Icma.az
close
up
RU
Avrasiya gənc iş adamları Forumu ilk dəfə Azərbaycanda

Avrasiya gənc iş adamları Forumu ilk dəfə Azərbaycanda

Modern.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bakıda Avrasiyanın ən böyük gənc iş adamları forumu keçiriləcək

Modern.az xəbər verir ki, Gənc MÜSİAD Azərbaycan əsas fəaliyyət hədəflərini gənclərin sahibkarlıq ruhunu inkişaf etdirmək, onları iş dünyasına hazırlamaq və Türkiyə ilə Azərbaycan arasında iqtisadi əlaqələrin gənc nəsil üzərindən daha da gücləndirilməsi kimi müəyyənləşdirib.

Qurum yalnız ticarət yönümlü fəaliyyətlə kifayətlənmir, eyni zamanda gənclərin maariflənməsi, iş dünyasında mövqelərinin möhkəmləndirilməsi üçün müxtəlif layihələr həyata keçirir. Bu çərçivədə təlimlər, mentorluq proqramları, işgüzar görüşlər və sektoral tədbirlər təşkil olunur. Məqsəd – milli dəyərlərə bağlı, qlobal düşünən, etik prinsiplərə sadiq və dayanıqlı biznes modelləri yaradan gənc iş adamları nəslini formalaşdırmaqdır.

Bu istiqamətdə mühüm tədbirlərdən biri də Avrasiya Gənc İş Adamları Forumu - EYBF 2025 olacaq. Forum 1 noyabr 2025-ci ildə Bakıda, “Fairmont Hotel”də keçiriləcək. Tədbir Türkiyə Respublikasının Prezident Administrasiyasına bağlı Yatırım və Maliyyə Ofisi, eləcə də Türkiyə Gənclik və İdman Nazirliyinin dəstəyi ilə, Azərbaycan tərəfindən isə Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və Azərbaycan Sahibkarlar Konfederasiyası (ASK)-nın əməkdaşlığı ilə gerçəkləşəcək.

Forumda təqribən 45 ölkədən gənc iş adamı iştirak edəcək. Həmçinin Azərbaycan və Türkiyədən nüfuzlu çıxışçılar da proqramda yer alacaq.

Təşkilatçılar bildirirlər ki, Avrasiya Gənc İş Adamları Forumu yalnız bir günlük tədbir deyil, uzunmüddətli regional əməkdaşlıq platformasının başlanğıcıdır. “Qlobal vizyon, regional güc” şüarı ilə təşkil olunan EYBF, Avrasiya məkanında ən təsirli gənc iş adamları şəbəkəsi olmağı hədəfləyir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:220
embedMənbə:https://modern.az
archiveBu xəbər 20 Sentyabr 2025 13:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şahin Mustafayev Tehranda iddiaları təkzib etdi

01 Oktyabr 2026 09:18see265

Gecələri zəhərə çevirən xorultuya son Yeni cihaz hazırlandı

01 Oktyabr 2026 08:47see183

Gevondyan: Azərbaycanla münaqişənin həllindən sonra Rusiya əsas təsir rıçağını itirib

01 Oktyabr 2026 09:49see177

Saməddin Əsədov: Etimad quruculuğu nəqliyyat dəhlizləri boyunca da bərqərar olmalıdır

01 Oktyabr 2026 11:08see176

Tramp: ABŞ “İraqı şərəf və ləyaqətlə” tərk etdi

01 Oktyabr 2026 10:34see171

Ukrayna F 16 sız qala bilər Xəbərdarlıq

01 Oktyabr 2026 09:00see171

Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar

01 Oktyabr 2026 10:36see170

Milli Məclisin Anım Günü ilə bağlı BƏYANATI TAM MƏTN FOTO

01 Oktyabr 2026 09:12see170

Azərbaycanla Türkiyə arasında 500 milyon dollarlıq sazişlər imzalanıb 14 təyyarə, radar və müdafiə sistemləri alınır

01 Oktyabr 2026 08:35see168

ML: 3 cü tur başlayır

01 Oktyabr 2026 10:36see168

Təyyarədə həyəcanlı anlar: Sərnişin stüardessanı dişlədi

01 Oktyabr 2026 12:26see167

İlham Əliyev: Etibarlı məlumat informasiya mühitinin keyfiyyət göstəricisinə çevrilməlidir

01 Oktyabr 2026 10:31see167

Ronaldo dönəmi başa çatır

01 Oktyabr 2026 08:43see165

Kriştianu Ronaldu Portuqaliya millisində çıxışını davam etdirməyi planlaşdırmır

01 Oktyabr 2026 10:29see165

“Kəpəz”də stadion qalmaqalı: 12 min manat deyildi, 5 min manat ödənilirdi?

01 Oktyabr 2026 10:03see164

Suriyada mikroavtobusa silahlı hücum: 7 ölü, 4 yaralı

01 Oktyabr 2026 10:31see163

Ronaldunun bacısından sərt mesaj: “CR7, sən daha çoxuna layiq idin!”

01 Oktyabr 2026 09:19see162

Azərbaycanda yeni agentlik fəaliyyətə başladı

01 Oktyabr 2026 10:04see160

Bu gündən əsgərlərin ehtiyata buraxılmasına başlanılıb

01 Oktyabr 2026 09:01see158

Millətlər Liqası: Yığmammız növbəti sınağına çıxır

01 Oktyabr 2026 08:42see154
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri