Icma.az
close
up
RU
Azərbaycanda kapital bazarı ilə bağlı ictimai müzakirə təşkil olunub

Azərbaycanda kapital bazarı ilə bağlı ictimai müzakirə təşkil olunub

Report.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Azərbaycanda qiymətli kağızlar bazarının inkişafı və bu sahədə KOB-lar üçün imkanlara dair ictimai müzakirə təşkil olunub.

Bu barədə “Report” İqtisadiyyat Nazirliyinin tabeliyindəki Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə (KOBİA) istinadən xəbər verir.

Məlumata görə, KOBİA yanında İctimai Şuranın təşkilatçılığı ilə 2025-ci il üzrə ilk ictimai müzakirə “Kapital bazarının inkişafı: mövcud imkanlar və perspektivlər” mövzusuna həsr olunub. KOBİA, Bakı Fond Birjası (BFB) və Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) dəstəyi ilə “Bakı KOB evi”ndə təşkil olunmuş tədbirin məqsədi müvafiq sahədə dövlət siyasəti, qanunvericilik bazası, maliyyə alətləri, tənzimləmə mexanizmləri, eləcə də müvafiq sahədə KOB-lar üçün imkanları müzakirə etmək olub. İctimai müzakirədə aidiyyəti dövlət qurumlarının nümayəndələri, sahibkarlar və kapital bazarının iştirakçıları iştirak ediblər.

Tədbirdə KOBİA yanında İctimai Şuranın sədri Samir Abdullayev, BFB-nin İdarə Heyətinin sədri Ruslan Xəlilov, KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov və ASK-nın prezidenti Məmməd Musayev qiymətli kağızlar bazarının mövcud vəziyyəti və sektorun gələcək perspektivləri, bu sahədə KOB subyektləri üçün imkanlar, maliyyə savadlılığının təşviqi barədə məlumat veriblər.

Qeyd olunub ki, KOB-ların inkişafı və dayanıqlılığının təmin edilməsində kapital bazarı əhəmiyyətlidir. Bank kreditləri və daxili maliyyə resursları ilə yanaşı, KOB-lar alternativ maliyyə mənbələrinə çıxış əldə etməklə daha sürətli böyüyə və uzunmüddətli dayanıqlılıq qazana bilərlər. Kapital bazarları KOB-lara stabil və uzunmüddətli maliyyələşmə, şəffaflıq, korporativ idarəetmənin təkmilləşdirilməsi və beynəlxalq bazarlara çıxış imkanı təqdim etməklə iqtisadiyyatda daha güclü mövqe tutmasına şərait yaradır. İnkişaf etmiş kapital bazarları KOB-ların bank kreditlərindən asılılığını azalda, səhmlər və istiqrazlar buraxmaq imkanı qazanaraq, birbaşa investorlar vasitəsilə vəsait cəlb edə bilirlər. Bu isə KOB-ların maliyyə mənbələrini şaxələndirməsinə, daha uzunmüddətli və səmərəli maliyyələşmə imkanları əldə etməsinə şərait yaradır. KOB-lar ilə yanaşı, bu əməkdaşlıqdan kapital bazarları da faydalana bilər. Bu sahədə Bakı Fond Birjasının təşəbbüs və proqramları KOB-lar üçün yeni imkanlar yaradır.

Tədbir çərçivəsində Bakı Fond Birjası tərəfindən qiymətli kağızlar bazarı sahəsində mövcud vəziyyət, çətinliklər, bu sahənin inkişafı üçün görülən işlər və qarşıda duran hədəflər haqqında təqdimat keçirilib, sahibkarları maraqlandıran suallar cavablandırılıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:87
embedMənbə:https://report.az
archiveBu xəbər 10 Fevral 2025 17:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sülh Şurası BMT yə alternativ olacaq?

23 Yanvar 2026 20:16see285

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see265

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see234

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see194

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see189

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see181

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see179

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see162

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see157

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see155

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see153

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see151

Donald Trampdan İlham Əliyevlə bağlı təşəkkür paylaşımı

24 Yanvar 2026 06:04see148

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see147

Andrey Demçenko: İmişli də eyni şərtlərdə oynayırdı

23 Yanvar 2026 17:28see146

Xərçəng riskini azaldan sadə vərdişlər Həkimdən vacib açıqlama

24 Yanvar 2026 09:58see145

Azərbaycan Trampın yaratdığı Sülh Şurasında qərar verən qlobal aktora çevrilir

24 Yanvar 2026 02:53see143

Aqrar sahənin xarici əlaqələri: uğurlar, perspektivlər

24 Yanvar 2026 01:47see137

Soyuq günlərdə həyat qurtaran 8 ədviyyat: Qışın şəfa mənbələri

23 Yanvar 2026 22:56see136

NATO Cənubi Qafqaza Bakıdan baxır

24 Yanvar 2026 01:15see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri