Icma.az
close
up
RU
Yaşıl nəqliyyat biznesi ilə bağlı ictimai müzakirə təşkil olunub

Yaşıl nəqliyyat biznesi ilə bağlı ictimai müzakirə təşkil olunub

Oxu.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) yanında İctimai Şuranın təşkilatçılığı, Daxili İşlər Nazirliyinin və Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) dəstəyi ilə "Yaşıl nəqliyyat biznesi: imkanlar və perspektivlər" mövzusunda ictimai müzakirə keçirilib. "Bakı KOB evi"ndə təşkil olunmuş tədbirdə müvafiq dövlət qurumlarının və biznes assosiasiyalarının nümayəndələri, müvafiq sahədə fəaliyyət göstərən 70-ə yaxın sahibkar iştirak edib.

Oxu.Az xəbər verir ki, KOBİA yanında İctimai Şuranın sədri Samir Abdullayev tədbirin nəqliyyat sahəsində yaşıl texnologiyaların tətbiqi, bu sahədə çağırışlar, yaşıl nəqliyyat vasitələrinin fəaliyyəti və infrastrukturun inkişafının müzakirə edilməsi məqsədilə təşkil olunduğunu qeyd edib.

Tədbirdə çıxış edən daxili işlər nazirinin müavini Oqtay Kərimov qeyd edib ki, ekoloji cəhətdən təmiz nəqliyyat vasitələrindən istifadəyə keçidin təmin olunması məqsədilə köhnəlmiş və texniki təhlükəsizlik göstəriciləri aşağı olan nəqliyyat vasitələrinin utilizasiyası üçün qanunvericilik bazası təkmilləşdirilib, bu cür nəqliyyat vasitələrindən istifadənin stimullaşdırılması məqsədilə onların istehsalı, idxalı, ixracı, dövriyyəsi və istismarı üçün güzəştlər və imtiyazlar tətbiq edilib. Nəticədə ekoloji təmiz elektrik və hibrid mühərrikli avtomobillərdən istifadəyə maraq artıb.

Qeyd olunub ki, ölkə ərazisində dövlət qeydiyyatında olan bu növ avtomobillərin sayı ümumi nəqliyyatın 4.7%-ni təşkil edir: "Təkcə 2025-ci ilin ötən dövründə ilkin qeydiyyata alınan ümumi nəqliyyat vasitələrinin 40%-ni hibrid və elektrik mühərrikli nəqliyyat vasitələri təşkil edib. 2023-cü illə müqayisədə dövlət qeydiyyatına alınan elektrik və hibrid mühərrikli nəqliyyat vasitələrinin sayı 2 dəfə artıb. Avtomobillərdən atmosferə atılan tullantıların azaldılmasına nail olmaq məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə ildə iki dəfə "Təmiz hava" aylığı keçirilir. Son bir ildə və cari ilin ötən dövrü ərzində bu növ qaydaları pozan 34 124 sürücü barəsində inzibati tənbeh tətbiq edilib".

AYNA-nın İdarə Heyətinin sədri Anar Rzayev ictimai nəqliyyatla bağlı görülən işlər, o cümlədən bu sahədə infrastrukturun yenilənməsi, mikromobillik və bununla bağlı qanunvericilikdə edilmiş dəyişiklikləri diqqətə çatdırıb. Qeyd olunub ki, ötən il Bakı şəhərinin avtobus şəbəkəsində 166 elektrik avtobusu və 55 ədəd ekoloji təmiz CNG avtobusu istismara verilib.

"Bu il özəl daşıyıcılar tərəfindən təxminən 400-ə yaxın ekoloji təmiz avtobusun alınaraq istismara buraxılması nəzərdə tutulur. 484 məntəqədə mikromobillik (skuterlər üçün) parklanma yerləri təşkil edilib, 78 məntəqədə velosipedlərin parklanması üçün dəmir konstruksiyalar quraşdırılıb, mikromobillik zolaqlarında təhlükəsizliyin təmin edilməsi üçün müvafiq işlər görülüb. 2024-cü ildən velosiped icarəsi xidmətinin tətbiqinə başlanılıb. Bakı şəhərində operatorlar tərəfindən icarəyə verilən mikromobillik vasitələrinin sayı təxminən 4 760 ədəd təşkil edir ki, bunların 77%-ni skuter, 23%-ni isə velosiped təşkil edir", - deyə o bildirib.

KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov qeyd edib ki, yaşıl nəqliyyatın inkişafı KOB-lar üçün yeni biznes imkanları açır və onları innovativ sahələrə yönəldir: "Xüsusilə elektriklə işləyən avtomobil və digər nəqliyyat növlərinin yayılması texniki xidmət mərkəzləri, enerji doldurma məntəqələri və xidmət üzrə yeni fəaliyyət sahələri yaradır. Eyni zamanda yaşıl nəqliyyat infrastrukturunun planlaşdırılması zamanı KOB-ların maraqları və onların fəaliyyətinə təsir edən məsələlər nəzərə alınmalıdır. Yaşıl nəqliyyat sahəsində fəaliyyət göstərmək istəyən, həmçinin bu nəqliyyatın fəaliyyətindən təsirlənən sahibkarlar bu sahədəki trendləri izləməli, yeni məhsul və xidmətlərə uyğunlaşmalı, ətraf mühitə az təsir göstərən logistik modellərin tətbiqinə çalışmalıdır".

Tədbirdə biznes subyektlərinin müvafiq sahə üzrə təklifləri və qarşıda duran məsələlər öyrənilib, mövzu ətrafında fikir mübadiləsi aparılıb, sahibkarların sualları cavablandırılıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:105
embedMənbə:https://oxu.az
archiveBu xəbər 27 May 2025 19:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Türkiyə Superliqası: “Trabzonspor” üçüncü yerdə möhkəmlənib

30 Noyabr 2025 01:46see181

Qumralı görən musiqiçi özünü itirdi VİDEO

30 Noyabr 2025 06:07see172

Qədim Kəlbəcərin NADİR GÖRÜNTÜLƏRİ: Tarixi körpünün restavrasiyaya ehtiyacı var

30 Noyabr 2025 16:48see148

Masallıda polis əməkdaşları Vətən müharibəsi şəhidinin məzarını ziyarət ediblər

30 Noyabr 2025 12:38see143

İTV Ertem Şenerin “Qarabağ”ın oyununda KONKRET

29 Noyabr 2025 21:07see142

“Trabzonspor” və “Başakşehir”dən qələbə

30 Noyabr 2025 00:49see141

Qazancımızın neçə faizi ərzağa gedir?

01 Dekabr 2025 08:31see139

Doqquz ay keçməsinə baxmayaraq, məsələnin həlli hələ də başa çatmayıb FOTOLAR

29 Noyabr 2025 20:46see138

“Oyunçuları 1 ay buraxmaq istəyirəm ki, gedin, futboldan uzaq olun” Video

29 Noyabr 2025 20:30see137

Qəhvə qiymətləri rekord həddə çatdı Kafe restoran sektoru təşvişdə

30 Noyabr 2025 11:43see134

14 yüksək rütbəli zabitimizin şəhid olmasından 4 il ötür

30 Noyabr 2025 00:39see133

İİV in qarşısının alınması, müalicəsi barədə həkimlə maraqlı MÜSAHİBƏ

01 Dekabr 2025 09:59see127

Hollivud ulduzunun 71 yaşı var, amma 32 vermək olur VİDEO

30 Noyabr 2025 05:05see127

Leo Messi illərdir əlçatmaz olan dünya rekordunu qırdı

30 Noyabr 2025 09:41see127

Qəzzada iki il ərzində ölənlərin sayı açıqlandı

29 Noyabr 2025 23:46see127

Bu tədqiqat işi nüfuzlu jurnalda dərc edildi MDU nun daha bir uğuru

29 Noyabr 2025 19:48see126

Dövlət təhlükəsizliyi üçün vacib addım: Şimalın istifadə edəcəyi radikallar vaxtında zərərsizləşdirilir TƏHLİL

29 Noyabr 2025 18:53see126

Aida Balayeva baş nazirin müavini təyin edildi Qazaxıstanda

01 Dekabr 2025 09:49see125

“Vətənə xəyanətin heç zaman bəraət yeri yoxdur”

30 Noyabr 2025 14:48see124

Ayda həyatın mövcudluğunu 100 faiz inkar etmək mümkün deyil...

30 Noyabr 2025 00:35see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri