Azərbaycanda investisiya şirkətlərinin vəzifəli şəxsləri cərimə edilib
Icma.az xəbər verir, Apa.az saytına əsaslanaraq.
"Unicapital İnvestisiya Şirkəti”nin vəzifəli şəxsi və "Troni İnvestisiya Şirkəti" QSC-nin vəzifəli şəxsi 10 min manat cərimə edilib.
Bu barədə “APA-Economics” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
AMB tərəfindən aparılmış tematik yoxlama çərçivəsində cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin tələblərinin pozulması ilə əlaqədar İnzibati Xətalar Məcəlləsinin 598.1.1-ci və 598.1.5-ci maddələrinə əsasən "Unicapital İnvestisiya Şirkəti" ASC-nin vəzifəli şəxsi Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən, İnzibati Xətalar Məcəlləsinin 598.1.1-ci və 598.1.2-ci maddələrinə əsasən "Troni İnvestisiya Şirkəti" QSC-nin vəzifəli şəxsi isə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən 10 min manat məbləğində cərimə edilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:149
Bu xəbər 04 Mart 2025 16:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















