Icma.az
close
up
RU
Azərbaycanda kibertəhlükəsizlik idarəçiliyi mərkəzləşdirilir ŞƏRH

Azərbaycanda kibertəhlükəsizlik idarəçiliyi mərkəzləşdirilir ŞƏRH

Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bakı, 1 aprel, AZƏRTAC

Azərbaycanda kibertəhlükəsizlik sahəsində idarəçilik modelinin daha sistemli və koordinasiyalı mərhələyə keçidi təmin olunur.

Bu barədə AZƏRTAC-a açıqlamasında Azərbaycan Texniki Universitetinin Müdafiə Texnologiyaları və Kibertəhlükəsizlik İnstitutunun direktoru Rahid Ələkbərli deyib. O bildirib ki, bu il fevralın 11-də İlham Əliyevin sədrliyi ilə keçirilmiş “Azərbaycanın yeni rəqəmsal arxitekturası” adlı vahid fəaliyyət planına həsr olunmuş müşavirədə dövlət qurumları arasında sıx koordinasiyanın gücləndirilməsi, pərakəndəliyin aradan qaldırılması, vahid tədbirlər planının hazırlanması, eləcə də hər bir qurumda rəqəmsallaşma, süni intellekt və kibertəhlükəsizlik üzrə məsul rəhbər şəxslərin müəyyən edilməsi kimi mühüm tapşırıqlar verilib.

İnstitunun rəhbəri qeyd edib ki, dövlət xidmətlərinin “mygov” platforması üzərindən vahid mərkəzdə cəmləşdirilməsi, mövcud rəqəmsal həllərin koordinasiya olunmuş modelə keçirilməsi və kadr hazırlığının gücləndirilməsi bu keçidin planlı və idarə olunan xarakter daşıdığını göstərir.

R.Ələkbərli vurğulayıb ki, müasir dövrdə kiberrisklərin əsas mənbəyi texnologiyanın özündən çox, idarəetmə boşluqları ilə bağlıdır: “Riskin və cavabdehliyin dəqiq müəyyən edilməməsi ən güclü texnoloji sistemləri belə zəif hala gətirə bilər. Buna görə kibertəhlükəsizlik artıq yalnız texniki məsələ deyil, idarəçilik, audit, uyğunluq və strateji planlaşdırma məsələsidir”.

Direktor əlavə edib ki, Azərbaycan son illərdə kibertəhlükəsizlik sahəsində kollaborativ idarəetmə modelinə keçid edir. Bu model qurumlararası əlaqələndirmə, vahid prioritetlərin müəyyənləşdirilməsi və siyasi səviyyədə məsuliyyətin artırılması kimi elementlərə əsaslanır.

“Qarşıdakı dövrdə əsas çağırış kibertəhlükəsizliyin strateji səviyyədə qurulmasıdır. Elektron sübutların qorunması, beynəlxalq əməkdaşlıq mexanizmləri, rəqəmsal forensika imkanları, kritik infrastrukturlar üzrə risk əsaslı nəzarət və süni intellekt həllərində audit mexanizmləri vahid sistem şəklində inkişaf etdirilməlidir”, - deyə ekspert vurğulayıb.

R.Ələkbərli qeyd edib ki, Azərbaycanın bu istiqamətdə atdığı addımlar ölkənin artıq yalnız müdafiə olunan tərəf deyil, həm də qayda formalaşdıran və modeli inkişaf etdirən aktor kimi çıxış etdiyini göstərir.

Ekspertin fikrincə, 2009-cu ildən formalaşan hüquqi baza, genişlənən beynəlxalq öhdəliklər və yeni rəqəmsal arxitektura üzrə verilən tapşırıqlar kibertəhlükəsizlik idarəçiliyinin daha mərkəzləşdirilmiş və strateji xarakter alacağını göstərir. “Rəqəmsal dövrdə güc təkcə texnologiyaya sahib olmaqla deyil, onu təhlükəsiz və effektiv idarə etmək bacarığı ilə müəyyən olunur”, – deyə o əlavə edib.

Müxbir - Pərvanə Qafarova

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:182
embedMənbə:https://azertag.az
archiveBu xəbər 01 Aprel 2026 19:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see732

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see276

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see272

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see261

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see253

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see242

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see238

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see234

Çox öskürənlər bunu oxusun

08 Noyabr 2026 04:05see231

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see215

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see209

Fransanı NATO dan çıxarmaq istəyir

08 Noyabr 2026 03:56see203

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see197

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see197

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see191

Komedixana nın aktrisasının 10 il əvvəlki görünüşü (Foto)

08 Noyabr 2026 09:30see189

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see183

Milli Qəhrəmanın oğlu: “Qarabağı gəzəndə hər bir addımımı ehtiyatla atıram, orada şəhidlərimizin ruhu yatır“

08 Noyabr 2026 11:23see182

Slovakiyada Zəfər Günü təntənəsi

08 Noyabr 2026 06:49see180

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri