Icma.az
close
up
RU
Azərbaycanda keyfiyyətli çipsi yoxdur, zərərlidir Ekspertdən ANONS

Azərbaycanda keyfiyyətli çipsi yoxdur, zərərlidir Ekspertdən ANONS

Icma.az, Tribuna portalına istinadən məlumat verir.

Qida dünyasının ən məşhur məhsullarından biri olan “Lay’s” kartof çipsləri ABŞ Qida və Dərman İdarəsi tərəfindən ötən ay ciddi geri çağırma prosesinə daxil edilmişdi. Buna səbəb çipslərin tərkibində etiketdə qeyd olunmayan süd komponentinin olması idi. İdarə bu vəziyyəti ən yüksək risk səviyyəsi olan I dərəcə kateqoriyasına qaldırıb. Bu o deməkdir ki, bu məhsullar həyati təhlükə yaradan allergik reaksiyalara səbəb ola bilər. Bununla da Qida və Dərman İdarəsi hər kəsi son istifadə tarixi 11 fevral 2025-ci il, istehsal kodu “6462307xx” və ya “6463307xx” olan məhsulları istehlak etməməyə və ən yaxın satış nöqtəsinə qaytarmağa çağırdı. Ancaq Azərbaycanda bu çipslərlə bağlı hər hansısa yoxlama aparılıb aparılmadığı məlum deyil.

Mövzu ilə Tribunainfo.az-a açıqlama verən Azad İstehlakçılar İctimai Birliyinin sədri Eyyub Hüseynov bildirib ki, həyati təhlükə yarada biləcəyi üçün geri qağırılan partiya çipslərdən Azərbaycana gəlməmişdi:

“Həmin partiya maldan Azərbaycana gətirilməmişdi. Bu səbəbdən bizdə satışda olan çipslər nə satışdan yığışdırıldı, nə də tərkibi yoxlanıldı. Ümumiyyətlə, məlumunuz olsun ki, Qida Təhlükəsizliyi Agentliyi malların təhlükəsizliyini yoxlayır, təmin edir. Yəni məlum olur ki, bu mal təhlükəsizdir, yəni insanı yediyi yerdə öldürməz. Lakin keyfiyyətlə bağlı məsələyə baxılmır. Ümumiyyətlə, Azərbaycanda malın keyfiyyətini araşdıran mərkəz yoxdur.
Ancaq araşdırılsa da, araşdırılmasa da birdəfəlik qəbul edilməlidir ki, Azərbaycanda keyfiyyətli çips yoxdur. Necə ki, “Coca-Cola”laların hamısı birmənalı olaraq pis və zərərlidir, eləcə də bütün çipslər ziyandır, məsləhət deyil. Çipsilərin hazırlanma texnolojiyası insan orqanizminə zərərdir. Uzun və sağlam yaşamaq üçün bu qidalardan burdəfəlik imtina etmək lazımdır”.

Nigar

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:197
embedMənbə:https://tribunainfo.az
archiveBu xəbər 03 Mart 2025 11:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sinan Ayyıldız: Saz Türk dünyası musiqisinin fortepianosu kimidir

26 Avqust 2026 18:05see397

ABŞ nin sanksiyaları iqtisadi terrorizmdi SƏFİR

26 Avqust 2026 22:40see352

Futbolun insanları birləşdirmək gücünə sahib olduğuna qəti şəkildə inanırıq FİFA dan UEFA nın boykotdan imtinasına reaksiya

27 Avqust 2026 00:07see345

Bakıda SALAM Beynəlxalq Kino Festivalının ikinci günü: çəkilişlər və səmimi söhbət (Foto)

26 Avqust 2026 16:51see333

Birinci vitse prezident Mehriban Əliyeva Bilgəh incəsənət məktəbinin açılışında iştirak edib

26 Avqust 2026 16:22see300

Ermənistan qış aylarında ciddi risklərlə üzləşə bilər

27 Avqust 2026 13:50see287

“Bakıya uçuş”: Həftəsonu gələcəyi birgə duyaq

26 Avqust 2026 13:14see284

Məktəbə hazırlıq təkcə geyim, çanta, dəftər deyil: Psixoloqdan valideynlərə məsləhətlər

26 Avqust 2026 20:02see271

Mehriban Əliyeva Bakıda incəsənət məktəbinin AÇILIŞINDA

26 Avqust 2026 16:25see268

18 yaşadək uşaqlarda şiş diaqnozları kəskin artıb RƏSMİ

26 Avqust 2026 19:04see263

E vitamini ilə zəngin 5 məhsul

27 Avqust 2026 05:09see262

Hipertoniyadan qorunmaq üçün qidalanmada bu 2 məhsulu azaldın

26 Avqust 2026 22:02see258

ABŞ dan yeni SANKSİYALAR növbə italyanlara çatdı...

27 Avqust 2026 00:08see248

Ət, süd, yumurta və balda yeni dövlət standartları tətbiq olunacaq

26 Avqust 2026 18:38see246

ABŞ da təəccüblü araşdırma! Bu peşələrdə çalışanların xərçəng riski daha yüksəkdir

26 Avqust 2026 21:42see245

“Üfüq” karyera proqramı beynəlxalq mükafat alıb

27 Avqust 2026 11:43see217

“Bitcoin”in qiyməti 78 min dollara endi

26 Avqust 2026 19:18see214

İran “düşmən media”nı Tehranın hərbi hədəfi elan etdi

27 Avqust 2026 00:08see213

Həddindən artıq idman oynaqlara zərər verə bilər

27 Avqust 2026 16:39see178

57 ticarət obyektində qanunsuz mallar AŞKARLANDI FOTOLENT

27 Avqust 2026 12:14see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri