Azərbaycanda işgüzar səfərdə olan türk iş adamları ilə görüş keçirilib
Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Bakı, 15 iyul, AZƏRTAC
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində (DVX) Türk Ticarət Mərkəzinin vasitəçiliyi ilə Azərbaycanda işgüzar səfərdə olan bir qrup iş adamı ilə görüş keçirilib.
Dövlət Vergi Xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Türkiyədə tekstil, inşaat, İKT, istehsal (mebel, lift, qida), o cümlədən kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən sahibkarlarla keçirilən görüş zamanı ölkəmizdə investisiya qoyuluşlarının dəstəklənməsi sahəsində vergi və gömrük inzibatçılığına dair məsələlər müzakirə edilib.
DVX-nin Vergi siyasəti baş idarəsinin rəisi Nicat İmanov biznes nümayəndələrinin vergi qanunvericiliyinə dair suallarını cavablandırıb işğaldan azad olunmuş ərazilərdə sahibkarlıq fəaliyyətinin dəstəklənməsi məqsədilə tətbiq edilən vergi güzəştləri, o cümlədən digər sahələr üzrə təşviqlər barədə görüş iştirakçılarını məlumatlandırıb.
Türk Ticarət Mərkəzinin rəhbəri Yılmaz Okuklu təqdimat keçirib.
Görüşdə qarşılıqlı maraq doğuran məsələlər barədə geniş müzakirələr aparılıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:105
Bu xəbər 15 İyul 2025 17:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















