Icma.az
close
up
RU
Azərbaycanda əhalinin artım tempi azalır Çıxış yolları varmı?

Azərbaycanda əhalinin artım tempi azalır Çıxış yolları varmı?

Icma.az, Bizim media saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Son illərdə Azərbaycanda əhalinin artım tempində müşahidə olunan zəifləmə ciddi narahatlıq doğurur. Statistik göstəricilərə görə, müstəqillik əldə edildikdən sonra ölkədə ən aşağı doğum göstəricisi ötən il qeydə alınıb. İlkin məlumatlara görə, ölkədə ilk 10 ayda 80 802 uşaq dünyaya gəlib, ilin sonunda bu rəqəmin təxminən 95 000-ə çatacağı proqnozlaşdırılır. Maraqlıdır ki, 2024-cü ildə ölkədə 102 310, 2023-cü ildə 112 620, 2022-ci ildə isə 122 846 uşaq anadan olub. Hətta COVID-19 pandemiyası səbəbindən toy mərasimlərinə müəyyən məhdudiyyətlərin tətbiq edildiyi 2020-ci ildə 126 571, 2021-ci ildə isə 112 284 doğum qeydə alınıb.
Bizim.Media mövzu ilə bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edir:
Təhsil, karyera, sosiallaşma...
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Ailə məsələləri şöbəsinin baş məsləhətçisi Rafiq Mahmudov bildirib ki, müasir dövrdə gənclər öz qarşısına yeni prioritetlər, məqsədlər qoyurlar. Əgər əvvəllər gənclər təhsil alaraq nikaha daxil olurdularsa, bu gün daha çox müstəqil həyat tərzinə üstünlük verirlər. Onlar qarşılarına qoyduqları məqsədlərə nail olduqdan sonra nikah barədə düşünməyə başlayırlar: "Təhsil, karyera, sosiallaşma, özünü inkişaf etdirmək və maddi stabillik gənclərin əsas məqsədləridir. Bu isə nikahların sayının azalmasına, nikah yaşının artmasına və nəticə etibarilə ailələrdə uşaqların sayının azalmasına gətirib çıxarır. Ailələrdə daha çox 1-3 uşağa üstünlük verilir. Bu tendensiya bir çox inkişaf etmiş ölkələrdə də müşahidə olunur və təbii prosesdir".
Selektiv abortların təbii artıma təsiri
 

R.Mahmudov bildirir ki, son 10 il ərzində abortların artması faktoru da narahatedicidir:


"Abortların yaş kateqoriyası üzrə bölgüsünə diqqət yetirsək? görərik ki, 25-34 yaş arasında olan gənclər tərəfindən arzu olunmayan hamiləliyin qarşısının alınması preventiv vasitə kimi tətbiq olunur. Təəssüf ki, abortların bir hissəsi selektivdir. Bu gün Azərbaycanda hər 100 qız uşağına qarşı 112-114 oğlan uşağı dünyaya gəlir, bu da beynəlxalq normalara görə çoxdur. Demoqrafiyanın inkişafı üçün hər 100 qız uşağına 102-104 oğlan uşağı dünyaya gəlməlidir. USM-nin əsas istifadə istiqamətləri ananın və dölün sağlamlığının yoxlanılması və izlənilməsidir. Lakin təəssüf ki, valideyn olmağa hazırlaşan şəxslər USM aparan həkimə dölün cinsiyyətini müəyyən olunması üçün müraciət edirlər".
Qurum rəsmisi vurğulayır ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən mütəmadi olaraq bütün bölgələrdə və paytaxtda maarifləndirmə tədbirləri təşkil olunur.
"Azalma tendensiyası 5-6 il davam edəcək"
Coğrafiya İnstitutunun demoqrafiya və əhali coğrafiyası şöbəsinin müdiri Etibar Bədəlov deyir ki, Azərbaycanda 1995-2004-cü illər arasında doğum səviyyəsi iki dəfədən çox azalmışdı. Hazırda həmin dövrdə doğulan nəsil ailə qurmaq yaşına çatıb: "Bu isə o deməkdir ki, indi ailə quracaq gənclərin sayı əvvəlki illərlə müqayisədə xeyli azdır. Nəticə etibarilə bu amil ailə quruculuğunu zəiflədir, nikahların sayının azalmasına səbəb olur və bu azalma birbaşa doğum göstəricilərinə də təsir edir. Bu demoqrafik azalma tendensiyası təxminən 5-6 il davam edəcək, daha sonra isə müəyyən artım müşahidə oluna bilər. Lakin bu artım əvvəlki dövrlərdəki səviyyəyə çatmayacaq.
Əgər göstəriciləri faizlə ifadə etsək, 10 il əvvəl əhalinin artım tempi 1.1-1.2 faiz təşkil edirdisə, hazırda bu rəqəm 0.35-0.4 faiz səviyyəsinə düşüb. Yəni artım tempi təxminən üç dəfə azalıb. Azalma əsasən şəhər əhalisi üzrə özünü göstərir. Belə ki, şəhərlərdə təbii artım səviyyəsi 0.15 faizə qədər enib, doğum göstəriciləri də əhəmiyyətli dərəcədə aşağı düşüb. Əgər əvvəllər hər min nəfərə düşən doğum sayı 10-11 nəfər idisə, son 4-5 ildə bu göstərici azalaraq, bu il təxminən 9 nəfər səviyyəsinə düşüb. Bu isə artıq ciddi demoqrafik problem kimi qiymətləndirilir".
Maddi və sosial yardım, icra mexanizmi...
Mütəxəssisin sözlərinə görə, bu tendensiyanın qarşısının alınması üçün ardıcıl və məqsədyönlü demoqrafik siyasət yürüdülməlidir: "Bu demək olar ki, bütün dövlətlərdə tətbiq olunur. Əsas hədəf gənclər üçün əlverişli şəraitin yaradılması, ailə quruculuğunun təşviqi və dövlətin bu prosesdə fəal iştirak etməsidir. Ailə qurmaq istəyən gənclərə dövlət dəstəyi göstərilməli, uşaqlar dünyaya gəldikdən sonra ailələrə maddi və sosial yardım mexanizmləri işlək olmalıdır. Bunlar dövlət təcrübəsində geniş yayılmış və effektiv nəticə verən alətlərdir".
"O dövrdə Azərbaycan dünyanı təəccübləndirirdi"
Coğrafiya üzrə fəlsəfə doktoru Saleh Nağıyev deyir ki, 1960-cı illərdə Azərbaycan təbii artım göstəricisinə görə dünyada birinci yer tuturdu. Həmin dövrdə hər min nəfərə 44 uşaq doğulurdu, bu isə bütün dünyanı təəccübləndirirdi:
"İndiki vəziyyət tam fərqlidir. Hazırda ölkədə hər min nəfərə düşən doğum sayı təxminən 6-7 nəfər səviyyəsinə enib. Bu, ciddi demoqrafik tendensiyadır. Amma bu problem yalnız Azərbaycana xas deyil. Bütün dünyada oxşar demoqrafik azalma müşahidə olunur".
"Böhran tam dəhşətli səviyyədə deyil"
 

Mütəxəssis bildirir ki, sosial-iqtisadi durum demoqrafik proseslərə ciddi təsir göstərir:


"1990-cı illərdə 8-9 uşaqlı ailəni saxlamaq mümkün idisə, bu gün bu, demək olar ki, real deyil. Çoxuşaqlılıqdan azuşaqlılığa keçid, boşanmaların artması və nikahların azalması demoqrafik disbalansın əsas səbəblərindəndir. Hazırda təhlükə mənbələrindən biri boşanmaların artmasıdır, digəri isə gənclərin ailə qurmağa marağının azalmasıdır. Bu iki amil doğum göstəricilərinə və ailə modelinə təsir edir. Amma çıxış yolları var".
Bizim.Media

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:317
embedMənbə:https://bizim.media
archiveBu xəbər 01 Fevral 2026 11:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya onların görüşünə köklənib: Müharibələrə son qoyulacaq?

18 Noyabr 2026 13:51see397

Səhiyyədə gizli qalan vergi problemi gündəmə gəldi

18 Noyabr 2026 12:19see381

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see314

“Səhiyyə sahəsində vergi və sosial ödənişlərə yenidən baxılmalıdır”

18 Noyabr 2026 12:29see296

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see293

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see284

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see271

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see265

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see264

Cəmi 1 saata 3 növ xərçəngi aşkar edən metod

18 Noyabr 2026 19:49see251

Hansı qan analizi Alsheymeri 10 il öncədən xəbər verir?

18 Noyabr 2026 16:56see235

Azərbaycanda qızıl 15 faizə qədər ucuzlaşa bilər

18 Noyabr 2026 21:21see234

Bakının 27 istiqamətində tıxac VAR Foto

18 Noyabr 2026 19:16see229

Altı vəkil Kollegiyadan xaric olunub, 27 si cərimələnib

18 Noyabr 2026 20:00see228

Könül Xasıyevanı pub da görəndə dəhşətə gəldim” Məşhur bloqer VİDEO

18 Noyabr 2026 17:22see227

Tarixi körpüdən strateji tərəfdaşlığa: Azərbaycan və Vyetnamı iqtisadi uğura aparan ortaq yollar

18 Noyabr 2026 21:07see224

Bu qədər “xiyar” bir arada Yeni dünya rekordu+Fotolar

19 Noyabr 2026 00:23see221

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see215

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

19 Noyabr 2026 01:24see215

“PAŞA Sığorta”nın yeni mobil tətbiqi istifadəyə verilib

18 Noyabr 2026 12:12see208
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri