Fransada etirazlardan sonra minimum əməkhaqqı artırılacaq
Icma.az, Olke.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Ölkə.Az "Bloomberg" agentliyinə istinadən xəbər verir ki, bunu ölkənin Baş naziri Sebastyan Lekornyu bildirib.
Onun sözlərinə görə, həmkarlar ittifaqları və işəgötürənlərin nümayəndələri ilə keçirilən görüşlərdən sonra tam iş günü çalışanlar üçün minimum aylıq əməkhaqqının dekabrın 1-dən etibarən 1.6% artırılaraq 1 502 avroya (2 860 manat) çatdırılması qərara alınıb.
Lekornyunun sözlərinə görə, bu, son 20 ildə qeydə alınan ikinci ən böyük artım olacaq.
Lakin Fransanın radikal solçu CGT həmkarlar ittifaqının rəhbəri Sofi Bine minimum əməkhaqqının bu qədər artırılmasını kifayət hesab etməyib. O, noyabrın 17-də növbəti tətilə çağırıb və əməkhaqlarının 10% artırılmasını tələb edib.
Biznes birlikləri isə gözlənildiyi kimi, bu qərara qarşı çıxıblar. Onların fikrincə, minimum əməkhaqqının artırılması məşğulluğa mənfi təsir göstərə bilər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:139
Bu xəbər 09 Noyabr 2026 22:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















