Azərbaycanda iqtisadi təmərküzləşmə üzrə baxılan müraciətlərin sayı 4 dəfə artıb
Icma.az, 525.az portalına istinadən məlumat yayır.
Bu ilin yanvar-fevral aylarında Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi iqtisadi təmərküzləşmə əməliyyatları üzrə 36 müraciətə baxıb.
525.az Agentliyə istinadən xəbər verir ki, bu ötən ilin müvafiq dövrü ilə müqayisədə 4 dəfə çoxdur.
"İqtisadi təmərküzləşmələrə nəzarət bazarda rəqabətin qorunmasına xidmət edir. Təsərrüfat subyektlərini innovativ inkişafa təşviq etməklə, istehlakçılara uyğun qiymət və yüksək keyfiyyətli məhsulların təqdim olunmasını təmin edir. Bu isə son nəticədə iqtisadiyyatın davamlı inkişafına töhfə verir”, - deyə agentlik bəyan edib.

Azərbaycanda qanunsuz reklamlara dair baxılan müraciətlərin sayı 25 faiz artıb
12 Avqust 2025 20:38
Əfv Komissiyasında baxılan müraciətlərin sayı açıqlandı
05 Mart 2025 16:19
Əfv komissiyasının iclasında baxılan müraciətlərin sayı açıqlandı
27 Fevral 2025 17:24
Azərbaycanda vergi orqanlarına müraciətlərin sayı fevralda 67 % artıb
12 Mart 2025 10:05
Azərbaycanda vergi orqanlarına müraciətlərin sayı 28 % ə yaxın artıb
17 Fevral 2025 16:40

