Icma.az
close
up
RU
Tribunaların səssiz işğalı Dəyər düzəninin dağılması

Tribunaların səssiz işğalı Dəyər düzəninin dağılması

Icma.az, Ayna portalına istinadən məlumatı açıqlayır.

Toplumun ağıl sağlamlığı fiziki sağlamlıq qədər önəmlidir

Redaksiyanın pəncərəsi yarıaçıq idi. Şəhərin səsi içəri dolur, monitorların işığı kağız üzərindəki köhnə qeydləri aydınladırdı.  Dəyirmi masanın ətrafında iki jurnalist oturmuşdu. Onların susqunluğu yorğunluqdan yox, gördükləri və anladıqlarını açıqlamağın çətinliyindən doğurdu.

Onlardan biri cümləni tələsmədən, düşünə-düşünə quraraq dilləndi:

“Getdikcə daha çox qavrayıram — biz informasiya böhranı yox, dəyər cöküşü dönəmində yaşayırıq. Bilgi hər yerdədir, amma dərinlik yox olur. İnsanların iki gözü var deyiblər — biri ağıl üçün, biri könül üçün. İndi isə hər ikisinin qarşısını ekranlar tutub”.

İkincisi sakitcə başını tərpətdi və söhbəti daha geniş bir çərçivəyə çəkdi:

“Bu, təsadüfi deyil. Qərbin qlobal media və texnologiya şirkətləri illərdir bütün dünyanın gözünü və qulağını ələ keçirib. İnsan kimin paylaşımına baxırsa, nəyi dinləyirsə, onun malı satılır. Reklam bazarı kimin əlindədirsə, seçdirmə gücü da onun əlindədir. Bu, yorğan davasıdır — pul davasıdır”.

Birincisi onun sözünü kəsmədən, baxışları ilə azılaşdığını bildirdi.

“Rəqəmlər də bunu təsdiqləyir”, — deyə ikincisi davam etdi: “OECD və Avropa Komissiyasının rəsmi hesabatları göstərir ki, qlobal rəqəmsal reklam gəlirlərinin əsas hissəsi “Google” (Alphabet), “Meta” (Facebook, Instagram) və oxşar platformaların nəzarətində cəmlənib. Məhz buna görə Avropa Birliyi “Digital Markets Act” və “Digital Services Act” kimi hüquqi mexanizmlər qəbul etdi. Açıq etiraf etdilər ki, bu platformalar yerli medianı çökdürür, reklam bazarını boğur”.

Birincisi bir az da irəli oturdu:

“Bizdə isə bu şirkətlər nə vergi ödəyir, nə yerli jurnalist saxlayır, nə də dövlət qarşısında real məsuliyyət daşıyır. Yerli media isə qanuna uyğun işləyir, vergi verir, kommunal ödəyir, amma reklam pulu ölkədən çıxıb gedir. Sonra da deyirlər ki, “niyə ciddi redaksiyalar dağılır, niyə medianın, televizyaların efir keyfiyyəti düşür”.

“UNESCO da bunu açıq yazır”, - deyə ikincisi əlavə etdi: “Media plüralizmi və informasiya təhlükəsizliyi ilə bağlı sənədlərində vurğulanır ki, tənzimlənməyən qlobal platformalar bütün dünyadakı dövlətlərdə yerli jurnalistikanın iqtisadi əsaslarını, dayaqlarını dağıdır və cəmiyyətləri manipulyasiyaya açıq hala gətirir”.

Birincisi söhbəti yeni və dərin bir dalğaya köklədi:

“Bu hay-harayda qlobal media şirkətləri tərəfindən toplumda daha çox dolaşıqlıq yaratmaq üçün “vətəndaş jurnalistikası” anlayışı ortaya atıldı. Guya, xalq danışsın, guya demokratiya dərinləşsin. Gerçəkdə isə informasiya məsuliyyəti yoxa çıxdı. İndi hər kəs yazır, hər kəs paylaşır, amma heç kim heç nəyə cavabdeh deyil. Cünki informasiya istehsalı asanlaşıb, xəbəri yazıb-silmək asanlaşıb. Oxuyandan çox yazanın olduğu toplum yaranıb”.

İkincisi başını təsdiqləyici şəkildə tərpətdi:

“Pandemiya dövründə Ümumdünya Səhiyyə Təşkilatı bu vəziyyəti “infodemiya” adlandırdı. Yəni yanlış və nəzarətsiz informasiyanın virus kimi yayılması. Bu, artıq təkcə media problemi yox, toplumun ağıl sağlamlığı problemidir”.

Birincisi bir anlıq susdu, sonra söhbəti daha dərin bir düşüncə qatına apardı:

“Bu, mənə professor Yaşar Özakıncının “İletişim Çağında Aydın Kirlenmesi – Nomos ve Aydın” məqaləsini xatırladır. Orada çox sadə, amma sarsıdıcı sual qoyulur: Bilgi çağında yaşayırıqsa, niyə daha az anlayırıq? Aydın sayı artarkən niyə düşüncə dərinliyi azalır?”

İkincisi sözün davamını özü gətirdi:

“Cavab aydındır: dəyər düzəni çöküb. Özakıncı “nomos” deyir — yəni toplumun nəyi doğru, nəyi yanlış sayacağını, nəyin legitim, nəyin mənasız olduğunu müəyyən edən zehni düzən. Biz bunu öz sözümüzlə desək, dəyər ölçüsü kimi anlaşılır”.

“Və bizdə bu dəyər düzəninin adı var”, - deyə birincisi cümləni tamamladı: TÖRƏ.

Söz ağır idi, amma yerinə düşmüşdü.

“TÖRƏ”, - dedi ikincisi: “Türklərin duyğularını, duyumlarını və biliklərini yönləndirən dəyərlər bütünüdür. Gücü qazanmağı, qorumağı və artırmağı bacaran quruluşun düzənidir. TÖRƏ pozulduqca Budun özünü itirir, bölünür, dağılır”.

Birincisi başını aşağı saldı:

“Bu gün baş verən də budur. Dəyər yaradan azlıq vardı — ciddi oxucu, düşünən aydın. İndi isə onlar da qlobal mass media və sosial mediadakı linc təzyiqi ilə yayımçıya, daşıyıcıya çevrilir. Çünki dəyər yaratmaq çətin işdir, araşdırma, incələmə, səbr, bilik və məsuliyyət tələb edir. Sosial media isə sürət, qalmaqal və görünürlük istəyir”.

İkincisi yekunlaşdırdı:

“Nomosundan - dəyərindən qopmuş aydın təhlükəlidir. Çünki yol göstərmir, səs-küy yaradır, kütləyə uyğunlaşmağa, onun xoşuna gəlməyə çalışır. Qlobal media şirkətləri də məhz bu səs-küyü qızışdırır. Çünki çaşmış toplum sual vermir, yönləndirilir. Kimə baxırlarsa, kimi dinləyirlərsə, onun məhsulu satılır”.

Pəncərədən şəhərə baxdılar. Bu yazı senzura çağırışı deyildi. Bu yazı bir xəbərdarlıq idi.

Toplumun ağıl sağlamlığı fiziki sağlamlıq qədər önəmlidir. Dəyərlər aşındıqca sosial çürümə başlayır. Bu çürümə səssiz gedir, amma dərin iz buraxır.

Çıxış yolu var. Azərbaycan sadəcə istehlakçı yox, dəyər yaradıcı və düşüncə mərkəzi olmalıdır. Türk dünyası ilə, Qoşulmama Hərəkatına üzv ölkələrlə birlikdə ədalətli media və reklam düzəni tələb etməlidir. Bu qlobal media şirkətlərinə qarşı duruş göstərmək üçün yetərli saydır.

Çünki məsələ özgürlük yox, dəyər düzənidir.

Və dəyər qorunmadıqca, nə bilgi qalır, nə birlik. Toplumun dəyərləri çürüyür və asan yönləndirilir. Bazarın tələbini yaratma gücü yoxa çıxır. Buna yol vermək olmaz, bunu bir düşünək.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:208
embedMənbə:https://ayna.az
archiveBu xəbər 16 Dekabr 2025 11:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see351

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see343

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see261

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see255

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see247

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see238

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see238

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see236

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see231

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see231

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see223

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see214

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see211

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see207

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see202

Qripdən qorunmaq istəyənlər üçün vacib qidalar

30 Oktyabr 2026 02:04see198

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see194

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see190

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see189

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri