TRIPP layihəsi ölkəmiz üçün çox vacibdir ŞƏRH EDİLDİ
Icma.az, Sia Az portalına istinadən məlumatı açıqlayır.
TRIPP layihəsi ölkəmiz üçün çox vacibdir. Bu layihə Azərbaycanı Naxçıvanla birləşdirəcək nəqliyyat marşrutunun yaradılmasını nəzərdə tutur. Hazırda Naxçıvanla quru əlaqəmiz əsasən İran ərazisindən keçən yol vasitəsilə təmin olunur. Bu baxımdan, Azərbaycan ərazisindən Zəngilan istiqamətində Naxçıvana birbaşa nəqliyyat bağlantısının yaradılması xüsusi əhəmiyyət daşıyır.
Bu barədə SİA-ya iqtisadçı Xalid Kərimli deyib.
O bildirib ki, ikinci mühüm məqam Ermənistanla münasibətlərin normallaşması və iqtisadi əlaqələrin bərpası ilə bağlıdır:
“Uzun illər davam edən münaqişə və düşmənçilikdən sonra tərəflər arasında münasibətlərin inkişafı, ticarət əlaqələrinin qurulması və yükdaşımaların həyata keçirilməsi üçün yeni imkanlar yarana bilər.
Üçüncü mühüm məqam Türk dövlətləri arasında nəqliyyat əlaqələrinin genişləndirilməsidir. Türkiyə ilə Azərbaycan arasında bağlantının güclənməsi, eləcə də digər Türk dövlətləri ilə nəqliyyat əlaqələrinin inkişafı regional əməkdaşlıq baxımından əhəmiyyətlidir.
Nəhayət, TRIPP marşrutu yükdaşımaların daha səmərəli təşkilinə və regionda nəqliyyat imkanlarının genişlənməsinə şərait yarada bilər. Bu layihə Azərbaycanın regional nəqliyyat qovşağı kimi mövqeyinin gücləndirilməsi baxımından da mühüm əhəmiyyət daşıyır”.
Ayşən Vəli
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:108
Bu xəbər 29 Oktyabr 2026 14:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















