdan sözügedən qurumun səlahiyyətlərinin genişlənməsi istehlak bazarına nəzarət və rəqabətin genişlənməsi baxımından yeni imkanlar deməkdir. Yeni dövrün çağırışlarına uyğun olaraq rəqabətin müdafiəsi prioritetdir, daha da aktuallaşıb. Bütün bunlar fonunda yeni formalaşmış qurum Azərbaycan iqtisadiyyatında rəqabətin daha yaxından qorunması və inhisara qarşı mübarizənin genişləndirilməsini həyata keçirəcək”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:79
embedMənbə:https://modern.az
archiveBu xəbər 15 Fevral 2025 09:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see257

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see246

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see183

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see157

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see154

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see150

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see146

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see146

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see142

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see139

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see137

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see134

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see133

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see133

UEFA ABŞ dollarının dəyərdən düşməsi səbəbindən 47 milyon avro zərərə uğrayıb

17 Yanvar 2026 04:11see133

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see128

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see127

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see127

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see127

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri