Icma.az
close
up
RU
Azərbaycanda kitab oxuma vərdişi telefon işığında yoxa çıxır... İnkişaf həm də düşüncə ilə mümkündür

Azərbaycanda kitab oxuma vərdişi telefon işığında yoxa çıxır... İnkişaf həm də düşüncə ilə mümkündür

Bizimyol saytından alınan məlumata görə, Icma.az bildirir.

Bir vaxtlar kitab mağazalarının qarşısında növbə gözləyən insanlar vardı. Əlində yeni romanı olan gəncin gözlərindəki işıq, müəllif imzası üçün saatlarla dayanan oxucuların həyəcanı hələ də çoxlarının yadındadır. Bu gün isə həmin mənzərələrin yerini başqa bir mənzərə tutub: metroda, avtobusda, kafedə insanların əlinə baxanda yalnız telefon görünür.

Oxuma vərdişi itməyib, sadəcə ünvan dəyişib. İndi səhifələr yerini ekranlara verib. Amma sual budur: sosial şəbəkədə sürətlə skrollanan paylaşımlar, statuslar, qısa videolar kitabın verdiyi dərinliyi əvəz edə bilərmi?

Araşdırmalar göstərir ki, Azərbaycanda kitab oxuma faizi xeyli aşağıdır. Ədəbiyyat mağazaları daha çox hədiyyəlik kitabların satışı ilə yaşayır. Gənclərin bir çoxu oxumağa vaxtlarının olmadığını deyirlər, halbuki sosial şəbəkələrdə saatlarla vaxt keçirirlər. Bu, sadəcə maraq məsələsi deyil, həm də mədəniyyət və düşüncə səviyyəsinə təsir edən ciddi problemdir.

Kitab yalnız məlumat mənbəyi deyil, həm də insanın daxili dünyasını formalaşdıran bir güzgüdür. Oxumayan cəmiyyət düşünməyən cəmiyyətə çevrilir. Düşünməyən cəmiyyət isə başqalarının ideyaları ilə asanlıqla idarə olunur.

Telefon işığında ədəbiyyat sönür, amma tam yox olmur. Hələ də kitabsevərlər var, hələ də yazıçılar öz oxucusunu tapır. Sadəcə, daha çox təşviq, daha çox dəstək lazımdır. Məktəblərdə, universitetlərdə oxuma mədəniyyəti aşılanmalı, kitabxanalar cazibədar məkana çevrilməlidir. Ədəbiyyat sosial şəbəkə qədər əlçatan və maraqlı təqdim olunmalıdır. Çünki kitabdan uzaqlaşan nəsil gələcəkdən də uzaqlaşır.

Əsl inkişaf yalnız texnologiya ilə deyil, həm də düşüncə ilə mümkündür. Düşüncə isə səhifələrin arasında gizlidir.

Ədəbiyyat telefon işığında yox olmamalıdır. Əksinə, o işığın özünə çevrilməlidir.

Leyla Mirzə, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:205
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 09 Oktyabr 2025 13:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see353

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see293

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see292

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see291

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see283

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see275

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see268

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see267

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see266

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see253

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see248

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see247

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see245

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see244

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see244

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see235

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see234

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see232

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see222

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see218
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri