Icma.az
close
up
RU
Azərbaycanda futbol klubları nə qədər maaş verir? Rəqəmlər açıqlandı

Azərbaycanda futbol klubları nə qədər maaş verir? Rəqəmlər açıqlandı

Azpolitika.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Azərbaycan futbol klublarının xərclərində əsas yeri əmək haqları tutur. 2024-cü il üzrə məlumata əsasən, klublar futbolçulara və texniki heyətə milyonlarla manat vəsait ayırıblar. 2023-cü illə müqayisədə əksər komandalarda maaşlar artsa da, bəzilərində azalma baş verib.

“AzPolitika” bildirir ki, “Fed.az”ın hesablamarına görə, 2024-cü ildə əmək haqlarını ən çox artıran klub «Sumqayıt» Futbol Klubu olub. Klubda 2023-cü ildə 3 milyon 519 min manat olan bu göstərici 2024-cü ildə 6 milyon 42 min manata yüksəlib. Artım 72 faiz təşkil edir ki, bu da kluba yeni transferlərin cəlb olunması və strukturun genişlənməsi ilə izah oluna bilər.

İkinci sırada «Neftçi» qərarlaşır. Klubun 2024-cü ildə əmək haqqı üçün ayırdığı vəsait 20 milyon 264 min manat olub. Bu, əvvəlki illə müqayisədə 27 faiz və ya 4 milyon 298 min manat artım deməkdir. «Neftçi» də heyətini gücləndirmək və rəqabət qabiliyyətini artırmaq üçün maaş büdcəsini genişləndirib.

Maaş artımı sürətinə görə, üçüncü yeri «Qarabağ» Futbol Klubu tutur. 2024-cü ildə klubun əmək haqqı fondu 20 milyon 648 min manat olub ki, bu da əvvəlki illə müqayisədə 3 milyon 298 min manat və ya 19 faiz artım deməkdir.

«Sabah» FK da futbolçu və məşqçi personalına pul ayırmaqda xəsislik etmir. Klub son bir ildə əmək haqqına 14 milyon 57 min manat ayırıb. Bu da əvvəlki illə müqayisədə düz 2 milyon manat və ya 16 faiz artım deməkdir.

«Kəpəz» Futbol Klubunda əmək haqları yuxarıdakı klubların miqyasında olmasa da, maaşlar burada da artıb. 2024-cü ildə klub əmək haqqı xərclərini 200 min manat və ya 10 faiz artıraraq 2 milyon 199 min 800 manata çatdırıb.

Bəzi klublarda isə əksinə, əmək haqqı xərclərində azalma müşahidə olunub. «Səbail» Futbol Klubunun maaş xərcləri 5 milyon 237 min manatdan 4 milyon 974 min manata enib. Bu, illik 263 min manat və ya 5 faiz azalma deməkdir.

«Zirə» klubunda isə maaşlarda daha ciddi azalma baş verib, burada maaş fondu 5,2 milyon manatdan 4,1 milyon manat enib. Yəni 1 milyon 106 min manat və ya 21% fərq qeydə alınıb. 

«Şamaxı» Futbol Klubunda da əmək haqqı xərci azalıb. 2023-cü ildə idmançılar və digər personala 1 milyon 933 min manat təşkil edən maaş büdcəsi 2024-cü ildə 1 milyon 649 min manata enib. Bu illik 284 min manat və ya 15 faiz azalma anlamına gəlir.

Az büdcəli klublar sırasında olan «Turan Tovuz» və «Araz-Naxçıvan» əmək haqqı üzrə rəqəmləri olduqca aşağıdır, demək olar simvolik məna daşıyır – hər iki klubda illik maaş fondu 3,7 min manat təşkil edir.

“AzPolitika.info”

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:189
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 04 Oktyabr 2025 17:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see738

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see224

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see207

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see194

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see194

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see169

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see168

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see164

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see151

Elnarə Abdullayevaya ağır itki ÜZ VERDİ KONKRET

08 Yanvar 2026 00:03see151

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see150

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see143

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see142

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see139

“Bir kişi ilə görüşə gedəndə “Gizli Xidmət”ə məlumat verirəm” Trampın nəvəsi Fotolar

08 Yanvar 2026 06:11see135

XIX turun oyun proqramı məlum olub

07 Yanvar 2026 14:28see134

ABŞ də miqrasiya işçiləri onların keçidinə mane olmağa çalışan qadını güllələdi

07 Yanvar 2026 23:46see134

Davamlı inkişaf, milli güc və strateji baxışın təntənəsi

07 Yanvar 2026 14:27see133

“O, bizim üçün fundamental oyunçudur” Xabi Alonso Vinisius haqqında

08 Yanvar 2026 00:22see132

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri