Icma.az
close
up
RU
Ticarət şəbəkələrinin fəaliyyəti ilə bağlı ictimai müzakirə təşkil olunub

Ticarət şəbəkələrinin fəaliyyəti ilə bağlı ictimai müzakirə təşkil olunub

Icma.az, Oxu.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) yanında İctimai Şuranın təşkilatçılığı, Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin və Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) dəstəyi ilə "Ticarət şəbəkələrinin bazar iqtisadiyyatında rolu: imkanlar və perspektivlər" mövzusunda ictimai müzakirə keçirilib.

Oxu.Az xəbər verir ki, "Bakı KOB evi"ndə təşkil olunmuş tədbirdə müvafiq dövlət qurumlarının və biznes assosiasiyaların nümayəndələri, həmçinin iri ticarət şəbəkələrinin 40-a yaxın təmsilçisi iştirak edib.

KOBİA yanında İctimai Şuranın sədri Samir Abdullayev ictimai müzakirənin dövlət-sahibkar əməkdaşlığı çərçivəsində müvafiq sahədə qanunvericiliyin tələblərinin, ticarət şəbəkələrinin fəaliyyətinin, bu şəbəkələr və sahibkarlar arasında münasibətlərin, eləcə də KOB-ların iri ticarət şəbəkələrinə çıxış imkanlarının genişləndirilməsinin müzakirə olunması məqsədilə keçirildiyini qeyd edib.

Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin sədri Elnur Bağırov çıxışında inkişaf edən ticarət şəbəkələrinin sağlam və ədalətli rəqabət mühitinin formalaşmasına, iqtisadiyyatın ümumi dinamikasına, istehsal sektorunun genişlənməsinə və sosial rifahın yüksəlməsinə müsbət təsirlərindən bəhs edib. Bildirilib ki, Agentlik tərəfindən şəffaf ticarət münasibətlərinin dəstəklənməsi və təşviqi məqsədilə mütəmadi maarifləndirmə tədbirləri həyata keçirilir, bazar iştirakçıları ilə birbaşa dialoqlar aparılır. E.Bağırov ticarət şəbəkələrinin fəaliyyətində istehlakçı hüquqları və rəqabət qanunvericiliyinə riayət edilməsinin vacibliyini diqqətə çatdırıb, qabaqlayıcı nəzarət mexanizmlərinin tətbiqi və maraqlı tərəflərlə əməkdaşlığın gücləndirilməsinin əhəmiyyətini vurğulayıb.

Çıxışında KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov ticarət şəbəkələrinin iqtisadiyyatda, xüsusilə də KOB-ların məhsullarının tanıdılması və satış imkanlarının genişləndirilməsində rolunu diqqətə çatdıraraq, dövlətin bu sahədəki dəstək tədbirlərinin KOB-ların bazarlara çıxış imkanlarını artırdığını bildirib. Qeyd olunub ki, KOB-ların ticarət şəbəkələrinə çıxışına dəstək mexanizmlərindən bir neçəsi KOBİA tərəfindən təmin olunur. Bugünkü ictimai müzakirənin başlıca məqsədlərindən biri də məhz KOB-ların iri ticarət şəbəkələrinə çıxışının daha da asanlaşdırılmasını müzakirə etməkdir. Ticarət şəbəkələri ilə KOB-ların əməkdaşlıq üsullarının təkmilləşdirilməsi, regionlarda logistik imkanların artırılması və təchizat zəncirinin optimallaşdırılması, rəqəmsal ticarət platformalarının dəstəklənməsi və KOB-ların bu platformalara inteqrasiyası, ticarət mədəniyyəti, keyfiyyət standartları və şəffaflıq sahəsində maarifləndirmə tədbirlərinin gücləndirilməsi vacibdir. KOB-lar isə istehsal etdikləri məhsulların ticarət şəbəkələrinə uyğunluğunu qiymətləndirməli, brendləşməyə və qablaşdırmaya, elektron ticarətə və müştəri məmnuniyyətinə önəm verməli, market və iri satış nöqtələri ilə əməkdaşlıqda təşəbbüskar olmalıdırlar. Bu, KOB-ların ticarət şəbəkələri ilə əlaqələrinin daha da genişlənməsinə xidmət edəcəkdir.

ASK-nın prezidenti Məmməd Musayev ticarət şəbəkələrinin məhsul satışı ilə yanaşı, qiymətlərin formalaşması, məhsul çeşidinin genişlənməsi və istehlakçının tələblərinin öyrənilməsində vacib rolunu, belə tədbirlərin ticarət şəbəkələrinin vəziyyəti, bu sahədə biznesin çətinliklərinin öyrənilməsi baxımından əhəmiyyətli olduğunu vurğulayıb.

Tədbirdə biznes subyektlərinin təklifləri və çətinlikləri öyrənilib, mövzu ətrafında fikir mübadiləsi aparılıb və sahibkarların sualları cavablandırılıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:78
embedMənbə:https://oxu.az
archiveBu xəbər 24 Aprel 2025 18:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see275

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see267

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see255

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see245

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see223

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see204

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see196

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see193

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see190

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see178

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see174

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see171

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see162

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see162

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see159

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see156

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see153

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see150

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see143

“iPhone”larda geri düyməsinin olmamasının səbəbi bu imiş

22 Yanvar 2026 06:18see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri