Icma.az
close
up
RU
Azərbaycanda iş adamları həbs olundu

Azərbaycanda iş adamları həbs olundu

Icma.az bildirir, Milli.az portalına istinadən.

Kənd təsərrüfatı məhsullarının ixracından əldə olunan külli miqdarda pul vəsaitlərini ölkəyə qaytarmayan şəxslərin ifşası davam etdirilir.

Milli.Az xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, xarici ölkələrə müxtəlif növ məhsulları ixrac edən bəzi sahibkarlıq subyektlərinin müvafiq valyutada olan pul vəsaitlərini Azərbaycana qaytarmamaları ilə bağlı Dövlət Gömrük Komitəsindən daxil olmuş məlumatlar əsasında prokurorluq orqanlarında cinayət işləri başlanaraq ibtidai istintaq aparılır.

İstintaq tədbirləri ilə Azərbaycanda qeydə alınan hüquqi şəxslərlə xarici ölkələrdəki şirkətlər arasında kənd təsərrüfatı məhsullarının alqı-satqısına dair müxtəlif vaxtlarda müqavilələrin bağlanması və həmin fəaliyyət nəticəsində əldə olunan külli miqdarda gəlirlərin ölkəmizdə müvəkkil edilmiş bank hesablarına qaytarılmamasına əsaslı şübhələr müəyyən edildiyindən bir sıra vəzifəli şəxs cinayət məsuliyyətinə cəlb edilib.

Belə ki, Bakı şəhəri, Qaradağ Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 208.2.1, 208.2.2 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən külli miqdarda xarici valyuta vəsaitini xaricdən qaytarmama) və 308.2-ci (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə istintaq edilən cinayət işi üzrə "T-Ekport" MMC tərəfindən Azərbaycandan Rusiyaya konsiqnasiya yolu ilə ixrac edilmiş kənd təsərrüfatı məhsullarından əldə olunan ümumilikdə 3.2 milyon ABŞ dollarından artıq (müvafiq dövrün məzənnəsi ilə 5.4 milyon manatdan artıq) pul vəsaitinin Azərbaycanda müvəkkil edilmiş bankın hesabına qaytarılmaması müəyyən edildiyindən Yaşar Oktay oğlu Əhmədov iş üzrə təqsirləndirilən şəxs qismində cəlb olunub, barəsində istintaq orqanının vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında Qaradağ Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Bakı şəhəri Yasamal Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 208.2.1, 208.2.2 və 308.2-ci maddələri ilə istintaq edilən cinayət işi üzrə "Mövlud98", "Elektrodom", "Sultan-1996", "Seymuroğlu" MMC tərəfindən konsiqnasiya yolu ilə müxtəlif xarici ölkələrə ixrac edilmiş malların müqabilində əldə olunan ümumilikdə 3 milyon ABŞ dollarından artıq məbləğdə (müvafiq dövrün məzənnəsi ilə 5.1 milyon manatdan artıq) pul vəsaitinin Azərbaycanda müvəkkil edilmiş bankın hesabına qaytarılmaması müəyyən edildiyindən Rahil Vahid oğlu Bürcalızadə iş üzrə təqsirləndirilən şəxs qismində cəlb olunub və barəsində Xaçmaz Rayon Məhkəməsində baxılan başqa cinayət işi üzrə həbs qətimkan tədbirinin seçilməsi faktı nəzərə alınıb.

Bakı şəhəri Yasamal Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 208.2.1, 208.2.2 və 308.2-ci maddələri ilə istintaq edilən cinayət işi üzrə fiziki şəxs Nağıyev Əziz Balaca oğlu tərəfindən konsiqnasiya yolu ilə müxtəlif xarici ölkələrə ixrac edilmiş malların müqabilində əldə olunan ümumilikdə 2.2 milyon ABŞ dollarından artıq məbləğdə (müvafiq dövrün məzənnəsi ilə 3.7 milyon manatdan artıq) pul vəsaitinin Azərbaycanda müvəkkil edilmiş bankın hesabına qaytarılmaması müəyyən edildiyindən Əziz Nağıyev iş üzrə təqsirləndirilən şəxs qismində cəlb olunub və barəsində istintaq orqanının qərarı ilə polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilib.

Bakı şəhəri Nizami Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 208.2.1, 208.2.2 və 308.2-ci maddələri ilə istintaq edilən cinayət işi üzrə "Ümüd 059" MMC tərəfindən Azərbaycandan Rusiyaya konsiqnasiya yolu ilə ixrac edilmiş kənd təsərrüfatı məhsullarından əldə olunan ümumilikdə 4.3 milyon ABŞ dollarından artıq (müvafiq dövrün məzənnəsi ilə 7.3 milyon manatdan artıq) pul vəsaitinin Azərbaycanda müvəkkil edilmiş bankın hesabına qaytarılmaması müəyyən edildiyindən Hüseynli Musa Yunis oğlu iş üzrə təqsirləndirilən şəxs qismində cəlb olunub və barəsində istintaq orqanı tərəfindən polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.

Bakı şəhəri Nərimanov Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 208.2.1-ci maddəsi ilə başlanmış cinayət işi üzrə "Aysan AS" MMC tərəfindən Azərbaycandan İrana konsiqnasiya yolu ilə ixrac edilmiş "yaş biyan kökü" yükündən əldə olunan ümumilikdə 865 min ABŞ dollarından artıq (müvafiq dövrün məzənnəsi ilə 1.4 milyon manatdan artıq) pul vəsaitinin Azərbaycanda müvəkkil edilmiş bankın hesabına qaytarılmaması müəyyən edildiyindən İİR vətəndaşı Ashktorab Javad Habib iş üzrə təqsirləndirilən şəxs qismində cəlb olunub, habelə, istintaqdan gizləndiyinə görə barəsində axtarış elan edilib və qiyabi həbs qətimkan tədbiri seçilib.

Bakı şəhəri Nərimanov Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 208.2.1-ci maddəsi ilə başlanmış cinayət işi üzrə "Alke İnşaat Sanayi ve Ticaret Anonim" şirkətinin Azərbaycandakı filialı tərəfindən konsiqnasiya yolu ilə Gürcüstana ixrac edilmiş malların müqabilində əldə olunan ümumilikdə 393 min ABŞ dolları məbləğində (müvafiq dövrün məzənnəsi ilə 668 min manatdan artıq) pul vəsaitinin Azərbaycanda müvəkkil edilmiş bankın hesabına qaytarılmaması müəyyən edildiyindən Türkiyə vətəndaşı Oğuz Erkan iş üzrə təqsirləndirilən şəxs qismində cəlb olunub, habelə, istintaqdan gizləndiyinə görə barəsində axtarış elan edilib və qiyabi həbs qətimkan tədbiri seçilib.

Bakı şəhəri Binəqədi Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 208.2.1, 208.2.2 və 308.2-ci maddələri ilə istintaq edilən cinayət işi üzrə "Avalon S" MMC tərəfindən konsiqnasiya yolu ilə Türkiyəyə ixrac edilmiş malların müqabilində əldə olunan ümumilikdə 379 min ABŞ dollarından artıq məbləğdə (müvafiq dövrün məzənnəsi ilə 644 min manatdan artıq) pul vəsaitini Azərbaycanda müvəkkil edilmiş bankın hesabına qaytarılmaması müəyyən edildiyindən Rzayev Arif Fəxrəddin oğlu iş üzrə təqsirləndirilən şəxs qismində cəlb olunub və barəsində Gəncə Ağır Cinayətlər Məhkəməsində baxılan başqa cinayət işi üzrə həbs qətimkan tədbirinin seçilməsi faktı nəzərə alınıb.

Hazırda Dövlət Gömrük Komitəsindən daxil olmuş digər bu kateqoriya materiallar üzrə, yəni mal və məhsul ixrac etməklə əldə edilən pul vəsaitini Azərbaycanın müvəkkil bank hesablarına qaytarmamış şəxslər barəsində prokurorluq orqanlarında cinayət işləri başlanaraq ibtidai istintaq aparılır və zəruri tədbirlər icra olunur.

Milli.Az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:144
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 02 Dekabr 2024 16:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see393

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see378

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see309

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see308

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see302

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see229

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see227

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see209

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

23 Oktyabr 2026 09:47see207

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see205

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

23 Oktyabr 2026 12:12see198

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see186

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see182

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see180

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see177

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see171

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see168

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see167

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see167

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri