Icma.az
close
up
RU
Azərbaycanda intensiv yağıntılar sürüşmə riskini artırıb

Azərbaycanda intensiv yağıntılar sürüşmə riskini artırıb

Icma.az bildirir, Azertag portalına istinadən.

Bakı, 26 may, AZƏRTAC

Elm və Təhsil Nazirliyinin Coğrafiya İnstitutu tərəfindən bu ilin aprel–may aylarında Azərbaycanda, xüsusilə dağlıq və dağətəyi rayonlarda intensiv yağıntılar, torpaq qatının həddindən artıq nəmlənməsi, çay vadilərində eroziya proseslərinin güclənməsi və geoloji dayanıqsızlıq səbəbindən bir sıra sürüşmə hadisələri qeydə alınıb. Bu proseslər xüsusilə Böyük Qafqazın cənub yamacı, Kiçik Qafqazın şimal-şərq hissəsi, Talış dağ sistemi və Abşeron yarımadasının bəzi sahələrində daha qabarıq müşahidə olunub.

Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib. Qeyd olunub ki, hadisələr yaşayış məntəqələri, kənd təsərrüfatı torpaqları, avtomobil yolları, kommunikasiya xətləri və sosial infrastruktur üçün ciddi təhlükə yaradıb. Mütəxəssislər bildirirlər ki, mövcud məlumatlara əsasən, 2026-cı ilin yaz mövsümü son illərin ən yüksək geomorfoloji risk dövrlərindən biri kimi xarakterizə oluna bilər.

Tədqiqatçılar vurğulayırlar ki, Azərbaycan ərazisində sürüşmələrin intensivləşməsi ilk növbədə meteoroloji amillərlə bağlıdır. Mart, aprel və may aylarında normadan artıq yağıntılar torpaq qatında su ilə doyma səviyyəsini yüksəldib, yamac süxurlarının sürtünmə müqavimətini zəiflədib və kütləvi yerdəyişmə proseslərini sürətləndirib. Dağlıq rayonlarda qar örtüyünün sürətlə əriməsi də bu prosesi gücləndirib. Xüsusilə gil və lyoss tipli süxurların üstünlük təşkil etdiyi ərazilərdə torpaq sürüşmələri daha intensiv qeydə alınıb.

Bununla yanaşı, mütəxəssislərin fikrincə, bəzi ərazilərdə antropogen təsirlər, o cümlədən yamaclarda plansız tikinti, meşə örtüyünün zəifləməsi, yol tikintisi zamanı geoloji balansın pozulması və drenaj sistemlərinin yetərsizliyi sürüşmə riskini artıran əsas amillər sırasındadır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:170
embedMənbə:https://azertag.az
archiveBu xəbər 26 May 2026 18:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see382

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see364

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see305

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see295

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see293

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see289

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see285

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see269

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see245

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see236

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see230

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see229

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see227

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see225

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see221

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see220

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see218

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

23 Oktyabr 2026 09:47see203

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

23 Oktyabr 2026 12:12see189

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri