Icma.az
close
up
RU
AZƏRBAYCANDA İŞ SAATLARI DƏYİŞİR Kimlər daha rahat işləyəcək?

AZƏRBAYCANDA İŞ SAATLARI DƏYİŞİR Kimlər daha rahat işləyəcək?

Hurriyyet saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Prezident İlham Əliyevin təsdiqlədiyi 2026–2030-cu illər üzrə Məşğulluq Strategiyasının Tədbirlər Planında Azərbaycanda beynəlxalq təcrübə əsasında çevik iş vaxtı rejimi modellərinin hazırlanması nəzərdə tutulur. Bu yeniliyin əmək bazarında yeni imkanlar yaratması və işçilərlə işəgötürənlər arasında münasibətlərə təsir göstərməsi gözlənilir. Bu təşəbbüs əmək bazarında hansı dəyişikliklərə səbəb ola bilər və çevik iş rejiminin tətbiqi üçün hansı mexanizmlər vacibdir?

Mövzu ilə bağlı “AzPolitika”ya açıqlama verən Crypto Consulting MMC-nin direktoru, kriptoinvest.az portalının rəhbəri və UNEC Biznes Məktəbinin müəllimi Elnur Quliyev bildirib ki, çevik iş vaxtı modellərinin hazırlanmasının Məşğulluq Strategiyasına daxil edilməsi əmək bazarının müasir tələblərə uyğunlaşdırılması baxımından mühüm addımdır.

Onun sözlərinə görə, dünyanın bir çox ölkəsində artıq ənənəvi “09:00-18:00” iş qrafiki yeganə model hesab edilmir. Rəqəmsallaşma, xidmət sektorunun genişlənməsi və məsafədən işləmə imkanlarının artması daha çevik əmək münasibətlərini zəruri edir: “Bu təşəbbüsün əmək bazarında bir neçə müsbət nəticə verməsi mümkündür. İlk növbədə, əmək bazarına çıxmaqda çətinlik çəkən bəzi qrupların - azyaşlı uşağı olan valideynlərin, tələbələrin, əlilliyi olan şəxslərin və pensiya yaşına yaxın insanların məşğulluq imkanları arta bilər. Eyni zamanda, şirkətlər işçi ehtiyacını daha səmərəli planlaşdıra, pik iş saatlarına uyğun iş qrafikləri formalaşdıra və əməliyyat xərclərini optimallaşdıra bilərlər. Digər mühüm məqam istedadlı kadrların saxlanılmasıdır. Son illərdə aparılan beynəlxalq araşdırmalar göstərir ki, əməkhaqqı ilə yanaşı, iş qrafikinin çevikliyi də işçilərin iş yerini seçməsinə və uzunmüddətli işləməsinə ciddi təsir göstərən amillərdən biridir. Xüsusilə bilik iqtisadiyyatı və texnologiya sektorunda bu tendensiya daha aydın müşahidə olunur”.

E.Quliyev əlavə edib ki, bununla yanaşı, çevik iş rejiminin uğurlu tətbiqi yalnız hüquqi dəyişikliklərlə məhdudlaşmamalıdır. Bir neçə mühüm mexanizm formalaşdırılmalıdır: “Birincisi, çevik iş vaxtının konkret modelləri aydın şəkildə müəyyən edilməlidir. Buraya sürüşkən iş saatları, sıxlaşdırılmış iş həftəsi, hibrid iş modeli, məsafədən işləmə və nəticəyönümlü iş prinsipləri daxil ola bilər. 

İkincisi, işçilərin hüquqlarının qorunması xüsusi əhəmiyyət daşıyır. Çevik iş rejimi əlavə və ya qeyri-məhdud iş saatlarına çevrilməməli, iş vaxtının uçotu, artıq işə görə ödəniş, istirahət hüququ və sosial təminatlar tam şəkildə qorunmalıdır.

Üçüncüsü, işəgötürənlər üçün praktik metodiki tövsiyələr hazırlanmalıdır. Xüsusilə kiçik və orta sahibkarlıq subyektləri çevik iş rejiminin necə təşkil ediləcəyi, məhsuldarlığın necə ölçüləcəyi və əmək intizamının necə təmin ediləcəyi ilə bağlı dəstəyə ehtiyac duyacaqlar.

Dördüncüsü, rəqəmsal infrastruktur və performansın qiymətləndirilməsi sistemləri inkişaf etdirilməlidir. Çevik iş rejimində əsas meyar işçinin ofisdə keçirdiyi vaxt deyil, əldə etdiyi nəticə olmalıdır. Bu isə müasir idarəetmə yanaşmalarının tətbiqini tələb edir”.

Ekspert qeyd edib ki, eyni zamanda, bəzi risklər də nəzərə alınmalıdır. Bütün peşələr üçün çevik iş rejimi uyğun deyil: “İstehsal, səhiyyə, nəqliyyat və təhlükəsizlik kimi sahələrdə klassik iş qrafikləri uzun müddət əsas model olaraq qalacaq. Bundan başqa, düzgün tənzimlənmədiyi halda çevik iş rejimi iş və şəxsi həyat arasındakı sərhədlərin pozulmasına, işçilərin həddindən artıq yüklənməsinə və əmək münasibətlərində mübahisələrin artmasına səbəb ola bilər.

Ümumilikdə hesab edirəm ki, bu təşəbbüs düzgün hüquqi baza, effektiv nəzarət mexanizmləri və beynəlxalq təcrübənin ölkənin əmək bazarına uyğunlaşdırılması ilə müşayiət olunarsa, Azərbaycanda daha çevik, inklüziv və rəqabətqabiliyyətli əmək bazarının formalaşmasına müsbət töhfə verə bilər. Əsas məqsəd yalnız iş saatlarını dəyişmək deyil, həm işçinin rifahını, həm də müəssisələrin məhsuldarlığını eyni vaxtda artıran balanslı əmək münasibətləri qurmaq olmalıdır”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:100
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 21 Avqust 2026 04:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see535

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see496

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see368

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see283

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see278

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

17 Oktyabr 2026 10:26see271

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see269

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see263

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 12:40see261

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see242

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see240

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see240

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see236

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see224

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see215

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see211

Bank kartlarının bitməyən problemləri: Nağd pula qayıdırıq?

17 Oktyabr 2026 13:03see206

Dünya iqtisadiyyatı təhlükə altındadır Beynəlxalq Valyuta Fondundan XƏBƏRDARLIQ

17 Oktyabr 2026 17:35see188

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see182

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri