Azərbaycanda iş saatları azaldılır?
Icma.az, Bakivaxti portalına istinadən məlumatı açıqlayır.
“Əsas məqsəd işçinin saatlarla iş yerində olması deyil, gün ərzində hansı nəticəni əldə etməsidir”.
Bakıvaxtı.az xəbər verir ki, bunu deputat Razi Nurullayev Milli Məclisin bu gün keçirilən iclasında çıxışı zamanı deyib.
Deputat bildirib ki, iş saatları arasında səmərəliliyin artırılması və iş gününün müddətinin azaldılması istiqamətində düşünmək lazımdır. Onun sözlərinə görə, bir çox iş yerlərində əsas diqqət işçinin səhər saat 9-da işə gəlib axşam saat 5-də çıxmasına yönəldilir. Halbuki əsas meyar işçinin iş saatları ərzində əldə etdiyi nəticə olmalıdır.
Razi Nurullayev qeyd edib ki, iş yerində uzun müddət olmaq həmin vaxtın hamısında eyni məhsuldarlıqla işləmək demək deyil. Bəzi xarici şirkətlərdə bir neçə saata görülən işin yerli müəssisələrdə günlərlə uzanmasının səbəbləri araşdırılmalıdır.
Deputat problemin səbəblərinin yalnız işçilərlə əlaqəli olmadığını, işin təşkilində, idarəetmədə və lazımsız bürokratik prosedurlarda da axtarılmalı olduğunu vurğulayıb.
O əlavə edib ki, işin xarakteri imkan verdiyi hallarda əməkdaşların işə bir-iki saat tez gəlib daha tez çıxması kimi çevik iş rejimləri nəzərdən keçirilə bilər.
Razi Nurullayev iş rejiminin çevikləşdirilməsini və iş vaxtından səmərəli istifadəni təşviq etməyin tərəfdarı olduğunu bildirib. Onun fikrincə, müasir əmək münasibətlərinin gələcəyi daha çox saat işləməkdə deyil, daha səmərəli işləməkdədir.
Deputat insan əməyinə və vaxta daha böyük dəyər verilməsinin vacibliyini diqqətə çatdırıb.
Zeynəb Rzayeva
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:49
Bu xəbər 16 Oktyabr 2026 12:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















