Icma.az
close
up
RU
Yeni bayraq, yeni hökumət, köhnə mübarizə: Suriyanın gələcəyindən gözləntilər

Yeni bayraq, yeni hökumət, köhnə mübarizə: Suriyanın gələcəyindən gözləntilər

Icma.az, Oxu.az portalına istinadən məlumat verir.

Suriyada vəziyyət son həftələr şiddətli toqquşmalarla daha da mürəkkəbləşdi. "Heyət Təhrir əş-Şam" (HTŞ) və digər müxalif qruplar rejim qüvvələrinə qarşı hərtərəfli hücuma keçərək Hələb, Həma, Homs və cənub bölgələrində irəliləyiş əldə edərək, nəhayət paytaxt Dəməşqi də tutdular və 61 illik Əsəd-Bəəs rejimi devrildi.

Artıq ölkədə müvəqqəti keçid hökuməti qurulub və dövlət bayrağı dəyişdirilib. Prezident Bəşər Əsəd isə ailəsi ilə birlikdə ölkədən qaçıb. Artıq Rusiya və İran da qoşunlarını və diplomatlarını Suriyadan geri çəkiblər. Beləliklə, Suriya uğrunda döyüşən tərəflərdən (ABŞ-İsrail, Rusiya, İran və Türkiyə) ikisi bununla oyundankənar vəziyyətə düşdü. Suriyada artıq iki tərəf - Türkiyə və ABŞ-İsrail cütlüyü qalıb. Rusiyanın Ukraynadakı müharibəyə görə Suriyadakı hərbi varlığını azaltması rejimin müqavimətini zəiflətdi və sübut olundu ki, elə Əsədi hakimiyyətdə saxlayan da Rusiya imiş.

Bəs Rusiya niyə Suriyadan çıxdı? Məlum olduğu kimi, Tramp Ukrayna məsələsində Rusiya ilə daha yumşaq davranacağını və Ukraynadan yardımlarını kəsəcəyini vəd edib. Bunun qarşılığında Rusiyaya Ukraynadan daha uzaq olan bölgəni - Suriyanı hələlik ABŞ-yə, əslində, Trampa güzəştə getmək ağlabatan olardı. Trampın Ərdoğan Türkiyəsi ilə də münasibətləri istidir və xüsusən də Trampın İsraili "qırmızı xətt" sayması və Qəzza məsələsində birmənalı yardımının Baydendən daha çox olması fonunda İsraillə Türkiyə arasındakı gərgin münasibət ona sərf etmir.

Türkiyə münaqişələrdə birbaşa iştirakdan yayınsa da, sərhəd bölgələrində təhlükəsizlik tədbirlərini gücləndirib. Digər tərəfdən, miqrasiya baxımından risklər də Türkiyənin lehinə dəyişir. Lakin hadisələrin sürətlə dəyişməsi və qüvvələr balansının pozulması gələcək perspektivlər baxımından bir çox suallar ortaya çıxarır. Çünki Bəşər Əsədin devrilməsi və müxalifətin Suriyada müvəqqəti hökumət qurması ölkənin gələcəyi üçün kritik dönüş nöqtəsidir. Bu məqam regional və qlobal aktorları öz strategiyalarını yenidən formalaşdırmağa vadar edə bilər.

Yaradılan Suriya Keçid Hökumətinə isə müvəqqəti olaraq Suriyanın baş naziri Məhəmməd Qazi əl-Cəlali rəhbərlik edir. "Heyət Təhrir əş-Şam"ın lideri Əbu Məhəmməd əl-Colani hakimiyyətin dərhal ələ keçirilməyəcəyini və siyasi keçid tamamlanana qədər dövlət qurumlarının müvəqqəti olaraq Baş nazir Məhəmməd Qazi Əl-Cəlali tərəfindən idarə ediləcəyini bildirib. Sosial mediada yayımladığı videoda Əl-Cəlali də öz növbəsində Dəməşqdə qalmağı və Suriyanın "normal ölkə"yə çevriləcəyinə və digər ölkələrlə diplomatiya aparmağa başlaya biləcəyinə ümid etdiyini bildirib. O, müxalifətə "əl uzatmağa" hazır olduğunu da bildirib.

Suriya müxalifəti və inqilabçı qüvvələrin milli koalisiyasının sədri Hadi əl-Bəhra isə azad seçki və təhlükəsiz, neytral və sakit mühit yaratmaq üçün 18 aylıq keçid dövrünün lazım olduğu qənaətinə gəlib. Bu müddətin altı ayı ərzində yeni konstitusiyanın hazırlanmasına qərar verilib. Əl-Bəhraya görə, bu keçid prosesi Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının 2254 saylı qətnaməsinə uyğun olmalıdır. Qeyd edim ki, 2254 saylı qətnamə Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası tərəfindən 18 dekabr 2015-ci ildə yekdilliklə qəbul edilib. Qətnamə Suriyada atəşkəs, siyasi həll, mülki hədəflərə hücumların dərhal dayandırılması və 2016-cı ilin yanvarında siyasi transformasiya ilə bağlı rəsmi danışıqların başlanmasını tələb edir.

Bəs bütün bunların fonunda Suriya və ətrafında gələcəkdə nələr gözlənilir?

Regional dinamika

Türkiyənin dəstəklədiyi müxalif qrupların uğuru Ankaranın mübarizə apardığı PKK/YPG kimi terror təşkilatlarına qarşı təhlükəsiz zona yaratmaq imkanını artıra bilər. Bu, qaçqınların ölkələrinə geri qayıtmasına da zəmin yaradacaq ki, artıq bunun ilkin addımlarını da görmək mümkündür. Lakin bu, kürd silahlı qruplarının öz nəzarət sahələrini genişləndirməsi ilə də nəticələnə bilər ki, bu da Türkiyə üçün təhlükəsizlik riski yarada bilər. Çünki ABŞ-İsrail cütlüyünün Böyük Yaxın Şərq (Greater Middle East) layihəsinin tərkib hissələrindən biri də budur. Böyük Yaxın Şərq Layihəsi kürd problemi və kürd dövlətçiliyi baxımından bölgədə açılan yeni bir pərdə idi.

İndiki mənada nəzərə alınması lazım olan bu mövzuda digər mühüm məqam İsrailin mövqeyi ilə bağlıdır. Aydındır ki, Böyük Yaxın Şərq layihəsinin mühüm sütunlarından biri İsrailin təhlükəsizliyi və İranın deqradasiyasıdır. Bu vəziyyət imperializmin Yaxın Şərqdəki regional oxlarından biri olan İsrail-Kürdüstan xəttinin nəzərə alınması və hadisələrin bu çərçivədə nəzərdən keçirilməsi zərurətini özündə saxlayır. Artıq bu layihənin həyata keçdiyini görürük desək, yanılmarıq.

İran və Rusiyanın reaksiyaları

İran Suriyanı Livan "Hizbullah"ı ilə birləşdirən strateji dəhliz kimi görsə də, Rusiyanın Əsəd rejimindən dəstəyini kəsməsi ilə devrilməsi bir oldu. Ukrayna müharibəsi səbəbindən Moskvanın resurslarının məhdudlaşması onun bu regionda təsirini azaltdı. Yuxarıda qeyd olunduğu kimi, Rusiya İranı "satdı" və Yaxın Şərqə qarşılıq olaraq Ukrayna böhranından uğurla çıxacaq. Plana uyğun olaraq, burada uduzan yeganə tərəf İran oldu.

ABŞ-İsrail cütlüyünün mövqeyi

ABŞ-nin kürd qruplaşmalarına dəstək siyasəti davam edərkən İsrail vəziyyətdən sui-istifadə edib İranın proksi qüvvələrinə qarşı əməliyyatları artıracaq. Bu, ABŞ-nin Suriyadakı mövcudluğunun bitmədiyini göstərir. Bu vəziyyət regionda yeni münaqişələri alovlandıra bilər. Çünki İsrailin də əməliyyatları Birləşmiş Ştatların siyasəti ilə paralellik təşkil edir.

Türkiyənin rolu

Türkiyə Suriyanın gələcəyində həlledici aktor olaraq qalmağa davam edəcək. Lakin meydandakı dinamika və beynəlxalq güclərin strategiyaları Türkiyənin məqsədlərinə çatmaması üçün əllərindən gələni edəcək. Bu prosesdə Türkiyənin diplomatik və hərbi addımlarının təsiri Suriyanın yenidən formalaşdırılmasında kritik əhəmiyyətə malik olacaq.

Mərahim Nəsib

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:110
embedMənbə:https://oxu.az
archiveBu xəbər 09 Dekabr 2024 15:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ChatGPT də problem yarandı

03 Dekabr 2025 00:36see403

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

02 Dekabr 2025 23:53see386

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

03 Dekabr 2025 00:53see336

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

02 Dekabr 2025 21:45see299

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

03 Dekabr 2025 00:42see299

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

03 Dekabr 2025 00:38see291

Şakira uşaqlarının hansı xüsusiyyəti Pikedən aldığını açıqlayıb

03 Dekabr 2025 16:27see257

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

03 Dekabr 2025 00:10see249

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

03 Dekabr 2025 16:51see230

Bakıda avtomobil sürücüsü ilə birgə yandı YENİLƏNİB

03 Dekabr 2025 09:08see223

MilliÖn vətəndaşı aldadıb? ŞİKAYƏT

02 Dekabr 2025 21:03see209

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

02 Dekabr 2025 20:43see179

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

03 Dekabr 2025 00:24see170

MİDA nın tikdiyi mənzillərdə təmir keyfiyyətsiz aparılıb? Foto

03 Dekabr 2025 15:21see148

Rusiya Ukrayna danışıqları dalana dirənib

04 Dekabr 2025 14:36see139

“Kontakt Home”da ər arvadını bıçaqladı

02 Dekabr 2025 22:20see139

Tələblər bəzən o qədər sərt olur ki, çox istedadlı, elmə həvəsli gənclərin qarşısını alır Firdovsiyyə Əhmədovadan ETİRAZ

03 Dekabr 2025 12:22see133

Mavi Balina necə yüklənilir?

03 Dekabr 2025 17:32see133

DTX onların izinə düşüb Bakıda keçirilən gizli toplantılarda hansı plan qurulub?

02 Dekabr 2025 19:44see131

Paşinyan Minsk Qrupu nun 2019 cu il təkliflərinə niyə cavab vermir? İki mühüm səbəb

02 Dekabr 2025 21:29see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri