Icma.az
close
up
RU
AZƏRBAYCANDA İŞ SAATLARI DƏYİŞİR Kimlər daha rahat işləyəcək?

AZƏRBAYCANDA İŞ SAATLARI DƏYİŞİR Kimlər daha rahat işləyəcək?

Icma.az, Azpolitika.az portalına istinadən məlumat yayır.

Prezident İlham Əliyevin təsdiqlədiyi 2026–2030-cu illər üzrə Məşğulluq Strategiyasının Tədbirlər Planında Azərbaycanda beynəlxalq təcrübə əsasında çevik iş vaxtı rejimi modellərinin hazırlanması nəzərdə tutulur. Bu yeniliyin əmək bazarında yeni imkanlar yaratması və işçilərlə işəgötürənlər arasında münasibətlərə təsir göstərməsi gözlənilir. Bu təşəbbüs əmək bazarında hansı dəyişikliklərə səbəb ola bilər və çevik iş rejiminin tətbiqi üçün hansı mexanizmlər vacibdir?

Mövzu ilə bağlı “AzPolitika”ya açıqlama verən Crypto Consulting MMC-nin direktoru, kriptoinvest.az portalının rəhbəri və UNEC Biznes Məktəbinin müəllimi Elnur Quliyev bildirib ki, çevik iş vaxtı modellərinin hazırlanmasının Məşğulluq Strategiyasına daxil edilməsi əmək bazarının müasir tələblərə uyğunlaşdırılması baxımından mühüm addımdır.

Onun sözlərinə görə, dünyanın bir çox ölkəsində artıq ənənəvi “09:00-18:00” iş qrafiki yeganə model hesab edilmir. Rəqəmsallaşma, xidmət sektorunun genişlənməsi və məsafədən işləmə imkanlarının artması daha çevik əmək münasibətlərini zəruri edir: “Bu təşəbbüsün əmək bazarında bir neçə müsbət nəticə verməsi mümkündür. İlk növbədə, əmək bazarına çıxmaqda çətinlik çəkən bəzi qrupların - azyaşlı uşağı olan valideynlərin, tələbələrin, əlilliyi olan şəxslərin və pensiya yaşına yaxın insanların məşğulluq imkanları arta bilər. Eyni zamanda, şirkətlər işçi ehtiyacını daha səmərəli planlaşdıra, pik iş saatlarına uyğun iş qrafikləri formalaşdıra və əməliyyat xərclərini optimallaşdıra bilərlər. Digər mühüm məqam istedadlı kadrların saxlanılmasıdır. Son illərdə aparılan beynəlxalq araşdırmalar göstərir ki, əməkhaqqı ilə yanaşı, iş qrafikinin çevikliyi də işçilərin iş yerini seçməsinə və uzunmüddətli işləməsinə ciddi təsir göstərən amillərdən biridir. Xüsusilə bilik iqtisadiyyatı və texnologiya sektorunda bu tendensiya daha aydın müşahidə olunur”.

E.Quliyev əlavə edib ki, bununla yanaşı, çevik iş rejiminin uğurlu tətbiqi yalnız hüquqi dəyişikliklərlə məhdudlaşmamalıdır. Bir neçə mühüm mexanizm formalaşdırılmalıdır: “Birincisi, çevik iş vaxtının konkret modelləri aydın şəkildə müəyyən edilməlidir. Buraya sürüşkən iş saatları, sıxlaşdırılmış iş həftəsi, hibrid iş modeli, məsafədən işləmə və nəticəyönümlü iş prinsipləri daxil ola bilər. 

İkincisi, işçilərin hüquqlarının qorunması xüsusi əhəmiyyət daşıyır. Çevik iş rejimi əlavə və ya qeyri-məhdud iş saatlarına çevrilməməli, iş vaxtının uçotu, artıq işə görə ödəniş, istirahət hüququ və sosial təminatlar tam şəkildə qorunmalıdır.

Üçüncüsü, işəgötürənlər üçün praktik metodiki tövsiyələr hazırlanmalıdır. Xüsusilə kiçik və orta sahibkarlıq subyektləri çevik iş rejiminin necə təşkil ediləcəyi, məhsuldarlığın necə ölçüləcəyi və əmək intizamının necə təmin ediləcəyi ilə bağlı dəstəyə ehtiyac duyacaqlar.

Dördüncüsü, rəqəmsal infrastruktur və performansın qiymətləndirilməsi sistemləri inkişaf etdirilməlidir. Çevik iş rejimində əsas meyar işçinin ofisdə keçirdiyi vaxt deyil, əldə etdiyi nəticə olmalıdır. Bu isə müasir idarəetmə yanaşmalarının tətbiqini tələb edir”.

Ekspert qeyd edib ki, eyni zamanda, bəzi risklər də nəzərə alınmalıdır. Bütün peşələr üçün çevik iş rejimi uyğun deyil: “İstehsal, səhiyyə, nəqliyyat və təhlükəsizlik kimi sahələrdə klassik iş qrafikləri uzun müddət əsas model olaraq qalacaq. Bundan başqa, düzgün tənzimlənmədiyi halda çevik iş rejimi iş və şəxsi həyat arasındakı sərhədlərin pozulmasına, işçilərin həddindən artıq yüklənməsinə və əmək münasibətlərində mübahisələrin artmasına səbəb ola bilər.

Ümumilikdə hesab edirəm ki, bu təşəbbüs düzgün hüquqi baza, effektiv nəzarət mexanizmləri və beynəlxalq təcrübənin ölkənin əmək bazarına uyğunlaşdırılması ilə müşayiət olunarsa, Azərbaycanda daha çevik, inklüziv və rəqabətqabiliyyətli əmək bazarının formalaşmasına müsbət töhfə verə bilər. Əsas məqsəd yalnız iş saatlarını dəyişmək deyil, həm işçinin rifahını, həm də müəssisələrin məhsuldarlığını eyni vaxtda artıran balanslı əmək münasibətləri qurmaq olmalıdır”.

Oğuz Ayvaz

AzPolitika.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:155
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 03 Avqust 2026 20:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see430

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see370

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see286

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see273

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see255

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see247

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see245

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see234

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see227

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see222

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see220

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see218

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see216

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see207

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see207

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see205

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see205

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see200

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see198

Makronun siyasi sonu yaxınlaşır? Fransada etirazlar böyüyür

20 Oktyabr 2026 22:35see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri