Icma.az
close
up
RU
Menu

Zəlzələ səbəbindən Balıkesirdə məktəblərdə bir günlük tətil elan olundu

Alişan Uzak şehir in setində FOTOLAR

Qırmızı kələmin üç əsas sağlamlıq faydası müəyyən edilib...

Sözün işığında yaşayan insan

Söküntü zamanı ədalətli kompensasiya: Beynəlxalq təcrübə və Azərbaycan reallığı

Payızda bu qidalar immuniteti gücləndirir

Əmtəə bazarlarında qızılın qiyməti 4000 dollardan aşağı enib

Çipli nömrələrə son Yeni nömrələr çipsiz verilir

Karvan Yevlax Elşad Əhmədova tapşırılır? Dəqiqləşdi

Bakıda keçiriləcək Art Weekend çərçivəsində XVII əsrə aid hamamda “Axar yaddaş” adlı unikal ekspozisiya təqdim olunacaq VİDEO

“Komanda üçün fərqi yoxdur Bakıda çıxış edirik, yoxsa Gəncədə” Marian Kolevin ə MÜSAHİBƏSİ

Türkiyədə güclü zəlzələ İstanbulda da hiss edildi

Dünyanın ən gözəl oğlanı vəfat etdi

Ukraynada müharibəni bitirməklə bağlı müzakirələr başladı Plan hazırdır

Sosial iqtisadi inkişafa dair Yeni Strategiya üzrə Tədbirlər Planının layihəsi təqdim edilib

Bazu sümüyünü əzələ qatı ilə birlikdə çıxarıb, ömürlük şikəst qoyublar MƏHKƏMƏ

Həkim kişilərdə daimi yorğunluğun gizli səbəbini müəyyən edib...

Keti Perri və Kanadanın keçmiş Baş naziri Castin Trüdo sevgili olduqlarını etiraf etdilər

Günəşlidə bir neçə evin altında torpaq çöküb: Metan qazının qoxusundan oturmaq olmur

“Fələstin xalqının sağlamlığı TƏHLÜKƏDƏ KONKRET

Azərbaycanda insan hüquqları, yoxsa separatçılara dəstək tədbiri? ZAHİD ORUC DEYİR Kİ...

Azərbaycanda insan hüquqları, yoxsa separatçılara dəstək tədbiri? ZAHİD ORUC DEYİR Kİ...

Icma.az bildirir, Gununsesi saytına əsaslanaraq.

ABŞ Konqresinin Tom Lantos İnsan Hüquqları Komissiyası Azərbaycanda insan haqlarının vəziyyəti ilə bağlı “BMT-nin İqlim Dəyişikliyi üzrə 29-cu konfransından sonra Azərbaycanda İnsan Hüquqları” mövzusunda dinləmə keçirib.

Gununsesi.info-nun xəbərinə görə, dinləməyə Nyu-Cersiden olan Respublikaçı konqres üzvü Chris Smith və Helsinki Komissiyasına rəhbərlik etmiş Mark Milosch sədrlik edib.

Dinləmələrdə diqqət çəkən məqamlardan biri də çıxışçılar arasında Ermənistandan gələn qonaqların olması idi.

Çıxışlarda Azərbaycanda insan haqlarının durumundan daha çox Qarabağdan köçən ermənilərə diqqət göstərilib.

Konqresmen C.Smith Dağlıq Qarabağ məsələsinə də toxunaraq, Qarabağ ermənilərinin hüquqlarının pozulması məsələsindən bəhs edib.

Dinləməyə dörd məruzəçi dəvət edilmişdi. Onlardan ikisi bilavasitə Dağlıq Qarabağ ermənilərinin hüquqlarının pozulması, onların Qarabağdan çıxması, erməni məhbuslar və.s məsələlərdən danışıb.

Ermənistandan dəvət edilmiş “Artsax İttifaqı”nın prezidenti Artur Beglaryan 2020-ci il ikinci Qarabağ müharibəsi fonunda 2023-cü ilin sentyabr əməliyyatı fonunda ermənilərə qarşı guya genosid törədilməsi, Qarabağ ermənilərinin deportasiya edilməsi, erməni mədəniyyət abidələrinin dağıdılması və.s kimi məsələlərdən danışıb.

Məsələ ilə bağlı Milli Məclisin İnsan Hüquqları Komitəsinin sədri Zahid Oruc Gununsesi.info-ya danışıb.

O, bildirir ki, onlar bununla həm də Tramp əleyhinə geniş bir hərəkatı formalaşdırmağa çalışdılar:

“Azərbaycanla bağlı Birləşmiş Ştatların Konqresində keçirilən dinləmələr Donald Trampın ikinci dəfə hakimiyyətə qayıdışının 100-cü gününə təsadüf eləyir və bu, bizə imkan verir ki, son 3 aydan bir qədər çox keçən vaxta qlobal siyasətdə olan dəyişikliyi, yaxud ötən 10 illər ərzində Ağ Evdən dünyaya yayılan əsas strategiyaları məhz o dinləmələr kontekstində dəyərləndirə bilək. Yəni, gördüyümüz kimi, birinci növbədə Amerikanın despotçuluğu, jandarım rolu, bütün ölkələrin iç işlərində ayrılmaz bir şəkildə iştirakı nəzəriyyəsi və ona bağlı olaraq təşkilatlar öz fəaliyyətlərinin artıq dərəcədə bu dövrdə zərbə altında qaldıqlarını və adekvat olaraq məhz bu səbəbdən Tramp əleyhinə geniş bir hərəkatı formalaşdırmağa çalışdılar”.

Zahid Oruc bildirib ki, uzun illər ərzində Azərbaycan və onun dövlət başçısı tərəfindən irəli sürülən məsələlərlə bağlı səsləndirilən tənqidlər, əldə olunmayan razılaşmalar, sərt mövqelər və ölkəmizə qarşı təzyiqlərin, təhdidlərin mahiyyətini ifşa edən açıqlamalar bu gün öz təsdiqini tapır:

“Faktiki olaraq, biz indiki halda ondan bəhs edirik ki, 90-cı illərdə SSSR-nin dağılmasından sonra həmin konqres üzvləri bilavasitə nəinki bölgə dövlətləri ilə yanaşıb, hətta onlardan önə çıxaraq Erməni separatizmini, Ermənistanın Azərbaycana qarşı təcavüzünü müdafiə edirdilər. Məqsəd bölgəni idarə etmək və Vaşinqton üçün əlverişli idarə olunan subyektlər meydana gətirmək siyasəti idi. Tom Lantos, hansı ki, Komissiya onun adını daşıyır və buradakı dinləmələrin əsas təşəbbüskarı müəllifləri artıq 2-ci və ya 3-cü nəsil Lantos övladlarıdır, balalarıdır. Onlar ölkəmizə qarşı yönəlmiş siyasətdə də varislik missiyasını üzərlərinə götürüblər və faktiki olaraq, 907-ci düzəlişin müəllifləri sayılırlar.

Bütün bunlar internet resurslarında geniş bir şəkildə əksini tapıbdır və bir qədər obyektiv tətqiqatçı, media təmsilçisi bunu özü də aşkarlayar və cəmiyyətə çıxara bilər. Hətta mən deyə bilərdim ki, bir neçə gün öncə Xalq Cəbhəsi partiyasının rəhbəri həmin dinləmələri ölkəmiz əleyhinə Bayden dövründəki o sanksiya hədələri ilə sanki eyniləşdirib. Bunun bizim əleyhimizə səbəb olacağını və Tramp administrasiyası ilə Azərbaycan arasında ehtimal olunan ən azı hakimiyyətin baxışlarında buna dair verilən nikbin bəyanatların iflasa uğrayacağını iddia eləyirdi. Bu, Əli Kərimlinin tam xəbərsiz, məlumatsız və sözün həqiqi mənasında siyasi araşdırma imkanlarının zəif olduğunu ortaya qoyur. Məhz Əbülfəz Elçibəylə 90-cı illərdə gəlib görüşən və Qarabağ ermənilərinə, yaxud da ki, Ermənistanla aparılan silahlı savaşda ölkəmizin mövqeyini təhdid və tənqid edənlər Lantusun göndərdiyi missiya idi”.

Zahid Oruc bunların tarixi fakt olduğunu vurğulayır:

“Bütün qeyd etdiyimiz məsələlər də yaxın tarixin faktlarıdır. Bunlar yalnız hakimiyyət nümayədələrinin iddiaları deyil. Obyektiv olaraq, insan haqları ilə bağlı müzakirələr, dinləmələr harada aparılırsa, biz onun əleyhinə deyilik, amma bir tərəfdən də, dediyimiz kimi, bunların tarixi faktlar olduğunu da unuda bilmərik”.

Deputat eyni zamanda Trampın demokratiya siyasətinə də nəzər yetirib:

“Tramp açıq şəkildə demokratiyanı hər bir xalqın özünün mübarizəsi və idarəetmə sistemlərini formalaşdırmağa kömək edən milli iradənin məhsulu kimi elan etdi.  O, bu kursu yürüdür və məhz ona görə də onlarla və yüzlərlə təşkilatların fəaliyyətini dayandırır, medianın o cür maliyyələşməsi sistemini aradan qaldırır və elə İlon Maskın timsalında yaradılan xüsusi qurum da qeyd etdiyimiz öhdəliklərlə, vəzifələrlə yükləndirilibdir.

Belə olan halda, hətta iki həftə əvvəl departamentin verdiyi rəsmi qərar da var: insan haqları və dünyanın formalaşdırdığı digər ideallardan başqa ölkələrin əleyhinə istifadə etmək, inqilablar törətmək və Sorusun məlum xəttini izləmək kimi siyasətlərdən imtina edirik. Artıq bu cür addımlarda iştirak etməyəcəyik. Bizim əsas ideallarımız və öhdəliklərimiz birbaşa Amerika xalqının qarşısında duran vəzifələrin icrasına yönəlib. Bu, bir daha sübut edir ki, həmin dinləmələr keçmişdə Azərbaycana qarşı yönəlmiş qərəzli davranışların, siyasi korrupsiyaya bulaşmış dairələrin fəaliyyətinin davamıdır və əsas məqsəd Tramp Administrasiyası ilə Azərbaycan arasında gözlənilən müsbət münasibətlərin qarşısını almaqdır.

Digər tərəfdən, bu, onların artıq söylədiyimiz kimi, aldıqları böyük maliyyə vəsaitlərinin qarşısında öhdəlikləridir. Üçüncüsü, bu şəxslərin məqsədi insan haqları mövzusunu istismar edərək bölgədə yenidən separatizmi canlandırmaq, Qarabağ erməniləri ifadəsindən istifadə etməklə əvvəlki dövrdə Ermənistanın müdafiəsi, silahlandırılması, hərbi yardımlarla təmin olunması və ermənilərin Azərbaycana qaytarılması kimi layihələri yenidən gündəmə gətirməkdir.

Halbuki Ermənistanın özü artıq bu mövqedə deyil, lakin buna baxmayaraq, Beglaryan kimi şəxsləri həmin siyasəti davam etdirmək üçün ora apararaq orada saxlayırlar. 

Dinləmələrin bir hissəsində guya 20 sentyabr Xankəndi zəfərinin hansısa əhali üçün ekzistensial təhlükə yaratdığı iddia olunur. Bu isə əhalinin silahlı yolla qovulması deməkdir. Belə uydurma hekayələrlə məqsəd, Azərbaycan əleyhinə qətnamə və qərarların qəbuluna nail olmaqdır. İllərdir ki, biz bu ixtisaslaşmış şəxsləri yaxşı tanıyırıq. Frenk Pallone də, Adam Şif də, Kristofer Simit də və başqaları sanki gündəlik olaraq on illər ərzində yalnız bu siyasət üçün doğulublar. Onların başqa bir həmkarı isə acınacaqlı şəkildə ifşa olundu və sübut edildi ki, o, geniş miqyaslı korrupsiyaya bulaşmış şəxsdir və həyata keçirilən lobbi fəaliyyətlərinin arxasında daha qaranlıq maliyyə dövriyyələri mövcuddur“.

Zahid Oruc onu da bildirib ki, Azərbaycan nümayəndələri, göründüyü kimi, rəsmi şəkildə dinləmələrə dəvət olunmayıblar, bu isə prosesin balanslı və obyektiv xarakter daşımadığını göstərir.

O, əlavə edib ki, ölkəmiz böyük zəfərdən sonra həm regional, həm də beynəlxalq miqyasda qarşılaşdığı təhlükələri yaxşı şəkildə görür.

“Digər tərəfdən, heç bir ölkədə insan haqları məsələsi ideal səviyyədə deyil. Hər birində sosial, iqtisadi, mənəvi və ya mədəni, siyasi hüquqlar, toplaşma azadlıqları kimi problemlər mövcud olub. Azərbaycanın daxilində isə, ilk növbədə, bu, dövlətin üzərinə düşən ən mühüm konstitusion vəzifələrdir və biz hesab edirik ki, hakimiyyət və hökumət orqanları bu sahədə lazımi işləri həyata keçirir və keçirəcəklər. Əgər o müzakirələrdə haqqı təmin olunan bir milyondan çox məcburi köçkünün nümayəndələri çıxarılıb dinlənilsəydi, o zaman deyərdik ki, Amerika Konqresində ədalətli insanlar meydana gəliblər.

Mən o fikirdəyəm ki, bizim media orqanlarımız, siyasətçilərimiz, partiyalarımız, lobbi mərkəzləri ilə işləyən dairələr və səfirliklər belə məsələlərdə təşəbbüs göstərməlidir. Azərbaycanın baş verən bu köklü və strateji dəyişiklikləri, yəni bütövlük və suverenlik, Böyük Qayıdış Amerika Konqresində böyük dinləmələrə səbəb olmalıdır”– deyə Z.Oruc fikirlərini yekunlaşdırıb.

Pərviz Həşimli

Gununsesi.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:84
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 30 Aprel 2025 19:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəlzələ səbəbindən Balıkesirdə məktəblərdə bir günlük tətil elan olundu

28 Oktyabr 2025 02:51see208

Alişan Uzak şehir in setində FOTOLAR

27 Oktyabr 2025 06:32see200

Qırmızı kələmin üç əsas sağlamlıq faydası müəyyən edilib...

27 Oktyabr 2025 23:25see195

Sözün işığında yaşayan insan

28 Oktyabr 2025 08:28see175

Söküntü zamanı ədalətli kompensasiya: Beynəlxalq təcrübə və Azərbaycan reallığı

27 Oktyabr 2025 15:40see153

Payızda bu qidalar immuniteti gücləndirir

27 Oktyabr 2025 04:04see140

Əmtəə bazarlarında qızılın qiyməti 4000 dollardan aşağı enib

28 Oktyabr 2025 09:20see138

Çipli nömrələrə son Yeni nömrələr çipsiz verilir

27 Oktyabr 2025 23:41see137

Karvan Yevlax Elşad Əhmədova tapşırılır? Dəqiqləşdi

28 Oktyabr 2025 06:16see134

Bakıda keçiriləcək Art Weekend çərçivəsində XVII əsrə aid hamamda “Axar yaddaş” adlı unikal ekspozisiya təqdim olunacaq VİDEO

28 Oktyabr 2025 15:58see133

“Komanda üçün fərqi yoxdur Bakıda çıxış edirik, yoxsa Gəncədə” Marian Kolevin ə MÜSAHİBƏSİ

27 Oktyabr 2025 13:22see130

Türkiyədə güclü zəlzələ İstanbulda da hiss edildi

28 Oktyabr 2025 00:14see127

Dünyanın ən gözəl oğlanı vəfat etdi

27 Oktyabr 2025 08:07see126

Ukraynada müharibəni bitirməklə bağlı müzakirələr başladı Plan hazırdır

28 Oktyabr 2025 21:15see126

Sosial iqtisadi inkişafa dair Yeni Strategiya üzrə Tədbirlər Planının layihəsi təqdim edilib

28 Oktyabr 2025 19:38see125

Bazu sümüyünü əzələ qatı ilə birlikdə çıxarıb, ömürlük şikəst qoyublar MƏHKƏMƏ

27 Oktyabr 2025 21:49see125

Həkim kişilərdə daimi yorğunluğun gizli səbəbini müəyyən edib...

27 Oktyabr 2025 22:36see124

Keti Perri və Kanadanın keçmiş Baş naziri Castin Trüdo sevgili olduqlarını etiraf etdilər

27 Oktyabr 2025 06:31see123

Günəşlidə bir neçə evin altında torpaq çöküb: Metan qazının qoxusundan oturmaq olmur

28 Oktyabr 2025 02:38see122

“Fələstin xalqının sağlamlığı TƏHLÜKƏDƏ KONKRET

28 Oktyabr 2025 00:44see118
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri