Icma.az
close
up
RU
Azərbaycanda iş saatları azaldılır: Bəs maaşlar necə olacaq

Azərbaycanda iş saatları azaldılır: Bəs maaşlar necə olacaq

Icma.az, Demokrat.az portalına istinadən məlumat yayır.

Azərbaycanda iş saatlarının dəyişdirilməsi və ya azaldılması, eləcə də evdən işləmə imkanının tətbiqi məsələsi yenidən gündəmə gəlib. Əmək bazarında çevik iş rejiminə keçidin mümkün nəticələri müzakirə olunur. Bu dəyişikliklərin həm işəgötürənlər, həm də işçilər üçün hansı hüquqi və maliyyə təsirlər yaradacağı sual doğurur. Xüsusilə iş vaxtının azaldılması fonunda əməkhaqlarının aşağı düşüb-düşməyəcəyi əsas müzakirə mövzularından birinə çevrilib.
Məsələ ilə bağlı iqtisadçı Rəşad Həsənov Demokrat.az-a bildirib ki, əməkhaqqı səviyyəsi bir sıra parametrlər və amillərin təsiri altında formalaşır və iş saatı, eləcə də əmək münasibətlərinin forması bu məqamda nəzərə alınan faktorlardan biridir:
"Eyni zamanda bazarda tələb və təklif səviyyəsi, həmçinin əmək məhsuldarlığı mühüm rol oynayır. Əgər iş saatlarının azaldılması və ya məsafədən işləmə imkanlarının yaradılması əmək məhsuldarlığının artması ilə nəticələnərsə, bu halda əməkhaqqının azaldılmasına ehtiyac yoxdur. Əksinə, təcrübə göstərir ki, əməkhaqqı məhsuldarlığı təşviq edən əsas vasitələrdən biridir və onun artırılması daha yaxşı nəticələrə gətirib çıxara bilər. Lakin yeni iş formatları məhsuldarlığa mənfi təsir edərsə, gün ərzində bir işçiyə düşən istehsal həcmi və görülən işlərin miqdarı azalarsa, bu, əməkhaqqının aşağı salınması istiqamətində təzyiqlər yarada bilər. Burada əsas məsələ dəyişikliklərin hansı formada tətbiq olunmasıdır".

Ekspert deyib ki, bu iş saatlarının azaldılması kütləvi şəkildə həyata keçirilərsə, məsələn, gündəlik iş vaxtı 8 saatdan 6 saata endirilərsə və bu dəyişiklik məhsuldarlığın azalmasına səbəb olmazsa, əməkhaqqının azaldılması zəruri sayılmaya bilər:
"Əksinə, məhsuldarlıq azalarsa və bu, müəssisənin gəlirlərinə mənfi təsir göstərərsə, əməkhaqqı fondu ilə bağlı qərarlara yenidən baxılması gündəmə gələ bilər. Məsafədən işləmənin isə hər iki tərəf üçün müəyyən üstünlükləri var. İşəgötürən ofis xərclərinə qənaət edə, resurslardan daha səmərəli istifadə edə bilər. İşçi isə nəqliyyat və digər gündəlik xərclərini azaldaraq vaxtını daha effektiv idarə etmək imkanı qazanır. Bu üstünlüklər müəyyən hallarda əməkhaqqı məsələsinin qarşılıqlı razılaşma əsasında müzakirəsinə səbəb ola bilər".
O deyib ki, əməkhaqqının real səviyyəsini müəyyən edən əsas amillər yenə də bazarda tələb və təklif nisbəti, eləcə də əmək məhsuldarlığıdır. 
"İş saatlarının azaldılması və ya məsafədən iş forması əmək münasibətlərinin təşkili üsuludur və məhsuldarlığa təsiri həlledici rol oynayır. İşəgötürənlər bu şərtləri əməkhaqqı ilə əlaqələndirərək fərqli yanaşmalar tətbiq edə bilərlər və bu, tərəflər arasında danışıqlar predmetinə çevrilə bilər".
Həmçinin oxu:
Bakıda mağazalarda üstündə Baləlinin şəkilləri olan qız köynəkləri satılır — FOTOlar
Santexniklərin sirri kimi saxladığı çarə — Hamamdakı üfunət qoxusunu anında kəsir
'Kəramət kimdir? Təqsir onu ora çıxarandadır'
Əfsanə Kamal
Demokrat.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:113
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 24 Fevral 2026 18:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see320

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see279

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see273

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see260

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see255

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see253

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see244

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see244

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see240

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see222

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see219

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see217

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see213

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see208

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see208

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see202

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see202

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see195

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see184

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri